İlaçlarŞuruplar ve Süspansiyonlar

Kamfora spirti (Spiritus Camphorae)

Kamfora spirti – Spiritus Camphorae 50q

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Tərkibi:

Təsiredici maddələr: kamfora 10q

Köməkçi maddələr: etanol, təmizlənmiş su

FARMAKOTERAPEVTİK QRUPU: oynaq və əzələlərin ağrısı əleyhinə yerli maddə.

Kamfora spirti farmakoloji xüsusiyyətləri:

Bitki mənşəli dərman preparatıdır, antiseptik, yerli qıcıqlandırıcı, yerli analgetik və iltihab əleyhinə təsirə malikdir. Dərinin sinir ucluqlarını qıcıqlandıraraq, qan damarlarını genişləndirir və orqanların və toxumaların trofikasını gücləndirir.

İstifadəsinə göstərişlər və istifadə qaydası:

Əzələ və oynaq ağrılarında istifadə olunur. Məhlul ağrı olan hissələrə dəri üzərinə kiçik miqdarlarda gündə 1-2 dəfə çəkilir.  

Kamfora spirti istifadəsinə əks göstərişlər:

Kamforaya qarşı hiperhəssaslıq, dəri örtüyünün tamlığının pozulması təqdirdə, selikli qişalar üzərində, üz nahiyyəsində istifadə olunmamalıdır. Hamiləlik və laktasiya dövrü, 6 yaşına qədər uşaqlar. 6 yaşdan böyük uşaqlarda üz və boyun nahiyyəsində istifadə olunmamalıdır.

Əlavə əks təsirlər: 

Məhlul etil spirti  70% (v/v) daxil edir. Məhlulun uzunmüddətli təkrar istifadəsi təqdirdə ağrı ilə müşahidə olunan dermatit yarana bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik və laktasiya dövründə məhlulun təhlükəsizlik barədə məlumatların olmadığına görə,  onun istifadəsi məsləhət görülmür.

DƏRMAN VASİTƏLƏRİ İLƏ QARŞILIQLI TƏSİRİ: müşahidə olunmayıb.

BURAXILIŞ FORMASI: polietilen flakonda 50 q kamfora spirti.

İSTEHSALÇI: MANUFACTURER OF EUCERIN PHARMACEUTICAL LABORATORY “COEL” G.P. E.Z.M. KONSTANTY 45 Wł. Żeleńskiego Street, 31-353 Kraków, Poland

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir