Vitaminler

B2 vitamini. Riboflavin.

B2 vitamini və ya Riboflavin insan sağlamlığı üçün vacib olan 8 B vitaminindən biridir. B2 vitamini orqanizmdə depolana bilmədiyi üçün günlük qəbul edilməlidir. B2 vitamini suda əriyən vitamindir. Bu vitamin bitki və heyvanlardan əldə olunur. Orqanizmdə enerjinin əmələ gəlməsində mühüm rolu vardır. Suda əriyən vitamin olduğu üçün sidik vasitəsilə orqanizmdən xaric olur. B2 vitamini şəkər səviyyəsini normallaşdırır, qocalmağı yavaşladır. Proteinləri, yağ və karbohidratları parçalamağa kömək olur. Riboflavin karbohidratların  ATF-ə çevrilməsinə  kömək edir.

  A vitamin ilə birlikdə B vitamin üçün önəmlidir:

  • Həzm sistemi membranlarını qorumaq
  • Qaraciyəri qorumaq
  • Triptofanın amin turşusuna çevrilməsi
  • Gözlər, sinir, əzələ və dərinin sağlam qalması
  • Dəmir, fol turşusuB1, B3B6 vitaminlərini adsorbe etmək və aktivləşdirmək
  • Kataraktın əmələ gəlməsinin qarşısını almaq

   Bəzi tədqiqatlar göstərir ki, B2 vitamini katarakt və migren baş ağrısının qarşısını ala bilər, lakin bunu təsdiqləmək üçün daha çox tədqiqatlara ehtiyac var.

   Digər tədqiqatlarda, autizmli uşaqlarda, B2, B6 və magnezium vitaminləri əlavə olunduqda sidikdəki anormal orqanik asidlərin səviyyəsinin azaldığı müşahidə olunur.

Tərkibində B2 vitamini olan qidalar:      

  • Balıq, ət və toyuq, mal əti, böyrək və qaraciyər
  • Yumurta
  • Süd məhsulları
  • Avokado
  • Quşqonmaz
  • Quşüzümü
  • Badam
  • Göbələk
  • Ispanaq
  • Düyü, Darı
  • Kök, alma, əncir
  • Kələm
  • Şəkər qamışı
  • Cəfəri
  • Balqabaq
  • Şirin kartof
  • Maya

Gün ərzində nə qədər B2 vitamini qəbul etməliyik?

   Oregon Dövlət Universitetindən verilən məlumata görə, 19 yaş və üstü kişilər üçün vitamin B2-in gündəlik tövsiyəsi gündə 1,3 milliqram, qadınlarda gündə isə 1,1 milligramdır. Hamiləlik dövründə qadınlarda gündə 1.4 miligram, sutkada isə gündə 1.6 miligram olmalıdır. B2 çatışmazlığı mədə-bağırsaq sisteminə mənfi təsir göstərər.

Riboflavin çatışmazlığının iki növü vardır:

  1.  riboflavin çatışmazlığı, B2 vitamini qəbul etmədikdə
  2. riboflavin çatışmazlığı başqa səbəbdən də olur, bağırsaqların vitamini düzgün qəbul etməməsi və ya bədən onu istifadə edə bilmədiyi və ya çox sürətlə çıxarıldığı üçün baş verir.

Riboflavin çatışmazlığı da ariboflavinoz kimi tanınır.

   B2 vitamini çatışmazlığı zamanı göz, dil və dodaqlarda yanma hissi meydana gəlir. Cansız saçlar, dəridə vaxtından əvvəl meydana gələn qırışlar, katarakt və böyrəküstü vəzin funksiyasının pozulması çatışmazlıq nəticəsində əmələ gəlir. Həmçinin ağız və dodaqlarda yaralar əmələ gəlir.

Əlamətləri:

  • ağız ətrafında çatlar
  • quru dəri
  • ağız içərisində iltihab
  • dildə yaralar
  • ağız yaraları
  • qırmızı dodaqlar
  • boğaz ağrısı
  • dəmir çatışmazlığı anemiya
  • Gözlər parlaq işığa həssas ola bilər ,sulu və qanlı ola bilər

Həddindən artıq miqdarda alkoqol içən insanlarda  B vitamini çatışmazlığı daha çoxdur.

B2 vitaminin faydaları aşağıdakılardır.

  • Enerjinin əmələ gəlməsində rolu böyükdür.
  • Migren, baş ağrısı, katarakt, sızanaq, dermatit, eqzema kimi halların meydana gəlməsinə əngəl olur.
  • Sinir sistemini qoruyur. Alzheimer və epilepsiya xəstəliklərinin müalicəsində istifadə olunur.
  • Mineral sorulmasını artırır.
  • Həzm olunmanı asanlaşdırır
  • Hamiləlik zamanı A vitamini ilə birgə istifadə edilməsi məsləhət görülür.
  • Astma və bronxit xəstəliklərində faydalıdır.
  • Xərçəng hüceyrələrinin törənməsinə əngəl olur.

   Bədəndə riboflavin səviyyəsinə mane ola biləcək dərmanlar aşağıdakılardır:

  • Trisiklik antidepressantlar, məsələn, imipramin və ya Tofranil
  • Xlorpromazin və ya Thorazine kimi bəzi antipsixotik dərmanlar
  • Fenitoin və ya Dilantin, tutmalara nəzarət etmək üçün istifadə olunur
  • Thiazide diüretik dərmanlar

   Maryland Tibb Mərkəzinin (UMM) Universiteti qeyd edir ki, çox yüksək miqdarda vitamin B2 qaşınma, uyuşma, yanma, sarı və ya narıncı sidik və işığa həssaslıq əmələ gətirə bilər. Buna görə də, gündəlik normal dozada qidalar vasitəsilə B2 vitamini almaq lazımdır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir