Valokardin Məhlul Sedativ və yuxugətirmə vasitəsidir.

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)


Valokardin məhlulun tərkibi (100 q):

Təsiredici maddələr:

  • Fenobarbital – 2,00 q
  • Etilbromizo valerianat – 2,00 q
  • Nanə yağı – 0,14 q
  • Mayaotu yağı – 0,02 q  

Köməkçi maddələr: Etil spirtinin 55%-li məhlulu.

Valokardin məhlul farmakoloji  xüsusiyyəti:


Valokordinin tərkibinə fenobarbital və etilbromizovalerianatdan (a – bromizovalerian turşusunun etil efiri) ibarət fəal maddələrin kombinasiyası daxildir. Dozadan asılı olaraq bu iki maddə sedativ, hipnotik effekt göstərirlər, yüksək dozalarda isə narkotik təsir göstərirlər.
Valokordin həddindən artıq oyanıqlıq, qorxu, əsəbilik, xasiyyətcə müvazinətsizlik və narahatlıq hallarında etibarlı sakitləşdirici vasitədir.
Valokardinin sakitləşdirici təsiri həddən artıq yüklənmiş və gərilmiş ürəyin fəaliyyətinə müsbət təsir göstərir.

Valokardin məhlul istifadəsinə göstərişlər:


Sinir mənşəli ürək ağrıları, yüksək əsəbiliklə müşayiət  olunan nevrozlar və psixolsomatik mənşəli narahatlıqlar, qorxu hissi və yüksək əsəbilik; yuxunun pozulması; vegetativ oyanma halları .     
Yüksək dozalarda və yaxud axşamlar qəbul etdikdə yuxuya mane olan xarici və daxili təsirlərdən qoruduğu və zəif hiprotik effekt göstərdiyi üçün Valokordin yuxuya kömək edir. Təyin olunmuş dozalarda qəbul etdikdə Valokordin orqanizm tərəfindən yaxşı qəbul olunur.

Valokardin məhlul istifadəsinə əks göstərişlər:  


Broma qarşı yüksək həssaslıq, böyrəklərin və qaraciyərin ağır funksiya pozğunluğu. Hamiləlik dövründə Valokordin ancaq həkimin təyini ilə qəbul oluna bilər.

Laktasiya dövründə analara preparatın qəbulu məsləhət deyil .

Göstəriş: Bu dərman vasitəsi hətta düzgün qəbul edildikdə belə bəzi hallarda xəstələrdə qıcığa cavab reaksiyasını zəiflərdə bilər, məsələn. küçədə olarkən, maşınlara xidmət edərkən. Bu xüsusilə spirtli içkilərlə eyni vaxtda qəbul etdikdə özünü biruzə verir.

Valokardin məhlul digər dərman vasitələri ilə qarşılıqlı təsiri:


Digər dərman vasitələri, mərkəzi sinir sistemini süsləşdirən maddələr ilə birgə qəbul zamanı preparatın təsirinin gücləndirməsini nəzərə almaq lazımdı.
Tərkibində valproyin turşusu olan dərman vasitələri barbituratların təsirini gücləndirir.
Kumarin törəmələri, qrizeofulvin, qlükokortikoidlər yaxud hamiləlik əleyhinə peroral vasitələrlə kombina edilmiş şəkildə qəbul zamanı  Valokordinin tərkibindəki fenobarbitala görə arzuolunmaz qarşılıqlı təsir kimi adı çəkilən maddələrin təsiri azala bilər. Preparat tərkibində metotreksal olan dərman vasitələrinin toksikliyini artırır.

Valokardin məhlul istifadə qaydası və dozası:


Böyüklər gündə 3 dəfə 15 – 20 damcı həkim təyinatı olmadan qəbul edə bilərlər.
Yuxu pozğunluqlarında dozanı 30 damcıya qədər artırmaq olar.
Yaşdan və xəstəliyin şəklindən asılı olaraq  uşaqlara  sutkada  3 dəfə 3 – 15 damcı təyin edilir. Valokordin az miqdarda maye ilə qəbul edirlər. Preparatın qəbul müddətini müalicəni aparan həkim təyin edir.

Valokardin məhlul əlavə təsirləri:


Uzunmüddətli istifadə zamanı preparatdan asılılıq və bromizmin yaranma təhlükəsi ola bilər. Bəzi hallarda mədə – bağırsaq traktında fəsadlaşdırma, allergik reaksiyalar (broma qarşı) yarana bilər.

Buraxlış forması: Fllakonda 20 və ya 50 ml Valokordin, içlik vərəqə ilə bigə karton qutuya yerləşdirir.

Yararlılıq müddəti: 

5 ildir. Yararlıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.


Aptekdən buraxılma şərti: 

Resepsiz buraxılır.

Həkim məsləhəti olmadan Valokordinin uzun müddətdə qəbul olunması məsləhət deyil!

İstehsalcı: Krevel Meuselbax Ombx. Made in Germany

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir