HastalıklarSinir sistemi hastalıkları

Parkinson Sindromu

Parkinson xəstəliyi hakkında ümumi məlumat

Parkinson xəstəliyi beyində dopamin adlanan maddəni əmələ gətirən beyin hüceyrələrinin azalması nəticəsində əmələ gəlir. Bu maddənin əskik olması hər bir insanda fərqli dəyişikliklər göstərir. Parkinson xəstliyinin ən əsas simptomu titrəmələrdir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Parkinson xəstliyi il ərzində hər 100 min nəfərdən 5-21-də rast gəlinən haldır və dünyada həmin xəstəliyə mübtəla olan təqribən 330 min nəfər var. Xəstəliyin ilk əlamətləri adətən yaşı təxminən 50 ətrafında olanlarda meydana çıxır. Parkinson xəstliyi zamanı əsmə müvəqqəti və ya daimi olaraq meydana çıxa bilir. İlk vaxtlar xəstəliyin əlamətləri demək olar ki, hiss olunmur, gizli başlayır, nevroloji əlamətlər asimmetrik olur, adətən bir əlin, daha az hallarda isə ayağın əsməsi nəzərə çarpır. Bəzən yerişin çətinləşməsi və orqanizmin bütün əzələlərində sıxılma olur. Müəyyən vaxtdan sonra xəstənin beli bükülür, qozbellik əmələ gəlir, addımın uzunluğu qısalır.

Parkinson xəstəliyi səbəbləri:

 Xəstəliyin konkret səbəbi yoxdur. Dopamin miqdarının azalması əsas səbəb kimi götürülür. Bu xəstəliyin  xarakterik cəhəti  neyronların itkisi və hüceyrə sitoplazmasında Lewy cisimlərinin tapılmasıdır. Parkinson xəstəliyi 5% halda genetik xəstəlikdir. Təhlükəli xəstəliklər qrupuna aiddir.

    Parkinson xəstliyinin simptomları:

  1. Tremor (titrəmə) – əl, ayaq, qol, çənə, dodaqlar bəzən də başda müşahidə olunur.Tremor özünü bir neçə variantda göstərir və onlardan daha çox rast gəlinəni klassik parkinsonik tremordur. Yəni, həmin əlamət xəstənin sanki əlində pul sayması və ya barmaqları arasında dərman yuvarlaması təsiri bağışlayır. Belə tremor hərəkətsiz ətrafda əmələ gəlir, hərəkət zamanı azalır və ya tamam itir. Başqa ətrafda aktiv hərəkət, həmçinin diqqətin nəyəsə yayınması zamanı tremor çoxalır. Xəstəliyin ilk vaxtlarında parkinsonik tremor birtərəfli olsa da, sonralar hər iki ətrafa yayılır. Postural tremor isə bədənə verilmiş hər hansı vəziyyəti saxlamağa çalışanda baş verir. Postural tremorun adi tremordan fərqi ondan ibarətdir ki, essensialdan fərqli olaraq o, əllər qarşıya uzadılandan dərhal deyil, bir neçə saniyə sonra əmələ gəlir. Duruşun pozulması tarazlığın itməsinə gətirib çıxarır. Bu xəstələrin 85%-ində tremor rast gəlinir. Ancaq bunu bilmək lazımdır ki, hər Parkinson xəstəsində titrəmə olmur. Bununla birlikdə, hər titrəmə Parkinson xəstəliyi deyildir. Titrəmə nəticəsində əzələlər zərər gördüyü üçün udma aktı (disfagiya) pozğunluğu və qəbizlik problemləri meydana çıxa bilər.
  2. Hipokineziya – hərəkətlərin yavaşıması. Məsələn, mimik əzələlərinin reaksiyalarının kasadlığı, göz qırpmalarının sayının azalması, alçaq səsli nitq, addımların qısalması, yeriş zamanı əllərin hərəkətsizliyi, stuldan qalxma, sağa və sola dönmə kimi hərəkətlərin və ümumiyyətlə yerişin çətinləşməsi ilə göstərir.
  3. Gövdə, qol və ayaqlarda sərtlik.
  4. Diqqətsizlik.
  5. Nitq pozğunluğu.
  6. Depressiya.
  7. Tərləmə, təzyiqin aşağı olması.
  8. Sialoreya – tüpürcəyin udula bilməməsi nəticəsində ağızdan axması.
  9. Halüsinasiya

İlk vaxtlar xəstəliyin əlamətləri demək olar ki, hiss olunmur, gizli başlayır, nevroloji əlamətlər asimmetrik olur, adətən bir əlin, daha az hallarda isə ayağın əsməsi nəzərə çarpır. Bəzən yerişin çətinləşməsi və orqanizmin bütün əzələlərində sıxılma olur. Əl və ya ayaqda əmələ gələn tremorun dərəcəsi və amplitudu dəyişir, məsələn, stress zamanı artır, yuxudan sonra isə azalır. Diqqətli xəstələr zədələnmiş tərəfdə əldə hərəkət məhdudiyyəti hiss edir, yeriyərkən ayağının döşəməyə sürtülməsindən şikayətlənir. Müəyyən vaxtdan sonra xəstənin duruşu dəyişir, beli bükülür, qozbellik əmələ gəlir, addımın uzunluğu qısalır.

Xəstələrin ilk şikayətlərindən biri ətraf və beldə ağrılar, əzələlərin qıcolması olur. Bəzən qeyri-spesifik əlamətlər – yorğunluq, depressiya, yuxunun pozulması, vegetativ dəyişikliklər – qəbizlik, ortostatik hipotenziya, impotensiya, seboreya dermatiti, sidik və tər ifrazının pozulması ilə başlayır.

Parkinson fəallaşması bəzi əlamətlərin ağırlaşmasına səbəb olur.

Rigidlik – əzələ tonusunun artması və passiv hərəkətlərə yüksək müqavimətlə xarakterizə olunur. Müqavimətin monoton yüksəlməsi “mum kukla”, aralıqlı yüksəlməsi isə “dişli çarx” fenomeni adlanır.

Postural dayanıqsızlıq – bədənin vəziyyətini dəyişəndə və yeriş zamanı müvazinətin saxlana bilməməsidir. Normada postural reflekslər müvazinətin və bədənin şaquli vəziyyətdə qalmasını təmin edir. Onların zəifləməsi və itməsi nəticəsində xəstə hərəkət zamanı müvazinətini saxlaya bilmir, üstəlik hipokineziya və rigidliklə birlikdə hərəkətin tamam pozulmasına və yıxılmaya səbəb olur. Hərəkətə başlamazdan əvvəl xəstə sanki yerində tapdanır, bədəninin yuxarı hissəsi getdikcə qabağa əyilir və özünün ağırlıq mərkəzini saxlamaq üçün çox xırda addımlar atmağa başlayır ki, propulsiya deyilir. Həmin situasiyada xəstə çox vaxt yıxılır.

Digər simptomlar;

  • stress, gərginlik
  • qarışıqlıq (Şüur bulanıqlığı)
  • depressiya
  • huşunu itirmə
  • yaddaş itkisi

Parkinson xəstəliyi diaqnozu necə qoyular?

Parkinson xəstəliyində diaqnoz ümumiyyətlə xəstənin şikayətləri və müayinəsinə əsasən qoyulur. Xəstəliyin başlanğıc dövrlərində, hələ simptomlar yeni ikən diaqnoz qoymaq çətin ola bilər. Ayrıca yaşlı fərdlərdə görülən şikayətlərin, yaşlanmayamı yoxsa hastalığamı bağlı olduğunu anlamaq çətin ola bilər. Xəstəlik irəlilədikcə diaqnoz qoymaq asanlaşar.

Parkinson xəsstəliyinin müalicəsi:

Dərmanlarla:

    Xəstəliyi rahatlatan  parkinson xəstələri üçün dərmanlar mövcuddur. Hazırki dövrdə xəstəliyin tam müalicəsi tapılmayıb. Adətən xəstələrə tərkibində dopamin olan dərman maddələri verilir. Xəstələrin 4/3 müalicəyə cavab verir. Lakin tərkibində dopamin olan dərman preparatlarından istifadə etmək parksion xəstəliyinin əlamətlərini (titrəmə, hərəkət pozğunluğu) aradan qaldırmır.

Levodopa:

  • Beyin hüceyrələrini dopaminə çevirir
  • Parkinsonun bütün əlamətlərinə nəzarət edir
  • Parkinsonun gedişini yavaşlatmır, lakin əzələlərin hərəkətini gücləndirir.

Amantadin:

  • Parkinson ilkin mərhələlərinin müalicəsində istifadə olunur.
  • Levodopa ilə paralel işlədildikdə parkinson əlaməti olan titrəməni azaldır.

Xalq təbabəti:

   Dərman bitkiləri arasında dofaminin parçalanmasını ləngidən ginkqo-biloba yarpaqları çox istifadə olunur.

 Parkinson xəstəliyində önəmli rola malik olan bitkilərdən biri də paxladır. 6-7 ədəd paxlayı 1 stəkan yarı suda qaynadın. Həmin suyu için. Bu içki titrəmələrin qarşısını alır. Bu qarışıq 4 aydan bir 15 gün müddətində qəbul edilir. Həmin 15 gün müddətində axşamları qarabaşaq çayı ilə paralel qəbul edilməsi beyin şişlərinin qarşısını alır.

Parkinson xəstəliyinin seyri

Parkinson xəstəliyi olan bir çox fərddə dərmanlar köməkçi ola bilər. Ancaq dərmanların təsiri və təsir müddəti adamdan adama fərqlilik göstərməkdədir. Parkinson xəstəliyi müalicəsiz buraxıldığında xəstələr tamamilə köməyə möhtac hala gəlirlər. Beyin funksiyalarında ciddi pozulma görülər və erkən ölüm inkişaf edə bilər.

Həyat tərzində ediləcək yaxşılaşdırmalar;

  • Sağlamlıq bəslənmə və siqareti buraxma
  • Udma çətinliyi varsa yenilən və içilən qidaların diqqətlə seçilməsi
  • Danışma müalicəsi
  • Mümkün qədər hərəkətli olma. (Enerjinin aşağı olduğu vəziyyətlərdə edilməməlidir)
  • Stressdən uzaq durma və kafi istirahət
  • Fiziki müalicə görmə
  • Ev divarlarına yapışma məqsədli tutucu yerləşdirmə
  • Hərəkatı asanlaşdırıcı çəlik və ya walker kimi alətlər istifadə

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir