Admin@tibbdunyam.az

Haqqımızda

Tibbi Məlumat Portalı

TibbDunyam.az haqqında

TibbDunyam.az – insan orqanizmində rast gəlinən müxtəlif növ xəstəliklər, gözəllik sirləri, yeni tibbi məlumatlar, dərmanlar, tibbi təhsil haqqında dolğun informasiyanı özündə birləşdirən saytdır.

Hər bir xəstəliyin yaranma səbəbi, inkişaf mexanizmi, təsnifatı, əlamətləri, müalicə və profilaktika üsulları ayrı-ayrı bəndlər şəklində izah edilmişdir.

Əslində sağlamlıq və gözəllik anlayışları ayrılmazdır; hətta gözəllik sağlam orqanizmin əksidir. Belə ki, ideal dəri, cazibəli saçlar, düz qamətə malik olmaq üçün insan fiziki və ruhi sağlamlığının qayğısına qalmalıdır. 

Biz bu saytı sizlər –  öz sağlamlığına biganə olmayan, yaxınları, əzizləri və uşaqlarının qayğısına qalan insanlar üçün yaratdıq.

Saytımız tamamilə müstəqil  bir layihədir. Biz heç kimin maraqlarını təmsil etmirik. Əsas məqsədimiz – vətəndaşlarımıza müxtəlif xəstəliklərin, onların müalicə prinsipləri, diaqnostika və profilaktikası haqda faydalı və maraqlı məlumatların çatdırılmasından ibarətdir.

Saytın istifadəçiləri orqanların düzülüşü və onun işləmə qaydası, insan orqanizminin hər sistemi, orqanizmə nəyin zərər nəyin isə xeyirli olduğunu öyrənəcəklər.

TibbDunyam.az saytının unikallığı ondan ibarətdir ki, bu lahiyə sağlamlıqla bağlı fərqli problemlər yaşayan hər bir internet istifadəçisinə fayda verə bilir. Tibbi biliklər haqqında məlumatlar toplusu – hər zaman əlinizin altında olan loğmandır!

Lakin onu da vurğulamaq lazımdır ki, burada qeyd olunan informasiya sadəcə maarifləndirmək məqsədi daşıyır. Onlardan özünü diaqnostika və ya müalicə üçün istifadə etmək arzuolunan deyil.   

 

Hörmətli sayt istifadəçiləri!

Saytda yerləşdirilmiş bütün materiallar diaqnoz qoymaq və ya özünü müalicə etmək üçün nəzərdə tutulmayıb. Məlumatlar yalnız maarifləndirici xarakter daşıyır.

Saytdakı muəllif materialları müvafiq qanunvericiliklə qorunur. Sayt rəhbərliyinin yazılı icazəsi olmadan istifadəsi qadağandır.
Saytdakı materiallar ümumi tanışlıq üçündür.
Unutmayın həkimin əyani baxışı olmadan özünümüalicə sağlamlığınıza ciddi zərər vura bilər. Belə hallara gorə sayt rəhbərliyi məsuliyyət daşımır!

BAŞ REDAKTOR: Dr.Huseyn Əsgərov

BAŞ REDAKTOR: Dr.Novruzlu

Email-admin@tibbdunyam.az