Admin@tibbdunyam.az

Nurofen Tablet

Tibbi Məlumat Portalı

Nurofen Tablet

Nurofen Tablet beynəlxalq patentləşdirilməmiş adı: Ibuprofen
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Loading...

Nurofen tabletin tərkibi:

Təsiredici maddə: 1 örtüklü tabletin tərkibində 200 mq ibuprofen vardır.

Köməkçi maddələr: kroskarmelloza natrium, natrium laurilsulfat, natrium sitrat dihidrat, stearin turşusu, kolloidal silisium 4-oksid.

Örtüyün tərkibi: karmelloza natrium, talk, akasiya kitrəsi, saxaroza, titan 4 oksid, makroqol 6000, qara mürəkkəb.

Təsviri: Dairəvi, ikitərəfli qabarıq, ağ rəngli örtüklü tabletlərdir, tabletin bir tərəfində qara rənglə Nurofen yazılmışdır. Tabletin eninə kəsiyində nüvə və tabletin örtüyü ağ rəngdədir.

Farmakoterapevtik qrupu: Qeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP).

Atc kodu: M01AE01

Nurofen tabletin farmakoloji xüsusiyyətləri:

Preparat qeyri-steroid iltihabəleyhinə preparatlara (QSİƏP) aiddir. Nurofen ağrıkəsici, qızdırmasalıcı və iltihab əleyhinə təsirlərə malikdir. Qeyri-selektiv olaraq S0G1 və SOG2-ni blokadaya alır. İbuprofenin təsir mexanizmi ağrı, iltihab və hipertermik reaksiyaların mediatorlarının – prostaqlandinlərin sintezini tormozlaması ilə bağlıdır.


Nurofen tablet farmakokinetikası

Absorbsiyası yüksəkdir, plazma zülalları ilə birləşməsi — 90%. Oynaq boşluqlarına tədricən nüfuz edir, sinovial toxumada ləngiyir və orada plazma konsentrasiyasına nisbətən daha yüksək konsentrasiyaları yaranır. Onurğa beyni mayesində plazma ilə müqayisədə ibuprofen daha aşağı konsentrasiyalarda aşkar edilir. Absorbsiyadan sonra farmakoloji qeyri-aktiv R-formanın 60%-ə yaxın hissəsi mədə-bağırsaq traktında və qaraciyərdə aktiv S-formaya çevrilir. Qaraciyərdə metabolizmə məruz qalır. Plazmada maksimal konsentrasiyanın yaranma vaxtı T max. – 1-2 saat. Yarım xaricolma dövrü 2 saat. Böyrəklər vasitəsilə (yeridilmiş dozanın 70-90% və az dərəcədə ödlə (2%-dən az) xaric olur.

Nurofen tabletin istifadəsinə göstərişlər:

Nurofen baş və diş ağrılarında, miqrenda, ağrılı menstruasiyalarda, nevralgiyada, bel ağrılarında, əzələ ağrılarında və revmatik ağrılarda, həmçinin qrip və soyuqdəymə xəstəlikləri zamanı qızdırmalı vəziyyətlərdə istifadə olunur.

Əks göstərişlər:

  • Mədə-bağırsaq traktının eroziv-xoralı zədələnmələri kəskinləşmə fazasında, o cümlədə mədə və 12-barmaq bağırsağın xora xəstəliyi kəskinləşmə fazasında, xoralı kolit, peptik xora, Kron xəstəliyi
  • Ürək çatışmazlığı. Arterial hipertenziyanın ağır gedişi.
  • İbuprofenə və ya preparatın komponentlərinə qarşı yüksək həssaslıq. 
  • Asetilsalisil turşusuna qarşı dözümsüzlüyün tam və ya natamam sindromu (rinosinusit, övrə, burunun selikli qişasının polipləri, bronxial astma). 
  • Görmə sinirinin nevriti; rəngli görmənin pozulması, ambliopiya, scotoma. 
  • Qlükozo-6-fosfatdehidrogenaza çatışmazlığı, hemofiliya və qanın laxtalanma prosesinin digər pozğunluqları, hemorragik diatezlər, hipokoaqulyasiya vəziyyətləri. 
  • Hamiləliyin III trimestri, laktasiya dövrü. 
  • Qaraciyərin ifadə olunmuş funksional pozğunluqları. 
  • Aydın ifadə olunmuş böyrək çatışmazlığı (kreatinin klirensi 30 ml/dəq-dən aşağı). 
  • Eşitmənin zəifləməsi, vestibulyar aparatın patologiyası. 
  • Aorta-koronar şuntlamanın həyata keçirilməsindən sonrakı dövr. 
  • Mədə-bağırsaq qanaxmaları və kəllədaxili qansızma.
  •  Hemofiliya və qanın laxtalanma prosesinin digər pozğunluqları, hemorragik diatezlər 6 yaşa qədər uşaqlar.

Ehtiyatla:

  • ahıl yaş, ürəyin işemik xəstəliyi, serebrovaskulyar xəstəliklər, dislipidemiya, şəkərli diabet, periferik arteriyaların xəstəlikləri, siqaretdən istifadə, alkoqoldan tez-tez istifadə, QSİƏP-in uzunmüddətli istifadəsi, ağır somatik xəstəliklər, eyni zamanda peroral Qks-in (o cümlədən prednizolon), antikoaqulyantların (o cümlədən, varfarin, klopidoqrel, asetilsalisil turşusu) istifadəsi;
  • serotoninin geriyə tutulmasının selektiv inhibitorları, preparatın qəbulu zamanı pasiyentin anamnezində mədə və 12-barmaq bağırsağın xora xəstəliyi, qastrit zamanı, enteritlərdə, kolitlərdə, anamnezdə mədəbağırsaq traktının qanaxmaları zamanı;
  • qaraciyərin və ya böyrəklərin yanaşı xəstəlikləri zamanı;
  • qaraciyərin portal hipertenziya ilə sirrozu, nefrotik sindrom, xroniki ürək çatışmazlığı zamanı;
  • arterial hipertenziyada;
  • qanın mənşəyi məlum olmayan xəstəlikləri zamanı (leykopeniya və anemiya); bronxial astma zamanı, hiperbiluribinemiya zamanı, hamiləlik (I, II trimestrlər);
  • 12 yaşdan aşağı yaş dövrü.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

Preparatın hamiləlik dövründə istifadəsi yalnız həkim nəzarəti altında mümkündür. I, II trimestriərdə istifadəsi arzuolunmazdır, lakin ehtiyatla istifadə etmək mümkündür. III trimestrdə istifadəsi əks göstərişdir. Preparatın laktasiya dövründə ehtiyatla istifadəsi mümkündür.

Loading...

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:


Nurofen tabletlərinin asetilsalisil turşusu (AST) ilə və digər QSİƏP-lə eyni zamanda istifadəsi tövsiyə olunmur. İbuprofenlə birlikdə istifadə zamanı AST-nin iltihabəleyhinə və antiaqreqant təsiri zəifləyir (ibuprofenin qəbuluna başladıqdan sonra antiaqreqant vasitə kimi asetilsalisil turşusunun kiçik dozaları olan xəstələrdə kəskin tac-damar-çatışmazlığının inkişaf tezliyinin yüksəlməsi mümkündür). Antikoaqulyantlarla və trombolitik dərman vasitələri ilə (alteplaza, streptokinaza, urokinaza) təyin edildiyi zaman eyni vaxtda qanaxmanın inkişaf riski yüksəlir. Sefamandol, sefapcrazon, sefotetan, valproy turşusu, plikamisin hipoprotrombinemiyanın inkişaf tezliyini yüksəldirlər. Siklosporin və qızıl preparatları böyrəklərdə prostaqlandinlərin sintezinə ibuprofenin təsirini gücləndirir ki, bu da özünü nefrotoksikliyin gücənməsi ilə göstərir. Ibuprofen siklosporinin plazma konsentrasiyasını və onun hepatotoksik təsirlərinin inkişaf ehtimalını yüksəldir. Kanalcıq sekresiyasını blokadaya alan dərman vasitələri ibuprofenin xaric olmasını aşağı salır, plazma konsentrasiyasını yüksəldir. Mikrosomal oksidləşmənin induktorları (fenitoin, etanol, barbituratlar, rifampisin, fenilbutazon, trisiklik antidepressantlar) hidroksilləşmiş aktiv metabolitlərin hasil edilməsini artırır, ağır hepatotoksik reaksiyaların inkişaf riskini yüksəldir. Mikrosomal oksidləşmənin inhibitorları hepatotoksik təsir riskini aşağı salır. Vazodilatatorların hipotenziv aktivliyini, furosemidin və hidroxlortiazidin natriumuretik təsirini aşağı salır. Urikozurik preparatların effektivliyini aşağı salır, dolayı təsirli antikoaqulyantların, antiaqreqantların, fibrinolitiklərin təsirini gücləndirir.

Mineralokortikosteroidlərin, qlükokortikosteroidlərin, estrogenlərin, etanolun əlavə təsirlərini gücləndirir. Peroral hipoqlikemik dərman vasitələrinin, sulfonilsidik cövhəri törəmələrinin və insulinin təsirini gücləndirir. Antasidlər və kolestiramin preparatın absorbsiyasını aşağı salır. Qanda diqoksinin, litium preparatlarının, metotreksatın konsentrasiyasını yüksəldir. Kofein preparatın analgeziyaedici təsirini gücləndirir.

Xüsusi göstərişlər:

Uzunmüddətli müalicə zamanı periferik qanın mənzərəsinə, qaraciyərin və böyrəklərin funksional vəziyyətinə nəzarət etmək lazımdır. Qastropatiya simptomları meydana çıxdığı zaman ezofaqoqastroendenoskopiya, qanın ümumi analizi (hemoqlobinin təyini) gizli qanı təyin etmək üçün nəcisin analizi daxil olmaqla ciddi nəzarət tövsiyə edilir. 17-ketosteroidlərin təyin edilməsi lazım gələrsə, müayinəyə 48 saat qalmış preparatı ləğv etmək lazımdır, Xəstələr nəqliyyat vasitələrinin idarə olunması ilə və hərəkət edən mexanizmlərlə işləməklə bağlı bütün fəaliyyət növlərindən, həmçinin yüksək diqqət və sürətli psixomotor oyanıqlıq tələb edən fəaliyyət növlərindən imtina etməlidirlər. Müalicə dövründə spirtli içkilərdən imtina edilməlidir.

Nurofen tabletin istifadə qaydası və dozası:

Nurofen böyüklərə və 12 yaşdan böyük uşaqlara yeməkdən sonra, gündə 3-4 dəfə 200 mq dozada tablet şəklində təyin olunur. Tabletləri su ilə içmək lazımdır. Sürətli müalicəvi effekt əldə etmək üçün böyüklərdə doza gündə 3 dəfə 400 mq-a (2 tablet) qədər artırıla bilər. 6 yaşdan 12 yaşa qədər uşaqlara: gündə 4 dəfədən çox olmayaraq, 1 tablet; preparat yalnız uşağın bədən kütləsi 20 kq-dan artıq olduğu zaman istifadə oluna bilər.Tabletlərin qəbulları arasında interval 6 saatdan az olmamalıdır. 24 saat ərzində 6 tabletdən artıq qəbul etmək tövsiyə olunmur. Maksimal gündəlik doza 1200 mq təşkil edir. Əgər preparatın 2-3 gün ərzində istifadəsi zamanı simptomlar saxlanılarsa, müalicəni dayandırmaq və həkimə müraciət etmək lazımdır.

Əlavə təsirləri:

  • Nurofen preparatının 2-3 gün ərzində istifadəsi zamanı praktik olaraq əlavə təsirlər müşahidə olunmur. Uzunmüddətli istifadə zamanı aşağıdakı əlavə təsirlərin meydana çıxması mümkündür:
  • Mədə bağırsaq traktında: ürəkbulanma, qusma, qıcqırma, anoreksiya, epiqastral nahiyədə ağrı və diskomfort, diareya, meteorizm, mədə-bağırsaq traktının, eroziv-xoralı zədələnməsinin baş verməsi mümkündür (bir sıra hallarda perforasiya və qanaxma ilə fəsadlaşır), abdominal ağrılar, qıcıqlanma, ağız boşluğu selikli aişasının quruluğu və ya ağızda ağrı, dişdibi ətinin selikli qişasının xoralanması, aftoz stomatit, pankreatit, qəbizlik, hepatit.
  • Sinir sisteminda: başağrısı, başgicəllənmə, yuxusuzluq, oyanıqlıq, yuxuya meyllilik, depressiya, şüurun dumanlanması, hallusinasiyalar, nadir hallarda — aseptik meningit (ən çox autoimmun xəstəlikləri olan pasiyentlərdə).
  • Ürək-damar sistemində: ürək çatışmazlığı, arterial təzyiqin (AT) yüksəlməsi, taxikardiya.
  • Sidik-ifrazat sistemində: nefrotik sindrom (ödemlər), kəskin böyrək çatışmazlığı, allergik nefrit, poliuriya, sistit.
  • Qanyaradıcı orqanlarda: anemiya (o cümlədən, hemolitik, aplastik), trombositopeniya və trombositopenik purpura, aqranulositoz, leykopeniya.
  • Hiss orqanlarında: eşitmənin zəifləməsi, qulaqlarda cingilti və ya küy, görmə sinirinin dönər toksiki nevriti, qeyri-dəqiq görmə və ya diplopiya, gözlərin quruluğu və qıcıqlanması, konyunktivanın və göz qapaqlarının ödemi (allergik mənşəli), skotoma.
  • Allergik reaksiyalar: dəri səpgisi, qaşınma, övrə, Kvinke ödemi, anafilaktoid reaksiyalar, anafilaktik şok, qızdırma, multiformalı ekssudativ eritema (o cümlədən Stivens-Conson sindromu), toksiki epidermal nekroliz (Layell sindromu), eozinofiliya, allergik rinit.
  • Tənəffiis sistemindo: bronxospazm, tangnəfəslik.
  • Tər ifrazının güclənməsi.
  • Uzun müddət yüksək dozalarda istifadə zamanı – mədə-bağırsaq traktının selikli qişasının xoralanması, qanaxma (mədə-bağırsaq trakrında, dişdibi ətində, uşaqlıqda, hemorroidal), görmənin pozulması (rəngli görmənin pozulması, skotoma, ambliopiya). Əlavə təsirlər meydana çıxan zaman preparatın qəbulunu dayandırmaq və həkimə müraciət etmək lazımdır.

Doza haddinin aşılması simptomları:

Qarında ağrılar, ürəkbulanma, qusma, tormozlanma, yuxuyameyllik, depressiya, başağrısı, qulaqlarda küy, metabolik asidoz, koma, kəsbradikardiya, taxikardiya, qulaqcıqların fibrillyasiyası, tənəffüsün dayanması, protrombin vaxtının uzanması, nadir hallarda qıcolmalar mümkündür.

Müalicəsi

Mədənin yuyulması (yalnız qəbuldan sonra 1 saat müddətində), aktivləşdirilmiş kömür, qələvili içki, sürətləndirilmiş diurcz, simptomatik müalicə. Tez-tez baş verən və ya uzunmüddətli qıcolmalar baş verdiyi zaman qıcolma əleyhinə preparatlar (venadaxili diazepam və ya orazepam).

Buraxılış forması: Ortüklü tabletlər, 200 mq 6 və ya 12 tablet, blisterdo (PVX/PVDX/alüminium). 1 blister (6 və ya 12 tablet) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti: 25°C-dən yüksək olmayan temperaturda, quru yerdə saxlamaq lazımdır. Preparatı uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti: 3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdon buraxılma şərti: Reseptsiz buraxılır.

Loading...

 

Bir cavab yazın