Antikoaqulyan ilaçlarİlaçlar

Kleksan (Clexane) inyeksiya üçün məhlul

M Ü N D Ə R İ C A T bağla

Kleksan – CLEXANE (inyeksiya üçün məhlul)
Beynəlxalq patentləşməmis adı: Sodium enoksaparine
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Kleksan tərkibi:


1 şprisdə:
2000 anti-Xa BV/0,2 ml doza (20 mg/0.2 ml-ə ekvivalent).
Təsiredici maddə: natrium enoksaparin – 20 mq.
Həlledici: inyeksiya üçün su;
4000 anti-Xa BV/0,4 ml doza (40 mg/0,4 mi-ə ekvivalent).


Təsiredici maddə: natrium enoksaparin – 40 mq
Həlledici: inyeksiya üçün su;
6000 anti-Xa BV/0,6 ml doza (60 mg/0,6 ml-ə ekvivalent).


Təsiredici maddə: natrium enoksaparin – 80 mq.
Həlledici: inyeksiya üçün su;
8000 anti-Xa BV/0.8 ml doza (80 mg/0,8 ml-ə ekvivalent).


Təsiredici maddə: natrium enoksaparin -80 mq.
Həlledici: inveksiva ücün su,
10000 anti-Xa/1 ml doza (100 mg/1 ml-e ekvivalent).


Təsiredici maddə: natrium enoksaparin – 100 mq.
Həlledici: inyeksiya üçün su.
* kütlə istifadə edilən natrium enoksaparinin əsasında hesablanmışdır (nəzəri olaraq aktivlik 100 anti-Xa BV/mq).

Kleksanın təsviri:


Şəffaf, rəngsizdən açıq sarı rəngə qədər məhluldur.

Farmakoteraptevtik qrupu: Birbaşa təsirli antikoaqulyant maddə.

ATC kodu: B01AB05.

Farmakoloji xüsusiyyətləri:

Kleksan xarakteristikası:


Natrium enoksaparin – orta molekulyar kütləsi təxminən 4,500 dalton olan aşağı molekullu heparindir: 2000 daltondan az-<20%. 2000 – 8000 dalton ->68%, 8000 daltondan çox – <18%. Natrium enoksaparin donuzun nazik bağırsağının selikli qişasından alınmış heparinin benzil efirinin qələvi hidrolizi yolu ilə əldə olunur. Onun strukturu 2-0-sulfo-4-enpirazinosuron turşusunun bərpa edilməyən fraqmenti və 2-N, 6-0-disulfo-D-glükopiranozidin berpa olunan fraqmenti ilə seciyyələnir. Natrium enoksaparinin tərkibində polisaxarid zəncirinin bərpa olunan fraqmentində təxminən 20% (15%-25% arasinda) 1,6-anhidrotörəməsi var.

Kleksan inyeksiyasının farmakodinamikası:


Təmizlənmiş in vitro sistemdə natrium enoksaparin yüksək anti-Xa fəallığa (təxminən 100 BV/ml) və aşağı anti-lla və ya antitrombin fəallığına (təxminən 28 BV/ml) malikdir. Bu antikoaqulyant fəallıq antitrombin III (AT-III) vasitəsilə təsir etməklə, insanlarda antikoaqulyant təsiri təmin edir. Anti-Xa/lla fəallığından başqa həm sağlam şəxslərdə, həm də pasiyentlərdə, eləcə də heyvan modellərində natrium enoksaparinin əlavə antikoaqulyant və iltihabəleyhinə təsirləri müəyyən edilmişdir. Buraya Vlla amili kimi digər laxtalanma amillərinin AT-III-dən asılı inhibə edilməsi, toxuma amili yolunun (TAY) inhibitorunun ifraz edilməsinin aktivləşməsi, eləcə də damar endotelindən Villebrand amilinin qan dövranına ifraz edilməsinin azalması daxildir. Bu amillər bütövlükdə natrium enoksaparinin antikoaqulyant effektini təmin edir.


Profilaktik dozalarda istifadəsi zamanı o, aktivləşdirilmiş hissəvi tromboplastin vaxtını (AHTV) cüzi dəyişdirir, trombositlərin aqreqasiyasına və fibrinogenin trombositlərin reseptorları ilə birləşmə dərəcəsinə praktiki olaraq təsir etmir.
Plazmada anti-lla aktivliyi anti-Xa aktivliyindən təxminən 10 dəfə daha azdır. Orta maksimal anti-lla aktivliyi preparatın dərialtı yeridilməsindən təxminən 3-4 saat sonra müşahidə olunur və 1 mg/kq bədən kütləsi dozasında iki dəfə yeridilmə zamanı təkrar yeridilmədən sonra və 1,5 mg/kq bədən kütləsi dozasında bir dəfə yeridildikdən sonra müvafiq olaraq 0,13 BV/ml va 0,19 BV/ml səviyyəsinə çatır.
Plazmada orta maksimal anti-Xa aktivliyi preparatın dərialtı yeridilməsindən təxminən 3-5 saat sonra müşahidə olunur və preparatın 20, 40 mq və 1 mg/kq və 1,5 mg/kg yeridilməsindən sonra müvafiq olaraq təxminən 0,2; 0,4, 1,0 ve 1,3 anti-Xa BV/ml təşkil edir.

Farmakokinetikası:


Enoksaparinin göstərilən dozalanma rejimlərində farmakokinetikası xətti xarakter daşıyır. Pasiyentlərin grupdaxili və qruplar arası variabelliyi aşağıdır. Sutkada 1 dəfə 40 mg natrium enoksaparinin təkrar dərialtı yeridilməsindən sonra və sağlam könüllülərdə sutkada bir dəfə 1,5 mg/kq bədən kütləsi dozasında dərialtı yeridilməsindən sonra bərabər qatılıq 2-ci gün əldə olunur və bu zaman bir dəfə yeridilmədən sonra ilə müqayisədə farmakokinetik əyrinin altındakı sahə orta hesabla 15% daha çox olur.
Natrium enoksaparinin sutkalıq 1 mg/kq bədən kütləsi dozasında gündə iki dəfə dərialti yeridilməsindən sonra eyni qatılıq səviyyəsinə 3-4 gün sonra nail olunur ki, bu zaman farmakokinetik evrinin altındakı sahə bir dəfə yeridilmədən sonra ilə müqayisədə orta hesabla 65% daha çox olur ve maksimal qatılıqların orta göstəriciləri müvafiq olaraq 1,2 BV/ml və 0,52 BV/ml təşkil edir.


Natrium enoksaparinin dərialtı yeridilməsi zamanı anti-Xa fəallığı əsasında qiymətləndirilən biomənimsənilməsi 100%-ə yaxındır. Natrium enoksaparinin anti-Xa fəallığının paylanma həcmi təxminən 5 l. təşkil edir və qanın həcminə yaxındır. Natrium enoksaparin anti-Xa aşağı klirensə malik preparatdır. Onun 1,5 mg/kq bədən kütləsi dozasında 6 saat ərzində venadaxili yeridilməsindən sonra plazmada anti-Xa klirensinin orta dəyəri 0,74 /saat təşkil edir.
Preparatın bədəndən çıxarılması təkfazalı xarakter daşıyır, yarımçıxarılma dövrü 4 saat (bir dəfə dərialtı yeridilmədən sonra) və 7 saat (preparatın çoxsaylı yeridilməsindən sonra) təşkil edir.


Natrium enoksaparin əsasən qaraciyərdə desulfatlaşma və ya depolimerləşmə yolu ilə və çox aşağı bioloji aktivliyə malik aşağı molekullu maddələr əmələ gəlməklə metabolizmə uğrayır. Preparatın fəal fraqmentlərinin böyrəklər vasitəsilə çıxarılması yeridilmiş dozanın təxminən 10%-ni təşkil edir; fəal və qeyri-fəal fraqmentlərin ümumi ekskresiyası isə yeridilmiş dozanın təxminən 40%-ni təşkil edir.


Böyrək funksiyasının yaşla azalması nəticəsində ahıl yaşlı pasiyentlərdə natrium enoksaparinin çıxarılmasının ləngiməsi mümkündür. Böyrək funksiyası zəifləmiş xəstələrdə natrium enoksaparin klirensinin azalması qeyd edilmişdir. Böyrək funksiyasının mülayım (kreatinin klirensi 50-80 ml/dəq) və orta dərəcəli (kreatinin klirensi 30-50 ml/dəq) pozulması olan xəstələrdə sutkada bir dəfə 40 mg.


Natrium enoksaparinin təkrar dərialtı yeridilməsindən sonra anti-Xa aktivilyinin artmasi baş verir ki, bu da farmakokinetik əyrinin sahəsində özünü göstərir. Böyrək funksiyasının ağır pozğunluğu olan xəstələrdə (kreatinin klirensi 30 ml/dəqiqədən az) 40 mg preparatın sutkada bir dəfə təkrar dərialti yeridilməsi zamanı farmakokinetik əyrinin altındakı sahə tarazlıq vəziyyətindəkindən orta hesabla 65% daha çoxdur. Artıq bədən kütləsi olan şəxslərdə preparatın dərialtı yeridilməsi zamanı klirens nisbətən azdır. Xəstənin bədən kütləsi nəzərə alınmaqla dozaya düzəliş edilməzsə, bu zaman 40 mg natrium enoksaparinin bir dəfə dərialtı yeridilməsindən sonra anti-Xa fəallığı adi orta bədən kütləsinə malik pasiyentlərlə müqayisədə 45 kq-dan az bədən kütləsinə malik qadınlarda 50% daha çox və 57 kq-dan az bədən kütləsinə malik kişilərdə isə 27% daha çox olacaqdır.

Kleksan inyeksiyasının istifadəsinə göstərişlər:


Cərrahi (xüsusilə də ortopedik və ümumi cərrahi) əməliyyatlar zamanı venoz tromboz və 16 emboliyaların profilaktikası.
Kəskin ürək çatışmazlığı və xroniki ürək çatışmazlığının dekompensasiya mərhələsi (NYHA III və ya IV sinif), kəskin tənəffüs çatışmazlığı da daxil olmaqla, kəskin terapevtik xəstəliklər, eləcə də venoz tromb əmələgəlmənin risk amillərindən biri ilə birgə rast gəlinən ağır kəskin infeksiyalar və kəskin revmatik xəstəliklər nəticəsində yataq rejimində olan xəstələrdə venoz tromboz və emboliyaların profilaktikası
Ağciyər arteriyalarının tromboemboliyası ile və ya onsuz gedən dərin venaların trombozunun müalicəsi.


Hemodializ zamanı (adətən seans 4 saatdan çox olmadıqda) ekstrakorporal qan dövranı sistemində tromb əmələgəlmənin profilaktikası.
Qeyri-stabil stenokardiya və Q dişsiz miokard infarktının müalicəsi zamanı asetilsalisil turşusu ilə birlikdə.
Dərman müalicəsi və ya sonrakı dəridən koronar müdaxilə planlaşdırılan pasiyentlərdə ST segmentinin qalxması ilə gedən kəskin miokard infarktının müalicəsi.

Kleksan (Clexane) üçün əks göstərişlər:


Natrium enoksaparinə, heparinə və ya digər aşağı molekullu heparinlər də daxil olmaqla, heparinin törəmələrinə qarşı yüksək həssaslıq.
Aktiv güclü qanaxma, eləcə də yüksək qanaxma riski olan vəziyyətlər və ya xəstəliklər: düşük təhlükəsi, baş beyin damarlarının anevrizması və ya aortanın laylanan anevrizması (bu səbəbdən cərrahi əməliyyat aparılan hallar istisna olmaqla), son vaxtlarda keçirilmiş hemorragik insult, idarə olunmayan qanaxma, in vitro şəraitdə natrium enoksaparinin olduğu mühitdə antitrombositar anticisimlərə qarşı müsbət testlə birlikdə rast gəlinən trombositopeniya.
Kleksan preparatının mexaniki süni ürək qapaqları olan hamilə qadınlarda tromb əmələgəlmənin profilaktikası məqsədilə tətbiqi tövsiyə olunmur (klinik istifadə təcrübəsinin çatışmazlığı).
Yaşın 18-dən az olması (effektivlik və təhlükəsizlik müəyyən edilməmişdir).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri:


Qanaxma riski olan vəziyyətlərdə ehtiyatla istifadə edilməlidir:
– hemostazın pozulması (o cümlədən, hemofiliya, trombositopeniya, hipokoaqulyasiya, Villebrand xəstəliyi və s.), ağır vaskulit;
– anamnezdə mədə və ya onikibarmaq bağırsağın xora xəstəliyi və ya mədə-bağırsaq traktının digər eroziv-xoralı xəstəliklərinin olması;
– son vaxtlarda keçirilmiş işemik insult;
– idarə olunmayan ağır arterial hipertenziya:
– diabetik və ya hemorragik retinopatiya;
– ağır şəkərli diabet;
– son vaxtlarda keçirilmiş və ya keçirilməsi güman edilən nevroloji və ya oftalmoloji əməliyyatlar;
– spinal və ya epidural anesteziyanın aparılması (potensial olaraq hemotoma ehtimalı), onurğa beyni punksiyası (son vaxtlarda aparılmış);
– son vaxtlarda keçirilmiş doğuş;
– bakterial endokardit (kəskin və ya yarımkəskin):
– perikardit və ya perikardial eksudat;
– böyrək və ya qaraciyər çatışmazlığı;
– uşaqlıqdaxili kontrasepsiya (UDK);
– ağır travma (xüsusilə də mərkəzi sinir sisteminin), böyük sahəli açıq yaralar;
– eyni vaxtda hemostaz sisteminə təsir edən preparatların qəbulu;
– trombozla birlikdə rast gəlinən və ya onsuz, heparinlə induksiya olunan trombositopeniya (anamnezdə).
Şirkətin Kleksan preparatının aşağıdakı xəstəliklər zamanı klinik istifadəsinə dair məlumatları yoxdur: fəal vərəm, şüa müalicəsi (son vaxtlarda aparılmış).

Ümumi:


Asağı molekullu heparinlər qarşılıqlı əvəz edilmirlər, çünki onlar istehsal prosesinə, molekulyar kütləsinə, spesifik anti-Xa fəallığına, doza vahidləri və dozalanma rejiminə görə fərqlənirlər. Onların farmakokinetika və bioloji aktivliklərindəki (antitrombin fəallığı və trombositlərlə qarsılıqlı təsir) fərq də bununla bağlıdır. Buna görə də aşağı molekullu heparinlər sinfinə daxil olan hər bir preparatın istifadəsinə aid tövsiyələrə dəqiq əməl etmək lazımdır.

Qanaxma:


Digər antikoaqulyantlarda olduğu kimi Kleksan preparatının yeridilməsi zamanı da istənilən lokalizasiyalı qanaxma meydana çıxa bilər. Qanaxma baş verdikdə onun mənbəyini tapmaq və müvafiq müalicə təyin etmək lazımdır.

Ahıl yaşlı pasiyentlərdə qanaxmalar:


Kleksan preparatının ahıl yaşlı pasiyentlərdə profilaktik dozalarda istifadəsi zaman riskinin artmasi qeydə alınmamışdır.
Preparatın ahıl yaşlı (xüsusən, yaşı 80 və daha çox olan) pasiyentlərdə terapevtik dozalarda istifadəsi zamanı qanaxma riski yüksəkdir.
Belə pasiyentlərin vəziyyətinə ciddi nəzarət etmək tövsiyə olunur.

Kleksan (Clexane) məhlulunun hemostaza təsir edən digər preparatlarla eyni zamanda istifadəsi:


Natrium enoksaparinlə müalicəyə başlamazdan əvvəl hemostaza təsir edən preparatların (sistem təsirli salisilatlar, o cümlədən asetilsalisil turşusu, qeyri-steroid iltihabəleyhi preparatlar (ketorolac da daxil olmaqla); molekulyar kütləsi 40 kDa olan dekstran, tiklopidin və klopidoqrel; qlükokortikosteroid preparatlar, trombolitiklər, antikoaqulyantlar, qlikoprotein llb/lla da daxil olmaqla, antiaqreqantların) istifadəsinin dayandırılması tövsiyə olunur. Həmin preparatların kombinasiyası göstərişdirsə, ciddi klinik müşahidə və müvafiq laborator göstəricilərə nəzarət aparılmalıdır.

Böyrək çatışmazlığı:


Natrium enoksaparinin sistem ekspozisiyasının artması nəticəsində böyrək funksiyasının pozğunluğu olan pasiyentlərdə qanaxma riski mövcuddur.
Böyrək funksiyasının ağır pozğunluğu olan xəstələrdə (kreatinin klirensi 30 ml/dəqiqədən az) natrium enoksaparinin ekspozisiya müddəti nəzərəçarpan dərəcədə artır, buna görə də preparatın həm profilaktik, həm də terapevtik istifadəsi zamanı dozanın korreksiyası tövsiyə olunur. Böyrək funksiyasının mülayim və orta dərəcəli pozğunluğu (kreatin klirensi 30-50 ml/dəg və ya 50-80 ml/dəq) olan pasiyentlərdə dozanın korreksiyasının aparılmasına ehtiyac olmamasına baxmayaraq belə pasiyentlərin ciddi nəzarət altında saxlanılması tövsiyə olunur.

Aşağı bədən kütləsi:


Bədən kütləsi 45 kq-dan az olan qadınlarda və 57 kq-dan az olan kişilərdə natrium enoksaparının profilaktik istifadəsi zamanı onun ekspozisiya müddətinin artması qeydə alınmışdır ki, bu da qanaxma riskinin artmasına gətirib çıxara bilər. Belə pasiyentlərin vəziyyətinə ciddi nəzarət etmək tövsiyə olunur.

Piylənməsi olan pasiyentlər:


Piylənməsi olan pasiyentlərdə tromboz və embolivaların riski yüksəkdir. Piylənmədən əziyyət çəkən pasiyentlərdə (BKI > 30 kq/m2) natrium enoksaparinin profilaktik dozalarda tətbiqinin təhlükəsizliyi və effektivliyi sona qədər müəyyən olunmamışdır və dozanın korreksiyasına dair vahid rəy yoxdur. Bu pasiyentlərdə tromboz və emboliyalanın simptom və əlamətlərinin inkişafına görə diqqətli müşahidə aparılmalıdır.

Periferik qanda trombositlərin sayına nəzarət:


Aşağı molekullu heparinlərin istifadəsi zamanı da anticisim vasitəçiliyi ilə heparinlə induksiya olunan trombositopeniyaların inkişafı riski var. Əgər trombositopeniya inkişaf edirsə, onu adətən natrium enoksaparinlə müalicənin başlanmasından sonra 5-21-ci günlər arasında aşkar edirlər.
Bununla əlaqədar Kleksan preparatı ilə müalicəyə başlayana qədər və mualicə dövründə periferik qanda müntəzəm olaraq trombositlərin sayına nəzarət etmək tövsiyə olunur. Trombositlərin sayında təsdiq edilmiş nəzərəçarpan azalma olduqda (ilkin göstərici ilə müqayisədə 30-50% azalma), natrium enoksaparini dərhal dayandırmaq və başqa preparatla müalicəyə keçmək lazımdır.

Spinal/epidural anesteziya:


Kleksan preparatının spinal/epidural anesteziva ilə eyni zamanda uzun müddət davam edən və ya geri dönməyən iflicin inkişafı ilə gedən neyroaksial hematomaların baş verməsi halları təsvir olunmuşdur. Preparatın 40 mg və ya daha az dozalarda istifadəsi zamanı belə halların baş vermə riski azalır. Kleksan preparatının daha yüksək dozalarda istifadəsi zamanı, eləcə de hemostaza təsir göstərən əlavə preparatlarla eyin zamanda istifadəsi zamanı risk yüksəlir. Risk eləcə də, travmatik aparılmış və ya təkrari onurğa beyin punksiyası zamanı, yaxud anamnezində onurğa sütununda keçirilmiş əməliyyat və ya onurğa deformasiyası olan pasiyentlərdə yüksəlir. Natrium enoksaparinin istifadəsi və epidural və ya spinal anesteziya/analgeziyanın aparılması ilə bağlı mümkün qanaxma riskini azaltmaq üçün preparatın farmakokinetik profilini nəzərə almaq vacibdir. Kateterin qoyulması və ya çıxarılmasını natrium enoksaparinin antikoaqulyant təsiri olan zaman aparmaq daha məqsədəuyğundur, lakin müxtəlif pasiyentlərdə antikoaqulyant təsirin kifayət qədər azalmasına nail olmaq üçün lazım olan dəqiq müddət məlum deyil.


Kateterin qoyulması və ya çıxarılması Kleksan preparatının daha aşağı dozalarının (sutkada bir dəfə 20 mg, sutkada bir və ya iki dəfə 30 mg, sutkada bir dəfə 40 mg) yeridilməsindən ən azı 12 saat sonra və Kleksan preparatının daha yüksək dozalarının (gündə iki dəfə 0,75 mg/kg bədən kütləsi, sutkada iki dəfə 1 mg/kg bədən kütləsi, sutkada bir dəfə 1.5 mg/kg bədən kütləsi) yeridilməsindən ən azı 24 saat sonra aparılmalıdır. Bu zaman nöqtələrində preparatın anti-Xa aktivliyi hələ aşkar edilməyə davam edir və belə təxirə salınma neyroaksial hematomanın əmələ gəlməyəcəyinə zəmanət vermir. Gündə iki dəfə 0.75 mg/kg bədən kütləsi və ya gündə iki dəfə 1 mg/kg bədən kütləsi dozasında natrium enoksaparin qəbul edən pasiyentlərə belə (gündə 2 dəfə) dozalanma rejimində kateter qoyulmazdan və ya dəyişdirilməzdən əvvəlki intervalı uzatmaq məqsədilə ikinci dozanı yeritməmək lazımdır.

Preparatın növbəti dozasının yeridilməsinin minimal olaraq 4 saat uzadılmasının mümkünlüyü məsələsini də eynən belə, fayda/risk (pasiyentlərin risk amillərinin olub-olmamasını nəzərə almaqla, prosedur yerinə yetirilərkən tromboz və qanaxma riski) nisbətini götür-qoy etməklə qiymətləndirmək lazımdır. Lakin natrium enoksaparinin növbəti dozasinin yeridilməsi vaxtına dair dəqiq tövsiyələr vermək mümkün deyil. Nəzərə almaq lazımdır ki, kreatinin klirensi 30 ml/deqiqeden az olan pasiyentlərdə natrium enoksaparinin orqanizmdən çıxanlması ləngiyir. Buna görə də bu kateqoriyadan olan pasiyentlərdə kateterin çıxarılma anından etibarən kecən müddətin iki dəfə uzadılmasını nəzərdən keçirmək lazımdır: natrium enoksaparinin kiçik dozaları (gündə 1 dəfə 30 mq) üçün minimum 24 saat ve daha yüksək dozaları (sutkada 1 mq/kq bədən kütləsi) üçün minimum 48 saat.


Əgər epidural/spinal anesteziya və ya lümbar punksiya zamanı həkim göstərişi ilə antikoaqulyant müalicə aparılırsa, beldə ağrı, hissi ve hərəki funksiyaların pozulması (aşağı ətraflarda keyimə ve ya zəiflik), bağırsaq və/və ya sidik kisesi funksiyasının pozulması kimi hər hansi nevroloji simptomların aşkar edilməsi məqsədilə pasiyentlər daimi müşahidə altında olmalıdırlar. Pasiyent, yuxarıda təsvir olunan simptomlar meydana çıxdıqda, dərhal bu barədə həkimə məlumat verməyin vacibliyi barədə təlimatlandırılmalıdırlar. Onurğa beyninin hematoması üçün səciyyəvi olan simptomlara şübhə olduqda, təcili diagnostika və (ehtiyac olduqda onurğa beyninin dekompressiyası da daxil olmaqla) müalicə tədbirləri görülməlidir.

Heparinlə induksiya olunan trombositopeniya:


Anamnezində trombozla birgə və ya onsuz, heparinlə induksiya olunan trombositopeniyası olan pasiyentlərdə Kleksan preparatından ehtiyatla istifadə olunmalıdır.
Heparinlə induksiya olunan trombositopeniyanın yaranma riski bir neçə il ərzində qala bilər. Anamnezdə heparinlə induksiya olunan trombositopeniyanın olduğu ehtimal olunursa, onun yaranması riskinin proqnozlaşdırılmasında in vitro trombositlərin aqreqasiyası sinaqlan məhdud rol oynayırlar. Bu halda kleksan preparatının istifadəsi barəda qərarı yalnız müvafiq mütəxəssislə konsultasiyadan sonra vermək olar.

Dəridən koronar angioplastika:


Qeyri-stabil stenokardiya, Q dişsiz miokard infarktı və ST segmentinin qalxması ilə gedən kəskin miokard infarktının müalicəsi zamanı invaziv damar instrumental manipulyasiyası ilə bağlı qanaxma riskini minimuma endirmək məqsədilə bu prosedurları Kleksan preparatının yeridilmələri arasındaki intervallar zamanı aparmaq lazimdir. Bu, dəridən koronar müdaxilə aparıldıqdan sonra hemostaza nail olmaq ücün vacibdir.

Qapayıcı qurğudan istifadə edərkən bud arteriyası introdyuseri dərhal çıxarıla bilər. Manual (əl ilə) kompressiyadan istifadə edərkən bud arteriyası introdyusari natrium enoksaparinin son venadaxili və ya dərialtı inyeksiyasından 6 saat sonra çıxarılmalıdır. Natrium enoksaparininlə mualicə davam etdirilirsə, novbəti dozanı bud arteriyası introdyuseri çixarildiqdan sonra 6-8 saatdan tez olmayaraq yeritmək lazımdır. Qanaxma və hematomanın yaranma əlamətlərini vaxtında aşkar etmək məqsədilə introdyuserin yeridilmə yerinə nəzarət etmək lazımdır.

Mexaniki süni ürək qapaqları olan pasiyentlər:


Mexaniki süni ürək qapaqları olan pasiyentlərdə trombemələ gəlmənin profilaktikası üçün Kleksan preparatının tətbiqi kifayət qədər öyrənilməmişdir. Mexaniki süni ürək qapaqları olan pasiyentlərdə tromb əmələ gəlməsinin profilaktikası məqsədilə natrium enoksaparinlə müalicə fonunda ürək qapaqlarının trombozunun yaranması barədə ayrı-ayrı məlumatlar mövcuddur. Əsas xəstəlik də daxil olmaqla, süni ürək qapaqlarının trombozunun inkişafına şərait yaradan rəqib amillər mövcud olduğuna görə və klinik məlumatların çatışmazlığına görə bu məlumatların qiymətləndirilməsi məhduddur.


Mexaniki süni ürək qapaqları olan hamilə qadınlar: Mexaniki süni ürək qapaqları olan hamilə qadınlarda tromb əmələ gəlmənin profilaktikası üçün Kleksan preparatının tətbiqi kifayət qədər öyrənilməmişdir. Mexaniki süni ürək qapaqları olan hamilə qadınların klinik tədqiqatında tromboz və emboliya riskini azaltmaq məqsədilə natrium enoksaparinin gündə iki dəfə 1 mg/kg bədən kütləsi dozasında istifadəsi zamanı 8 qadindan 2-də ürək qapaqlarının bloklanmasına və ana və dölün ölümünə gətirib çıxaran tromblar əmələ gəlmişdir. Tromb əmələgəlmənin profilaktikasi məqsədilə natrium enoksaparinlə müalicə almış, mexaniki süni ürək qapaqları olan hamilə qadınlarda ürək qapaqlarının trombozu barədə postmarketinq dövrünə aid ayrı-ayrı melumatlar mövcuddur. Mexaniki süni ürək qapaqları olan hamilə qadınlarda tromboz və emboliya riski daha yüksəkdir.

Laborator testlər:


Kleksan preparatı tromboembolik fəsadların profilaktikası üçün istifadə edilən dozalarda qanaxma müddətinə və qanın laxtalanma göstəricilərinə, eləcə də trombositlərin agregasiyasına və ya onlar fibrinogenlə birləşməsinə ciddi təsir göstərmir. Dozanın artırılması zamanı aktivləşdirim tromboplastin zamanı və aktivləşdirilmiş qanın laxtalanma müddəti uzana bilər. Aktivləşdirilmiş hissəvi tromboplastin zamanının və aktivləşdirilmis qanın laxtalanma müddətinin uzanması preparatın antikoaqulyant aktivliyinin artması ilə düz mütənasib deyil. Buna görə də onlara ehtiyac yoxdur.

Kəskin terapevtik xəstəlikləri olan və yataq rejimində olan pasiyentlərdə venoz tromboz və emboliyaların profilaktikası:
Kəskin infeksiya və kəskin revmatik xəstəliklər zamanı natrium enoksaparinin profilaktik məqsədlə istifadəsinə yalnız o zaman bəraət verilir ki, yuxarıda sadalanan xəstəliklər venoz tromb əmələgəlmənin aşağıda sadalanan risk amilləri ilə birgə rast gəlinir:
– 75-dən yuxarı yaş;
– bədxassəli şişlər;
– anamnezdə tromboz və emboliyalar;
– piylənmə;
– hormonal preparatlarla müalica;
– ürək çatışmazlığı;
– xroniki tənəffüs çatışmazlığı.

Digər dərman preparatları ilə qarşılıqlı təsiri:


Kleksan preparatını digər preparatlarla qarışdırmaq olmaz!
Hemostaza təsir edən preparatlarla (sistem təsirli salisilatlar, asetilsalisil turşusu, qeyri-steroid iltihabəleyhi preparatlar (ketorolak da daxil olmaqlal. molekulyar kütləsi 40 kDa olan dekstran, tiklopidin ve klopidogrel, sistem glükokortikosteroidlər, trombolitiklər və ya antikoaqulyantlar, digər antitrombositar preparatlar (glikoprotein lb/llla da daxil olmaqla) eyni zamanda istifadə edildikdə qanaxmaların inkişafı riski artır.

Hamiləlik və laktasiya dövründə istifadəsi:


Natrium enoksaparinin insanlarda hamiləliyin ikinci trimestrinde plasentar baryerdən barədə sübut yoxdur. Hamiləliyin birinci və üçüncü trimestrinə aid müvafiq məlumatlar da yoxdur. Hamilə qadınlarda aparılan adekvat və yaxşi kontrol olunan tədqiqatlar olmadığına və heyvanlar üzərində aparilan tədqiqatların natrium enoksaparinin yeridilməsinə hamilə qadının reaksiyasını həmişə düzgün proqnozlaşdırmadığına görə onu hamiləlik dövründə yalnız həkim tərəfindən istifadəsi çox vacib hesab edilən hallarda istifadə etmək lazımdır.
Dəyişilməmiş natrium enoksaparinin insanda südə ifraz olunub-olunmadığı məlum deyil. Ananın Kleksan preparatı ilə müalicəsi zamanı süd verməni dayandırmaq lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətine təsiri:
Kleksan preparatı nəqliyyat vasitələrini və mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.

Kleksan (Clexane) məhlulunun istifadə qaydası və dozası:


Xüsusi hallar istisna olmaqla natrium enoksaparin dərialtına dərin yeridilir. Pasiyentə inyeksiyaların uzanıqlı halda olunmasi tövsiyə olunur. Əvvəlcədən doldurulmuş 20 mq və 40 mq şprislardan istifadə edərkən inyeksiyadan əvvəl preparatın itkisinin qarşısını almaq üçün şprisdən hava qabarcıqlarını çıxartmaq lazım deyil. İnyeksiyalar növbə ilə qarnın sol və ya sağ ön-lateral ve ya arxa-lateral səthinə vurulmalıdır.
İynəni şaquli istiqamətdə (capinə yox) bütövlükdə baş və şəhadət barmağı ilə tutulmuş və inyeksiyanın sonuna qədər saxlanmış dəri büküşünə daxil etmək lazımdır. Den büküşü inyeksiya başa çatdırıldıqdan sonra buraxılmalıdır. Preparat yeridildikdən sonra inyeksiya yerini masaj etmək olmaz.
Əvvəlcədən doldurulmuş birdəfəlik şpris istifadəyə hazırdır.
Preparatı azələdaxili yeritmək olmaz!

Cərrahi əməliyyatlar zamanı venoz tromboz və emboliyaların profilaktikası.
Tromboz və emboliyaların inkişafı riski orta dərəcədə olan pasiyentlərdə Kleksan preparatının tövsiyə olunan dozası sutkada bir dəfə dərialtı 20 mg və ya 40 ma-dir. İlk inyeksiya cərrahi əməliyyatdan 2 sat əvvəl olunmalıdır.
Tromboz və emboliyaların inkişafı riski yüksək olan pasiyentlərdə reparatin tövsiyə olunan yeridilmə rejimi ilk inyeksiya cərrahi əməliyyatdan 12 saat əvvəl aparılmaqla, sutkada bir dəfə dərialtı 40 mq, yaxud əməliyyatdan 12-24 saat sonra başlanılmaqla sutkafda iki dəfə 30 mq-dir.
Kleksan preparatı ilə müalicənin davamiyyəti orta hesabla 7-10 gün təşkil edir. Ehtiyac olduqda müalicəni tromboz və emboliyaların inkişaf riski qaldığı müddət boyunca və pasiyent ambulatory rejimə keçənə qədər davam etdirmək olar. Ortopedik əməliyyatlar zamanı başlanğıc terapiyadan sonar Kleksan preparatı ilə müalicənin sutkada bir dəfə 40 mq dozada 3 həftə ərzində davam etdirilməsi məqsədəuyğun ola bilər.


Spinal/epidural anesteziya zamanı, eləcə də koronar revaskulyarizasiya prosedurları zamanı Kleksan preparatının istifadəsinin xüsusiyyətləri “Xüsusi göstərişlər” bölməsində təsvir olunmuşdur.
Kəskin terapevtik xəstəliklər nəticəsində yataq rejimində olan pasiyentlərdə tromboz və emboliyaların profilaktikası:
Kleksan preparatının tövsiyə olunan dozası ən azı 6 gün ərzində sutkada bir dəfə dərialtı 40 mq təşkil edir. Müalicəni pasiyent tam ambulatory rejimə keçənə qədər (maksimal olaraq 14 gün) davam etdirmək lazımdır.

Ağciyər arteriyalarının tromboemboliyası ilə və ya onsuz gedən dərin venaların trombozunun müalicəsi.
Preparat 1,5 mg/kq bədən kütləsi hesabı ilə sutkada bir dəfə və ya 1.0 mg/kq bədən kütləsi hesabı ilə sutkada iki dəfə dərialtı yeridilir. Ağırlaşmış tromboembolik pozğunluqları olan pasiyentlərdə preparatın 1,0 mg/kg bədən kütləsi hesabı ilə sutkada iki dəfə istifadəsi tövsiyə olunur.
Müalicənin davamiyyəti orta hesabla 10 gün təşkil edir. Dolayı təsirli antikoaqulyantlarla mualicəyə dərhal başlamaq lazımdır, bu zaman terapevtik antikoaqulyant effekt eldə edilənə qədər (BNN (Beynəlxalq normallaşdırılmis nisbət dəyəri 2,0-3,0 arasında olmalıdır) Kleksan preparatı ilə müalicə davam etdirilməlidir.

Hemodializ zamani ekstrakorporal qan dövranı sistemində tromb əmələgəlmənin profilaktikasi:


Kleksan preparatının tövsiyə olunan dozası orta hesabla 1 mq/kq bədən kütləsi təşkil edir. Qanaxma riskinin yüksək olduğu hallarda dozanı ikili damar girişi olduqda 0,5 mg/kg bədən kütləsinə, tək damar girişi olduqda ise 0,75 mg/kg bedən kütləsinə qədər azaltmaq lazımdır.
Hemodializ zamani Kleksan preparatını hemodializ seansının baslanğıcında şuntun arterial hissəsinə daxil etmək lazımdır. Dörd saatliq seans ücün, adətən bir doza kifayət edir, lakin daha uzunmüddətli hemodializ zamanı fibrin həlqələri aşkar edildikde 0,5-1 mg/kq bədən kütləsi hesabı ilə elavə doza yeritmək olar.

Qeyri-stabil stenokardiya və Q dişsiz miokard infarktının müalicəsi:


Kleksan preparatı, sutkada bir dəfə 100-325 mg dozada asetilsalisil turşusu ilə bərabər, 1 mg/kq bədən kütləsi hesabı ilə hər 12 saatdan bir dərialtı yeridilməlidir. Müalicənin orta davamiyyəti minimal olaraq 2 gün təşkil edir və pasiyentin klinik vəziyyəti stabilləşənə qədər davam etdirilir. Adətən preparatın istifadəsi 2-8 gün davam edir.
Dərmanla və ya dəridən koronar müdaxilə ilə müalice olunan, ST segmentinin qalxması ile gedən kəskin miokard infarktının müalicəsi:


Müalicə 30 mg natrium enoksaparinin venadaxili bolyus şəklində yeridilməsi ilə başlayır. Ondan dərhal sonra 1mg/kg bedən kütlesi natrium enoksaparin dərialtı yeridilir. Daha sonra preparat hər 12 saatdan bir 1 mg/kg bədən kütləsi dozada dərialtı təyin olunur (ilk iki dərialtı inyeksiyanın heresində maksimum 100 mg natrium enoksaparin, daha sonra qalan derialtı dozaları üçün 1 mq/kq bədən kütləsi, yəni bədən kütləsi 100 kq-dan artıq olduqda birdəfəlik doza 100 mq-l aşmamalıdır). Yaşı 75 və daha çox olan pasiyentlərdə ilkin venadaxili bolyus yeridilmə tətbiq olunmur. Preparat 12 saatdan bir 0,75 mq/kq bədən kütləsi dozada dərialtı yeridilir (ilk iki dərialtı inyeksiyanın hərəsində maksimum 75 mg natrium enoksaparin, daha sonra qalan dərialtı dozalar üçün 0,75 mg/kq bədən kütləsi, yeni bədən kütlesi 100 kq-dan artıq olduqda birdəfəlik doza 75 mg-i aşmamalıdır).

Trombolitiklərlə (fibrin spesifik ve fibrin qeyri-spesifik) kombinasiya edildikdə natrium enoksaparin trombolitik müalicənin başlanmasından 15 dəqiqə əvvəl ilə ondan 30 dəqiqə sonraya qədərki intervalda yeridilmelidir. ST segmentinin qalxdığı kəskin miokard infarktı aşkar edildikdən sonra mümkün qədər tez pasiyentlərə eyni zamanda asetilsalisil turşusu da təyin olunmalidir, əgər əks-göstəriş yoxdursa, gündəlik asetilsalisil turşusunun qəbulu (75-325 mq dozada) ən azı 30 gün ərzində davam etdirilmelidir.
Kleksan preparatı ilə müalicənin tövsiyə olunan davamiyyəti 8 gün və ya pasiyent stasionardan evə yazılana qədər (əgər hospitalizasiya dövrü 8 gündən az olarsa) təşkil edir.

Natrium enoksaparinin venadaxili bolyus şəklində yeridilməsi venoz kateter vasitəsilə aparılmalıdır. Natrium enoksaparini digər derman preparatları ilə qarışdırmaq və ya onlarla birlikdə yeritmək olmaz. Infuziya sistemində digər dərman preparatlarının izlərinin olmasının və onların natrium enoksaparinlə qarşılıqlı təsirinin qarşısını almaq məqsədilə natrium enoksaparin bolyusla yeridilməzdən əvvəl və sonra venoz kateter kifayət qədər 0,9%-li natrium xlorid və ya 5%-li dekstroza mehlulu ilə yuyulmalıdır. Natrium enoksaparin 0,9 %-li natrium xlorid və ya 5%-li dekstroza məhlulu ilə birlikdə təhlükəsiz şəkildə yeridilə bilər.


ST segmentinin qalxması ilə gedən keskin miokard infarktının müalicəsi zamanı 60 mg, 80 mg ve 100 mg-liq şüşe şprislərdən 30 mg natrium enoksaparinin bolyus şəklində yeridilməsi üçün 30 mg (0.3 ml) saxlanılmaqla preparatın artıq hissəsi tullanılmalıdır. 30 mg doza bilavasite venadaxili yeridilə bilər.

Natrium enoksaparinin venoz kateter vasitesile venadaxili bolyus şeklinde yeridilməsi üçün derialtı veridilmək üçün evvəlcədən doldurulmuş 60 mq, 80 mg və 100 mg-lig sprislərdən istifadə oluna bilar 60 mo-liq sprislardan istifadə etmək tövsiyə olunur. Belə ki, bu zaman şprisdən atılan preparatın miqdarı daha az olur. 20 mg şprislardan istifadə olunmur, çünki onlarda 30 mg natrium enoksaparinin bolyus şəklində yeridilməsi üçün kifayət qədar preparat yoxdur. 40 mg sprislərdən istifade olunmur, çünki onların üzerinde bölgü olmur ve buna görə də 30 mg miqdan daqiq ölçmək mümkün deyil.

Dəridən koronar müdaxilə aparılan pasiyentlərdə, natrium enoksaparinin sonuncu dərialtı inyeksiyası koronar arteriyanın daralma yerində balonun şişirdilmesindən 8 saatdan daha az əvvəl vurulubsa, natrium enoksaparinin əlavə dozasının yeridilməsinə ehtiyac yoxdur. Əgər natrium enoksaparinin sonuncu dərialtı nyeksiyası balon kateterinin şişirdilməsindən 8 saatdan daha cox əvvəl vurulubsa 0,3 mg/kg dozada natrium enoksaparin bolyus şəklində venadaxili yeridilməlidir. Dəridən koronar müdaxilələrin aparılması zamanı venoz kateter vasitəsilə əlavə venadaxili bolyus şəklinde yeridilmənin dəqiqliyini artırmaq üçün preparati 3 mg/ml qatılığa qədər durulaşdırmaq tövsiyə olunur. Preparatın bilavasitə yeridilmezdən əvvəl durulaşdırılması tövsiva olunur.

Natrium enoksaparinin evvəlcədən doldurulmus 60 mq-lıq şprisin köməyile 3 mg/ml qatılıqlı məhlulunu alde etmək üçün içərisində 50 ml infuziya mehlulu (yeni, 0,9 %-li natrium xlorid ve ya 5%-li dekstroza mehlulu) olan qabdan istifadə etmək tövsiyə olunur. İçerisinde infuziya məhlulu olan qabdan adi şprisin köməyi ilə 30 ml məhlul cixarilir və tullanılır. Natrium enoksaparin (derialtı yendilmek üçün 60 mq-lıq şprisin içərisindəki mehlul) qabda qalmış 20 ml infuziya üçün mehlula elavə olunur. Qabın içərisindəki durulaşdırılmis natrium enoksaparin mehlulu ehtiyatla qarışdirilir. Yeridilmek üçün lazımi qədər durulaşdırılmis natrium enoksaparin məhlul şprislə göturulur, lazim həcm aşağıdaki düstur üzrə hesablanır.

Durulaşdırılmış mehlulun həcmi = Pasiyentin bədən kütləsi (kq) * 0.1
Yaxud aşağıdakı cədvəlin köməyi ilə müəyyən oluna bilər.
Durulaşdırılmadan sonra venadaxili yeridilməli olan həcmlər.

Pasiyentin bədən kütləsi (kq) Lazımi doza (0,3 mq/kq) (mq) 3 mq/ml-ə qədər durulaşdırılmış məhlulun lazımi həcmi 
4513.5 4.5
50 15 
55 16.5 5.5 
60 18 
65 19.5 6.5 
70 21 
75 22.5 7.5 
80 24 
85 25.5 8.5 
90 27 
95 28.5 9.5 
100 30 10 
   

Pasiyentlərin xüsusi qruplarında dozalanma rejimi:
Ahil yaşlı pasiyentlər:


ST segmentinin qalxması ilə gedən miokard infarktinin müalicəsi istisna olmaqla (bax: yuxarı), bütün digər göstərişlər üçün əgər böyrək funksiyasının pozğunluğu yoxdursa, ahıl yaşlı pasiyentlarda natrium enoksaparinin dozasinin azaldılması tələb olunmur.
Böyrək funksiyasının pozğunluğu olan pasiyentlər:
Böyrək funksiyasinin ağır pozğunluğu (kreatinin klirensi 30 ml/dəqiqədən az) Natrium enoksaparinin dozası aşağıdakı cədvələ müvafiq olaraq azaldılır. Çünki belə pasiyentlərdə preparatın sistem eskpozisiyasının (təsir müddətinin) uzanması müşahidə olunur.

Preparatın müalicə məqsədilə istifadəsi zamanı dozalanma rejiminə aşağıdaki düzəlişlər tövsiyə olunur:

Adi dozalanma rejimiAğır böyrək çatışmazlığı zamanı dozalanma rejimi
Sutkada iki dəfə dərialtı 1 mg/kq bədən kütləsiSutkada bir dəfə dərialtı 1 mg/kq bədən kütləsi
Sutkada bir dəfə dərialtı 1,5 mq/kq bədən kütləsiSutkada bir dəfə dərialtı 1 mq/kq bədən kütləsi

Yaşı 75-dən az olan pasiyentlərdə ST seqmentinin qalxması olan kəskin miokard infarktının müalicəsi

Adi dozalanma rejimi:  Bir dəfə 30 mq venadaxili bolyus şəklində yeridilmə + 1 mg/kg beden kütləsi dərialtı; daha sonra sutkada iki dəfə 1 mg/kg bədən kütlesi dozada dərialtı yeridilmə (ilk iki dərialtı inyeksiyanın hər biri üçün maksimum 100 mq).
Ağır böyrək çatışmazlığı zamanı dozalanma rejimi:  Bir dəfə 30 mg venadaxili bolyus şəklində yeridilme + 1 mq/kq bədən kütlasi dərialtı; daha sonra sutkada bir dəfə 1 mg/kg bədən kütləsi dozada dərialtı yeridilme (ilk derialtı inyeksiya üçün maksimum 100 mq)

Yaşı 75 və daha çox olan pasiyentlərdə ST seqmentinin qalxması olan keskin miokard infarktının müalicəsi

Adi dozalanma rejimi:  Ilkin venadaxili bomus aparılmadan sutkada iki dəfə 0,75 mg/ka hadan kütləsi dozada dərialtı yeridilme (ilk iki derialtı inveksiyanın hər biri üçün maksimum 75 mq.)
Ağır böyrək çatışmazlığı zamanı dozalanma rejimi:  İlkin venadaxili bolyus aparılmadan sutkada bir dəfə 1 mg/kg bedən kütlesi dozada dərialt yeridilmə (yalnız ilk dərialtı inyeksiya ücün maksimum 100 mg)

Tromboembolik fəsadların inkişaf riski orta dərəcədə olan pasiyentlərdə profilaktika məqsədilə tətbiq edildikdə preparatın dozalanma rejiminə aşağıdakı cədvəldə göstərilən düzəlişlərin edilməsi tövsiva olunur.

Adi dozalanma rejimi Ağır böyrək çatışmazlığı zamanı dozalanma rejimi  
 Sutkada bir dəfə 40 mq dərialtı. Sutkada bir dəfə 20 mq dərialtı.
 Sutkada bir dəfə 20 mq dərialtı. Sutkada bir dəfə 20 mq dərialtı.

Dozalanma rejiminə tövsiyə olunan korreksiya hemodializ zamanı tətbiq olunmur.

Böyrək funksiyasının mülayim (kreatinin klirensi 50-80 ml/deq) və ona darecali (kreatinin klirensi 30-50 ml/dəq) pozğunluğu zamanı.
Dozanın korreksiyası tələb olunmur, lakin pasiyentlər ciddi həkim nazarəti altinda olmalidirar

Qaraciyər funksiyası pozğunluğu olan pasiyentlər:
Klinik tədqiqatların olmaması ilə əlaqədar olaraq Kleksan preparatı qaraciyər funksiyasının pozğunluğu olan pasiyentlərdə ehtiyatla istifadə olunmalıdır.

Kleksan (Clexane) əlavə təsirləri:


Natrium enoksaparinin əlavə təsirləri klinik tədqiqatlarda iştirak etmiş 15000-dən artıq pasiyent üzərində öyrənilmişdir, onlardan:


1776 pasiyentdə – ümumi cərrahi və ortopedik əməliyyatlar zamanı tromboz və emboliyaların profilaktikası zamanı;
1160 pasiyentdə – kəskin terapevtik xəstəliklər nəticəsində yataq rejimində olan pasiyentlərdə tromboz və emboliyaların profilaktikası zamanı;
559 pasiyentdə – ağciyər arteriyasının tromboemboliyası ilə və ya onsuz gedən dərin venaların trombozunun müalicəsi zamanı;
10176 pasiyetlərdə – ST seqmentinin qalxması ilə gedən miokard infarktının müalicəsi zamanı.
Natrium enoksaparinin yeridilmə rejimi göstərişlərdən asılı olaraq fərqli olmuşdur. Ümumi cərrahi və ortopedik əməliyyatlar zamanı tromboz və emboliyaların profilaktikası zamanı və ya yataq rejimində olan pasiyentlərdə sutkada bir dəfə venadaxili 40 mq preparat yeridilmişdir.


Ağciyər arteriyasinin tromboemboliyası ilə və ya onsuz gedən dərin venaların trombozunun müalicəsi zamanı pasiyentlər hər 12 saatdan bir 1 mq/kq bədən kütləsi, yaxud sutkada 1 dəfə 1,5 mq/kq bədən kütləsi hesabı ilə dərialtı natrium enoksaparin almışlar. Qeyri stabil stenokardiya və Q dişsiz miokard infarktının müalicəsi zamanı natrium enoksaparinin dozası 12 saatdan bir dərialtı 1 mq/kq bədən kütləsi, ST seqmentinin qalxması ilə gedən miokard infarktı zamanı isə venadaxili bolyus şəklində 30 mq, ardınca isə hər 12 saatdan bir dərialtı 1 mq/kq bədən kütləsi təşkil edir.


Arzuolunmaz reaksiyalar meydana çıxma tezliyinə görə aşağıdakı qaydada təsnif edilmlşlər:
Çox tez-tez (>= 1/10), tez-tez (>=1/100 – <1/10), bəzən (>=1/10000- <1/1000), çox nadir (<1/10000), yaxud tezliyi məlum deyil.
Preparat satışa çıxarıldıqdan sonar müşaxidə olunan arzuolunmaz reaksiyalar “tezliyi məlum deyil” kateqoriyasına aid edilmişdir.

Damar pozğunluqları:

Qanaxmalar:


Klinik tədqiqatlar zamanı qanaxmalar ən çox rast gəlinən arzuolunmaz reaksiya olmuşdur. Onlara pasiyentlərin 4,2 %-də rast gəlinən böyük qanaxmalar aid edilmişdir. Bu hallardan bəziləri ölümlə nəticələnmişdir.
Digər antikoaqulyantlarda olduğu kimi natrium enoksaparinin istifadəsi zamanı da, xüsusən qanaxmaya kömək edəcək risk amilləri olan hallarda, invaziv prosedurlar aparılan zaman və ya hemostazı pozan preparatlar istifadə edildikdə qanaxmaların baş verməsi mümkündür.
Aşağıda qanaxmaların təsviri zamanı “*” işarəsi qanaxmaların aşağıdakı növlərini göstərir: hematoma, ekximozlar (inyeksiya yerində inkişaf edənlər istisna olmaqla), yara hematomaları, hematuriya, burun qanaxmaları, mədə-bağırsaq qanaxmaları.


Çox tez-tez:
Cərrahi pasiyentlərdə venoz trombozların profilaktikası zamanı, eləcə də ağciyər arteriyasının tromboemboliyası ilə və ya onsuz gedən dərin vena trombozunun müalicəsi zamani qanaxmalar.


Tez-tez:
Yataq rejiminde olan pasiyentlərdə venoz trombozların profilaktikası zamanı, eləcə də qeyri-stabil stenokardiya, Q dişsiz miokard infarktinin və ST segmentinin qalxması ilə gedən miokard infarktinin müalicəsi zamanı qanaxmalar.


Bəzən:
Ağciyər arteriyasının tromboemboliyası ilə və ya onsuz gedən dərin vena trombozunun müalicəsi zamani, eləcə də ST seqmentinin qalxması ilə gedən miokard infarktinin müalicəsi zamani peritonarxası qanaxmalar və kəllədaxili qanaxmalar

Nadir:
Cərrahi pasiyentlərdə venoz trombozların profilaktikası zamanı, eləcə də qeyri-stabil stenokardiya və Q dişsiz miokard infarktinin müalicəsi zamanı peritonarxası qanaxmalar.

Trombositopeniya va trombositoz:


Çox tez-tez:
Cərrahi pasiyentlərdə venoz trombozlarin profilaktikası zamanı, eləcə də ağciyər arteriyasının tromboemboliyası ilə və ya onsuz gedən dərin vena trombozunun müalicəsi zamanı trombositoz (periferik qanda trombositlərin miqdarının 400×109/litrdən çox olması).


Tez-tez:
ST seqmentinin qalxması ilə gedən miokard infarkti olan pasiyentlərin müalicəsi zamanı trombositoz. Cərrahi pasiyentlerde venoz trombozların profilaktikası zamanı, ağciyər arteriyasının tromboemboliyası ilə və ya onsuz gedən derin vena trombozunun müalicəsi zamanı, eləcə de ST seqmentinin qalxması ilə gedən kəskin miokard infarkti zamanı trombositopeniya.


Bəzən:
Yataq rejiminde olan pasiyentlerde venoz trombozların profilaktikası zamanı, eləcə də qeyri-stabil stenokardiya və Q dişsiz miokard infarktinin müalicəsi zamanı trombositopeniya.


Çox nadir:
ST segmentinin qalxması ilə gedən keskin miokard infarkti olan pasiyentlərin müalicəsi zamanı immun-allergik trombositopeniya.

Göstərisdən asılı olmayaraq klinik ahəmiyyətli digər arzuolunmaz reaksiyalar:


Aşağıda sadalanan bu xoşagəlməz reaksiyalar sistem-orqan sinifləri üzrə qruplaşdırılıb, onların yuxarıda təyin edilmiş rastgəlmə tezlikləri göstərilməklə və ağırlıq dərəcəsinin azalması sırası ilə göstərilib.

Immun sistem tərəfindən pozğunluqlar:


Tez-tez:
Allergik reaksiyalar.
Nadir:
Anafilaktik və anafilaktoid reaksiyalar.
Qaraciyər və ödçıxarıcı yollar tərəfindən pozğunluqlar:
Çox tez-tez:
“Qaraciyər” fermentlərinin fəallığının artması (əsasən, transaminazaların aktivliyi normanın yuxarı həddindən üç dəfədən çox olmaqla artması).
Dəri və dərialtı toxumalar tərəfindən pozğunluqlar:
Tez-tez:
Övrə, qaşınma, eritema.
Bəzən:
Bulvoz dermatit
Umumi və inyeksiya yerində pozğunluqlar:
Tez-tez:
Inyeksiya yerində hematoma, inyeksiya yerinde ağrı, inyeksiya yerində ödəm, qanaxma, yüksək həssaslıq reaksiyaları, iltihab, inyeksiya yerində sərtləşmə.
Bəzən:
Inyeksiya yerində qıcıqlanma, inyeksiya yerinde dəri nekrozu.
Laborator və instrumental müayinə nəticələri:
Nadir:
Hiperkaliemiya.

Kleksan (Clexane) preparatı satışa çıxdıqdan sonra əldə olunmuş məlumatlar:


Aşağıdakı xoşagəlməz reaksiyalar Kleksan preparatının marketinqindən sonrakı dövrdə qeydə alınmışlar. Bu əlavə reaksiyalar barədə spontan məlumatlar olmuşdur və onların rastgəlmə tezliyi “tezliyi məlum deyil” (mövcud məlumatlar əsasında təyin etmək mümkün deyil) şəklində göstərilmişdir.

İmmun sistem tərəfindən pozğunluqlar:


Şok da daxil olmaqla, anafilaktik/anafilaktoid reaksiyalar.
Sinir sistemi tərəfindən pozğunluqlar:
Başağrı.

Damar pozğunluqları:


Natrium enoksaparinin spinal/epidural anesteziya və ya spinal punksiya fonunda istifadəsi zamanı spinal hematoma hadisələri qeydə alınmışdır. Bu reaksiyalar davamlı və geri dönməyən iflic də daxil olmaqla, müxtəlif dərəcəli nevroloji pozğunluqların inkişafına gətirib çıxarmışlar.

Qan və ya limfa sistemi tərəfindən pozğunluqlar:


Hemorragik anemiya.
Trombozla immun-allergik trombositopeniyaların inkişafı halları; bəzi hallarda tromboz orqanların infarktı və ya ətrafların işemiyası ilə fəsadlaşmışdır.
Eozinofiliya.

Dəri və dərialtı toxumalar tərəfindən pozğunluqlar:


İnyeksiya yerində dəri vaskuliti, dəri nekrozlu inkişaf edə bilər ki, bunlardan əvvəl adəten purpura və ya eritematoz (infiltrativ və ağrılı) papulalar əmələ gəlir. Bu hallarda Kleksan preparatı ilə müalicə dayandırılmalıdır.
İnyeksiya yerində bir neçə gündən sonra itən və preparation kəsilməsi üçün əsas hesab olunmayan, bərk, iltihabı düyünlərin – infiltratların əmələ gəlməsi mümkündür.
Alopesiya.

Qaraciyər və ödçıxarici yollar tərəfindən pozğunluqlar:
Qaraciyərin hepatoselülyar zədələnməsi.
Qaraciyərin xolestatik zədələnmesi.

Skelet-azalə və birləşdirici toxuma pozğunluqları:
Uzunmüddətli (üç aydan çox) müalicə zamanı osteoporoz.

Doza həddinin aşılması:


Venadaxili, ekstrakorporal və ya dərialtı yeridilma zamanı Kleksanın doza həddinin aşılması hemorragik fəsadlara getirib çıxara bilər. Hətta böyük dozaların daxilə qəbulu zamanı preparatın sorulması ehtimalı azdır. Antikoaqulyant təsiri, esasən. aşağı sürətlə venadaxili protamin sulfat yeritməklə neytrallaşdırmaq olar. Protamin sulfatın dozası yeridilmiş Kleksanın dozasından asılıdır. Əgər natrium enoksaparin protamin yeridilməzdən əvvəlki 8 saat ərzinde yeridilibse bir mq (1 mg) protamin sulfat bir mq (1 mg) Kleksanın antikoaqulyant təsirini neytrallaşdırır (bax: protamin duzlarının istifadesi barədə məlumat). Əgər natrium enoksaparinin yeridilme-sinden 8 saatdan çox vaxt keçibsə, yaxud protaminin ikinci dozasinin yeridilməsinə ehtiyac olduqda 0,5 mq protamin sulfat 1 mq Kleksanin antikoaqulyant təsirini neytrallaşdırır. Əgər natrium enoksaparinin yeridilmesinden 12 saat və ya daha çox vaxt keçibsə, protaminin yeridilməsi tələb olunmur. Lakin, hətta protamin sulfatin yüksək dozalarının yeridilməsi zamanı da Kleksanın (maksimal olaraq 60 % neytrallaşır).

Buraxılış formaları: 

İnyeksiya üçün məhlul: 2000 anti-Xa TV/ 0,2 ml; 4000 anti-XaTV/0,4 ml; 6000 anti-Xa TV/0,6 ml; 8000 anti-Xa TV/0,8 ml; 10000 anti-Xa TV/1 ml.
1-ci növ qablaşdırma.
Preparatin 0,2ml və ya 0,4 ml və ya 0,6 ml və ya 0,8 ml və ya 1,0 ml məhlulu müvafiq ölcülü şüşə şprisdə (l tip). 2 şpris, blisterdə. 1 və ya 5 blister içlik vərəqə ilə birlikdə karton qutuva qablaşdırılır.
2-ci növ qablaşdırma preparatın 0,2 ml ve ya 0,4 ml və ya 0,6 ml veya 0,8 ml və ya 1,0 ml mehlulu, qoruyucu sistemli iyne ilə birlikdə müvafiq ölcülü şüsə şprisdə (I tip). 2 şpris, blisterde. 1 və ya 5 blister içlik vəragə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanılma şəraiti:
25C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti:
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Buraxılış şərtləri: resept əsasında buraxılır.

İstehsalçı: Sanofi Winthrop Industrie, France

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir