Çəhrayı dəmrov xəstəliyi
Çəhrayı dəmrovda (pitiriaz) dəmrovların bir növüdür. Dəmrov – səpgi və qaşınma ilə xarakterizə olunan polietioloji dəri xəstəlikləri qrupudur. Dəmrov – rəngli və qabıqlanan ləkələrlə səciyyələnən dermatoloji xəstəliklər qrupudur. Onların etiologiyası, yoluxma yolu və gediş xüsusiyyətləri fərqlidir. Məhz bu səbəbdən klinik təzahürlərə (rəngin dəyişməsi, qabıqlanmanın olması və s.) görə təsnif edilir.
Dəmrov dərinin qeyri-infeksion xəstəliklərinə aid olub, əsasən dərini zədələyən dermatozdur. Hal-hazırda bu xəstəliyin autoimmun təbiətli olması güman edilir. Vizual olaraq dəridə həddən artıq quru, qırmızı və dəri səthindən qabarmış ləkələr müəyyən olunur. Ləkələr müəyyən olunduqdan sonra isə uyğun müalicə yazılaraq dəmrovla mübarizə başlanılır: “Əslində bütün dəri xəstəliklərini demək olar ki, dəmrov adlandırırlar.
Çəhrayı dəmrov xəstəliyi haqqında ümumi məlumat
Xəstəlik infeksion-allergik mənşəli olub, bütün yaş qruplarında rast fəlinir. Çəhrayı dəmrov bədəndə, xüsusən kürək nahiyəsində girdə formalı, çəhrayı rəngli, qabıqlanan ləkələrlə xarakterizə olunur. Dəmrovun bu növünun yoluxuculuğu aşağıdır. Ailədaxili yoluxma halları nadirən qeydə alınır. Yoluxma hamam əşyalarının ümumi istifadəsi zamanı baş verir. Zəif immunitet və virus mənşəli respirator infeksiyalar xəstəliyin yaranmasına təkan verir.
Çəhrayı dəmrov fəsillə bağlıdır, yaz və payız aylarında əlamətlər daha qabarıq şəkil alır. Residivlərin olmaması xəstəliyə qarşı güclü immunitetin formalaşmasına işarə edir.
Çəhrayı dəmrov xəstəliyinin əlamətləri
Çəhrayı dəmrov diametri 3 sm-dən böyük olmayan, 1 ədəd yumru ləkə ilə başlanır. 2-3 gün ərzində onun mərkəzi hissəsi saralır, büzüşür və qabıqlanır. 7-10 gündən sonra çox sayda kiçik ölçülü, analoji səpgilər əmələ gəlir. Bu dəri elementləri əsasən Langer xətləri (dərinin maksimal gərilmə xətləri) boyunca lokalizasiya olunur. Zamanla dəmrovun mərkəzində qabıqlanma, periferik hissəsində isə qırmızı haşiyə yaranır. Səpgilər öz aralarında birləşməyə meyilli olmur. Qasınma və digər xoşagəlməz hissiyyatlar müşahidə edilmir.
Çəhrayı dəmrov xəstəliyi diaqnozu
Diaqnostika baxış əsasında aparılır. Xəstəliyi sifilis üçün xarakterik olan rozeoladan fərqləndirmək lazımdır.
Çəhrayı dəmrov diaqnoz klinik təzahürlərə əsasən qoyulur. Sıyrıntının mikroskopiyasında dəmrovun göbələk mənşəli olması təsdiqlənir. Yaxmanın əkilməsi törədicinin növünü və onun göbələkəleyhinə preparatlara həssaslığını təyin etməyə imkan verir.
Çəhrayı dəmrovun müalicəsi
Qeyri-düzgün müalicə, su ilə tez-tez təmas, həddindən artıq tərləmə dəmrov xəstəliyinin müddətini uzadır. Bu faktorlar olmadıqda çəhrayı dəmrov 1,5-2 aya sağalır. Xəstəlik çox vaxt heç bir terapiya aparılmadan öz-özünə keçib gedir. Pasiyentlərə günəş şüalarından qorunmaq, təbii matrialdan hazırlanan paltarlar geyinmək, su ilə təması azaltmaq məsləhət görülür. Antibakterial və göbələkəleyhinə məlhəmlər (məsələn, Sanqviritrin) əlamətləri ən qısa zamanda yox edir. Bakterisid, o cümlədən bitki tərkibli məlhəmlər müsbət təsir göstərir. Əksər hallarda çəhrayı dəmrovun sağalması üçün sadalanan dərmanlar kifayət edir.
İnfeksiyanın yayılmasının qarşısını almaq üçün xəstəlik başlayandan səpgilər qabıqlanana qədər çimmək qadağan olunur. Xəstəliyin ilk günlərində intoksikasiya və ağrını azaltmaq, infeksiyanın yayılmasının qarşısını almaq üçün tədbirlər görülür. Virus əleyhinə, ağrıkəsici, immunstimulyator və vitamin preparatları təyin olunur, dərinin səpgi olan nahiyələri antiseptik və virus əleyhinə məlhəmlərlə işlənir.
Səpgilər quruyanadək hər gün bir dəfə brilliant yaşılı ilə işlənir.
Dəmrovun müalicəsində xalq təbabəti üsullarından da istifadə olunur. Lakin bu üsullardan istifadə etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin.