Hepatit A xalq arasında sarılıq adıyla tanınır. Qaraciyər orqanizmin ən böyük və ən önəmli orqanıdır. Bəzi viruslar qaraciyərin iltihablaşmasına səbəb olurlar. Qaraciyərdə virusların əmələ gətirdiyi infeksion xəstəliklərdən biri də Hepatit A yəni sarılıqdır. Yenidoğulmuşlarda Hepatit A, yəni sarılığa geniş rast gəlinir.

Hepatit A yəni sarılıq nədir?

Hepatit A (HAV) törədiciləri pikamoviruslar ailəsinə, enteroviruslar cinsinə aiddir. Əksər vaxtı uşaq dövrlərində rast gəlinir. İnkubasiya müddəti 15–45 gündür. Sarılıq keçici xəstəlikdir. İnfeksiya mənbəyi yalnız xəstə insanlardır. Yoluxma mexanizmi fekal-oral (ağız-nəcis)-dır. Yoluxma infeksiyalaşmış qida, su istifadə etdikdə və məişət-təmas yolu ilə olur. Virusun infeksiyalaşdırma dozası çox cüzi olub, cəmi 100-1000 virus hissəciyinə bərabərdir. Aparılan tədqiqatlar göstərmişdir ki, viruslar xəstələrin nəcisində inkubasion dövrün axırlarında və sarılıq önü dövrdə aşkar edilir. Bu dövrlərdə hələ xəstələrin diaqnozu qoyulmadığına görə onlar ətrafdakılar üçün daha təhlükəli hesab edilirlər.

Hamiləlik zamanı sarılığa yoluxma

Sarılıq meydana çıxdıqdan sonra orqanizmdə viruslar aşkar olunmur və nəcislə xaric edilmir. Belə xəstələr praktik olaraq yoluxdurucu olmurlar. Hepatit  A (Sarılıq) qanla və homoseksualistlərdə oral-genital (anal) kontakt zamanı da yoluxma mümkündür. Təbii ki, bu göstərildiyi kimi inkubasion dövrün axırlarında və ya sarılıq önü dövrdə olarsa baş verir. Virusun ölçülərinin kiçik olmasına baxmayaraq, o ciftdən keçmir, ana südündə olmur. Deməli hamiləlik zamanı dölə verilmir və südəmər uşağı olan analar Hepatit A (Sarılıq) ilə xəstələnərlərsə körpələrini əmizdirə bilərlər. 1 yaşadək uşaqlarda anadangəlmə immunitet olduğuna görə yalnız seroneqativ anaların, yəni əvvəllər Hepatit  A (Sarılıq) ilə yoluxmamış anaların uşaqları xəstələnə bilərlər. Eyni zamanda antitellərin dölə verilməsi hamiləliyin 8-9-cü aylarında baş verdiyinə görə yarımçıq doğulan uşaqların da yoluxması mümkündür. Daha çox 1 yaşdan yuxarı uşaqlar və gənclər xəstələnir. Xəstəlikdən sonra davamlı və uzun müddətli immunitet qaldığına görə 30 yaşdan yuxarı insanların xəstələnməsi tək-tək qeyd edilir. Sarılıq zamanı mövsümilik də mövcuddur. Xəstəliyin artması iyul-avqust aylarına düşür, oktyabr-noyabr aylarında maksimuma çatır, sonra enir.

 Hepatit  A (Sarılıq) yoluxma yolları:

Xəstə insanların təmasda olduğu meyvə və tərəvəzlər vasitəsilə yoluxma baş verə bilər. Çirkli sulardan əldə edilən dəniz məhsulları, çirkli su içmək, öpüşmək, cinsi əlaqədə olmaq xəstəliyin yoluxmasına gətirib çıxarır.Virus bədənə ümumiyyətlə ağız yoluyla, xüsusilə yemək və içkilərlə girir. Hepatit A virusuyla yoluxmuş suların içilməsi, bu sulardan çıxarılan buzların istifadə edilməsi ən böyük yoluxma mənbəyidir. Viruslar əgər əlverişli mühit olarsa, 1-2 həftə canlı qala bilərlər.

Hepatit  A (Sarılıq) səbəb olan proseslər:

  •  Toksik maddələr (alkoqol, dərman və s.)
  • Autoimmun proseslər
  • Dəmir və mis mübadiləsinin pozulması
  • Anadangəlmə alfa-1 antitripsindefisiti və s.

Hepatit  A (Sarılıq) əlamətləri bunlardır:

  • əzələ ağrıları
  • yorğunluq
  • yüksək hərarət. Temperatur sarılığın ilk bir neçə günündə normala dönür.
  • mədə yanması
  • iştahanın azalması
  • qarın ağrısı və ishal
  • dərinin və göz ağının, dəri və mukoz membranların saralması
  • sidiyin tünd sarı rəngdə olması
  • nəcisin açıq rəngdə olması. Xəstəliyin başlanğıcından 2 – 3həftə sonra nəcisin rəngi normala dönür.
  • qaraciyərin, bəzən dalağın böyüməsi
  • sağ qabırğaaltı nahiyyə ağrıları
  • qripəbənzər əlamətlərin olması

Bu əlamətlər virusun orqanizmə daxil olmasından 15-45 gün sonra ortaya çıxır.

Xəstəlikdən qorunma tədbirləri:

  • Fərdi gigiyena, əllərin tez-tez yuyunması və tullantıların sağlam uzaqlaşdırılması qaydalarına riayət etmək
  • İçməli və məişət suyunun təmizlənməsinə nəzarət etmə
  • Yoluxma ehtimalı olan qidanların kifayət qədər yuyulması və bişirilməsi
  • Bakterioloji idarə olunmayan içməli suların qaynadılması

Hepatit A (Sarılıq) əlamətləri daşıyan şəxslərin mütləq həkimə müraciət etməsi lazımdır. Nadir hallarda olsa belə qaraciyərin itirilməsinə səbəb ola bilər. Xəstə uzun müddət müşahidə altında olmalıdır.  Bu gün  Hepatit A xəstəliyindən tam qorunmanın ən təsirli yolu peyvənddir. Peyvəndin qoruyuculuğu 94-100% olub təsirini təxminən 20 il saxlayır. Sarılıq olan şəxslər siqaretdən və içkidən uzaq durmalıdır.

Yenidoğulmuşlarda Hepatit A (sarılıq) necə təzahür edir?

Uşaqlarda doğumdan sonrakı 24 gün müddəti yenidoğulmuş dövrüdür.  Bu müddət ərzində sarılıq ehtimalı çox yüksəkdir. Orta hesabla yenidoğulmuşların yarıdan çoxunda sarılıq müşahidə olunur. Həmçinin erkən doğuş nəticəsində doğulan uşaqlarda 80% rast gəlinir. Yenidoğulmuşlarda Hepatit  A (Sarılıq) fizioloji olaraq görünür. Və 15 müddətində yox olur. Fizioloji sarılıq yenidoğulan uşaqlarda 2-ci gündən başlayır. Sonrakı 2 gün ərzində maksimum səviyyəyə çatır, daha sonrakı günlərdə xəstəlik yüngülləşir. Şəkər xəstəsi olan anaların uşaqlarında bu hal təsadüf edilir. Körpə yetəri qədər süd qəbul edə bilməzsə sarılıq baş verir.

Ikinci bir səbəb isə qan uyuşmazlığıdır.

 Fizioloji sarılıq heç bir xüsusi müalicə tələb etmir. Onun ən yaxşı müalicəsi – ana südüdür (xüsusilə ananın ilkin südü). Məhz bu səbəbdən körpənin ilkin əmizdirilməsi (doğuş zalında) və daha sonra yalnız ana südü ilə qidalandırılması çox vacibdir. Nadir hallarda fizioloji sarılıq zamanı (körpənin qanında bilirubinin səviyyəsi 200 mkmol/l-dən yuxarı qalxdıqda, sarılıq uzun müddət ərzində keçmədikdə) körpəyə müalicə təyin oluna bilər. Bu zaman ona adətən 5%-li qlükoza, ödqovucu preparatlar və fototerapiya (işıqla müalicə) təyin olunur. Bütün bu vasitələr körpənin qaraciyərinə artıq bilirubinlə mübarizə aparmaqda kömək edir. Körpənin anadan olduğu ilk həftələrində pediatr onun vəziyyətinə ciddi şəkildə nəzarət etməli və lazım olduqda sarılığa görə müalicə təyin etməlidir. Normal halda sarılıq 2-3 həftə ərzində keçib getməlidir. Əgər sarılıq 21 gündən sonra da davam edirsə, bu halda həkimə müraciət etmək lazımdır. Bəzi hallarda fizioloji sarılıq 21 gün davam edir.

Fizioloji sarılıqdan fərqli olaraq patoloji sarılıq körpələrdə mütləq və təcili olaraq müalicə olunmalıdır. 

Əks halda uşağın baş beynində və sinir sistemində geriyədönməz ağır dəyişikliklər baş verəcək. Patoloji sarılıq uşaq doğulduqdan dərhal sonra inkişaf edir, bilirubinin səviyyəsi körpənin qanında çox tez qalxır, qara ciyər, dalaq böyüyür, sidik tündləşir, nəcis rəngsizləşir, hemoqlobinin səviyyəsi çox aşağı olur və s. Belə sarılıq forması kifayyət qədər nadir hallarda inkişaf edir və onun əsas səbəbləri ana ilə körpənin rezus-uyğunsuzluğu  (anada qanın rezus-faktoru mənfi, körpədə müsbət olduqda), qara ciyərin bətndaxili zədələnməsi, bəzi genetik patologiyalar və s. Patoloji sarılığın yüngül formalarında körpəyə qlükoza, ödqovucular və işıqla müalicə təyin olunur. Daha ağır formalarında qan köçürülməsindən istifadə olunur.

Yenidoğulmuşlarda Hepatit A və ya sarılıq müalicəsi:

  • Körpəni tez-tez gün işığına çıxarmaq lazımdır. Çünki günəş işığı qandakı bilirubinin artıq miqdarının atılmasına kömək edir. Bəzən günəş işığından tez təsir göstərdiyi üçün fototerapiya məsləhət görülür.
  • Körpənin qidasına diqqət etmək lazımdır. Qidasını artırmaq lazımdır. Bu zaman mədə-bağırsaq sistemi daha sürətli işləyəcək. Nəticədə artıq bilirubin orqanizmdən nəcis və sidik vasitəsilə atılacaq.
  • Həkimə müraciət etməyi unutmayın.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir