HastalıklarKulak burun boğaz hastalıkları

Faringit xəstəliyi

Faringit – udlağın arxa divarının selikli qişasında gedən kəskin və ya xroniki xarakterli iltihabi prosesdir. Əksərən tonzillitlə birgə inkişaf edir. Faringitin klinik əlamətlərinə boğazda qıcıqlanma, yad cisim hissi, quru öskürək və qızdırma aiddir. Patologiya çox zaman tam sağalma ilə nəticələnir. Lakin kəskin faringit xroniki formaya da keçə bilər. Az hallarda təhlükəli ağırlaşmalar: ürək və oynaqların revmatik zədələnməsi baş verir.

Kəskin faringit əsasən üst tənəffüs yolu infeksiyasından sonra müşahidə olunur və səbəbi daha çox viruslardır. Xroniki faringitin yaranmasında isə əsasən qıcıqlandırıcı faktorlar rol oynayır. Siqaret istifadəsi, alkoqol qəbulu, allergiya, postnazal axıntı, quru və kirli hava mühiti, burun tıxanıqlığına səbəb olan faktorlar, reflüks, çox isti və soyuq qidalar, boğaztəmizləmə refleksinin tez-tez təkrarlanması, diş və badamcıq iltihabı bu faktorlardandır.

Faringit xəstəliyi əsas məqamlar

  • Kəskin faringit əksər hallarda virusların səbəb olduğu mülayim gedən və spontan olaraq keçən xəstəlikdir – bunu xəstəyə də izah edin.
  • Əgər pasiyentdə aydın görünən tonzillit əlamətləri varsa və əgər tənəffüs yollarının digər simptomları (rinit, öskürək, səsin batmasıi/kobudlaşması) yoxdursa, boğazdan əkilmək üçün nümunə alınır və ya ekspress test üçün yaxma götürülür.
  • Mikrob əleyhinə dərmanlar A qrupu streptokoklarının səbəb olduğu infeksiyalarda ifadə edilir.
  • Peritonzilyar absesin olması təcili olaraq təyin edilməli və müalicə aparılmalıdır.
  • Residiv verən tonzillitin infeksiya mənbəyi axtarılmalıdır.
  • Epidemiyanın yayılma təhlükəsi olduqda, hətta asimptomatik daşıyıcılara (o cümlədən: qrup C və ya G streptokoklarının səbəb olduğu hallarda) mikrob əleyhinə müalicə təyin etməklə alovlanmanın qarşısı alınmalıdır.
  • Differensial diaqnostika zamanı epiqlotit, laringit, peritonzilyar abses və peritonzillitin ola bilməsi ehtimalı nəzərdən keçirilməlidir.

Faringit xəstəliyinin etiologiyası

  • Əksər hallarda, faringit (boğaz ağrısı) virus etiologiyalıdır. Adenoviruslar ən çox yayılan səbəb kimi qəbul edilir. Viruslar yüksək hərarət, səpmə və udlaq nahiyəsində eksudatla keçən streptokok infeksiyasına bənzər klinik mənzərə yarada bilər.
  • A qrupu streptokokları bütün tonzillit hallarının 5-20%-nə (epidemiyalar zamanı 40% nə) səbəb olur.
  • C və ya G qrupu streptokoklarının səbəb olduğu boğaz nahiyəsinin infeksiyaları A qrupu streptokoklarının yaratdığına bənzəyir. Bu qruplar da epidemiyalara da səbəb ola bilərlər.
  • Adenovirus infeksiyaları bütün yaş qruplarında mövcuddur, lakin 5 yaşdan kiçik uşaqlar arasında daha geniş yayılmış olur.
  • Udlaq nahiyəsinin infeksiyası olan ilkin səhiyyə xidmətinin pasiyentlərinin 10 %- ə qədərində Epştein-Barr virusu (EBV) tapılır. EBV yeniyetmələrdə tipik mononukleoza səbəb olur, lakin eyni klinik mənzərə daha kiçik uşaqlarda da ola bilər. Digər yaş qruplarında simptomlar adətən mülayimdir.
  • A qrupu streptokokundan əlavə, gonokokların və difteriya koklarının səbəb oduğu nadir boğaz infeksiyalarının olmasını da yoxlamaq lazımdır.
  • Uzun müddətli klinik müalicə və potensial ağırlşma verdiyindən bütün virus infeksiyaları içərisində mononukleozun təyin edilməsi üçün müayinə aparılmalıdr.
  • Mikoplasma və xlamidiya infeksiyaları eyni proporsiyalarda simptomlu və simptomsuz xəstələrdə aşkarlanır buna görə də  onların tapılması üçün əlavə müayinə aparılmasına ehitiyac yoxdur.
  • Arkanobakteriyalar 1% -dən az hallarda aşkarlanır. Klinik mənzərə skarlatinaya bənzəyir. Heç bir müalicə göstərilmir.  

Faringit xəstəliyinin yaranma səbəbləri

Xarici səbəblər:

  • Quru və tozlu hava
  • Siqaret çəkən və passiv siqaret çəkən
  • Mukozanın qıcıqlanması
  • Sənaye kimyəvi maddələri və tozlar
  • Dərmanlar (xaricəvurulandərmanlar da daxilolmaqla)
  • Alkoqol
  • Allergenlər
  • Radioterapiya
  • Səsinhəddindənartıqistifadəsi (səs-küylümühit)

Daxili səbəblər:

  • Burun və burun ətrafı boşluqların infeksiyaları
  • Yemək borusu və mədə xəstəlikləri (mədə-bağırsaq refluksu)
  • Xroniki burun tıxanması və ağızdan nəfəsalmaq
  • Ağız və dişin feksiyaları
  • Xroniki vəya təkrarlanan tonzillit
  • Xroniki ihablı ağciyər xəstəlikləri
  • Hormonal səbəblər
  • Səsdən səhv istifadə
  • Struktur amillər (geniş qidaborusuvə s.)
  • Sistemli xəstəliklər

Xəstəlik adətən virus və ya bakteriya mənşəli olur. Virus faringiti udlağın iltihabi proseslərinin təxminən 70%-ni təşkil edir. Törədici rolunda adenovirus, paraqrip virusu, rinovirus, koronovirus və ya sitomeqalovirus iştirak edə bilər. Bakterial faringitə adətən streptokokklar səbəb olur. Bir sıra hallarda (uzunmüddətli antibiotikoterapiyadan və ya immunitetin zəifləməsindən sonra) göbələk etiologiyalı faringit aşkarlanır.

Diafraqmanın qida borusu dəliyinin yırtığı və qastroezofageal reflükslə əlaqədar mədə möhtəviyyatının udlağa qayıtması xroniki faringitə gətirib çıxarır. Xroniki faringitə həmçinin burun boşluğu və paranazal ciblərdə gedən iltihabi proseslər (rinit, sinusit) səbəb ola bilər. Belə vəziyyətlərdə xəstəlik yalnız ağızla tənəffüs nəticəsində deyil, həm də burun boşluğundan udlağa axan damardaraldıcı damcıların təsirindən formalaşır.

Faringit xəstəliyinin təsnifatı

Faringit kəskin və ya xroniki formalara bölünür. Kəskin faringit adətən diffuz xarakterli olub, udlağın bütün şöbələrini əhatə edir. Xroniki faringit isə daha aydın lokalizasiyaya malik olur, udlağın yuxarı, orta və ya aşağı hissələrini zədələyir.

Patoloji prosesin xarakterindən asılı olaraq, xroniki faringitin hipertrofik, atrofik və kataral formaları ayırd edilir.

Faringitin əlamətləri

Kəskin faringitin əlamətləri 

Kəskin faringit nadir hallarda izoləolunmuş formada gedir. Xəstəlik bir qayda olaraq, yuxarı tənəffüs yollarının xəstəlikləri fonunda inkişaf edir. İzoləolunmuş kəskin faringit qıcıqlandırıcı amillərin (soyuq və isti qidalar, siqaret, spirtli içkilər, aşağı temperaturlu havada ağızla nəfəsalma) bilavasitə udlağın selikli qişasına təsirindən yaranır.

Xəstələr boğazda qıcıqlanma və qaşınmadan, udqunma zamanı ağrının yaranmasından şikayət edirlər. Adətən ümumi vəziyyət pozulmur. Bədən temperaturu subfebril həddə qədər yüksələ bilər.

Farinqoskopiyada udlağın selikli qişasının hiperemiyası aşkarlanır. Qızartı damaq badamcıqlarına yayılır. Dilçək ödemli olur. Udlaqda selikli-irinli ərp müşahidə edilir. Bəzi pasiyentlərdə boynun yuxarı hissəsində limfa düyünləri böyüyür.

2 yaşdan kiçik uşaqlarda kəskin faringit ağır gedişə malik olur. İltihabi proses burun boşluğu və burun-udlağa keçir. Burun tənəffüsü pozulur. Hərarət febril rəqəmlərə qədər yüksəlməsi mümkündür.

Xroniki faringitin əlamətləri

Xroniki atrofik faringitdən əziyyət çəkən xəstələri boğazda quruluq və göynəmə narahat edir. Quru öskürək meydana çıxa bilər. Farinqoskopiyada udlağın selikli qişanın solğun, nazilmiş, parlaq şəkil alması, bəzi yerlərdə selik və qabıqla örtülməsi izlənilir.

Kataral və hipertrofik formalarda xəstələr boğazda qaşınma, yanğı, yad cisim hissindən şikayət edirlər. Udqunma prosesi ağrılı olur. Udlaqda daim qatı selik toplandığından davamlı öskürək yaranır. Öskürək səhər saatlarında güclənir, bəzən ürəkbulanma və qusma ilə müşayiət olunur.

Kataral faringit zamanı farinqoskopiyada udlağın, dilçək və yumşaq damağın selikli qişasının diffuz qızarması və qalınlaşması müəyyən edilir. Udlaq hissəvi olaraq, qatı selik və ya selikli-irinli möhtəviyyatla örtülür. Bir qrup follikullar böyüyür.

Hipertrofik faringit üçün daha ifadəli dəyişikliklər xarakterikdir. Qranulyoz hipertrofik faringitdə udlağın arxa divarımda limfoid toxumanın artması müşahidə edilir. Yan hipertrofik faringitdə isə arxa damaq qövslərindən dalda limfoid toxumanın hiperplaziyasına rast gəlinir.

Faringit xəstəliyinin ağırlaşmaları

Kəskin (adətən streptokokk mənşəli) faringit zamanı paratonzilyar abses əmələ gələ bilər. Bəzən iltihab qonşu orqanlara yayılaraq, laringit və traxeitin inkişafına səbəb olur.

A qrupundan olan beta-hemolitik streptokokkların törətdiyi kəskin faringit kəskin oynaq revmatizmində təkanverici xəstəlik rolunu oynaya bilər.

Faringit xəstəliyinin diaqnostikası

Diaqnoz otolarinqoloq tərəfindən xarakterik əlamətlər və farinqoskopiyanın nəticəsi əsasında qoyulur. Törədicinin növünü təyin etmək üçün ehtiyac yarandıqda udlaqdan götürülmüş yaxmanın virusoloji və ya bakterioloji müayinəsi aparılır.

Faringit xəstəliyinin müalicəsi

Müalicəyə ehtiyac xəstənin simptomlarından asılıdır: ağrı, darlıq hissi və ya qırtlaqda sabit kütlə hissi, udqunma ehtiyacı hissi, boğazını təmizləmək, xoruldama, səs batması, pis iy verən nəfəs, mədə qıcqırması və reflüks simptomları.

Simptomları xərçəng xəstəliyi ilə üst-üstə düşən bu xəstələri xərçəng qorxusunu aradan qaldırmaq üçün diqqətlə müayinə etmək lazımdır.

Faringiti yaradan amillərin müəyyən edilməsi xəstə ilə vaxt və əməkdaşlıq tələb edir.

Burundan nəfəsalma burun tıxanıqlığını rahatlaşdıran dərmanlarla yaxşılaşdırılır.

Mədə ifrazatından yaranan qıcıqlanma aradan qaldırılmalıdır.

Postnazal damcı, yəni boğazdakı bir selikli bir yol, burundakı və ya burunətrafı sinuslarda bir infeksiyanı nəzərdə tutur: bunlar araşdırılmalı və müalicə edilməlidir.

Davamlı boğaz təmizləmə və öskürək qıcıqlanması udlağın nəmləndirilməsi ilə müalicə edilə bilər.

Havanın nəmləndirilməsi, mərkəzi isitmə sistemi vasitəsi ilə daha da  pisləşən udlaq qurumasını azaldır.

Siqareti dayandırmaq, digər bütün tədbirlərdən daha zəruridir.

Boğazdakı artıq ətin götürülməsi də faydası ola bilər. Bununla birlikdə bu quru faringit üçün müalicə olaraq edilməməlidir.

Yerli müalicə hər 30-60 dəqiqədən bir boğazın ilıq antiseptik məhlulları ilə yaxalanmasından ibarətdir. Yağ preparatları və qələvi məhlullarla inhalyasiyalar, iltihabəleyhinə aerozolların istifadəsi göstəriş sayılır.

Xroniki hipertrofik faringit zamanı qranulalar üçxlorsirkə turşusu və ya gümüş nitrat məhlulu ilə yandırılır. İfadəli hipertrofiya zamanı krioterapiya, udlaq qranulalarının lazer koaqulyasiyası və ya radiodalğa terapiyası tətbiq edilir.

Faringitdən qorunmaq üçün nələr etmək lazımdır?

  • Havanın kirli olduğunu düşündüyünüz günlərdə açıq havaya çıxmayın
  • Boğaz ağrısı çəkən digər insanlar ilə yaxın təmasda olmayın
  • Siqaret çox çəkilən məkanlardan uzaq olun
  • Evlərinizdə otaq havasının nəmli olmasına diqqət yetirin
  • Yemək və içkilərinizi başqa insanlarla eyni qablarda yeməyin
  • Əllərinizi tez tez yuyun
  • Yuxusuzluq və yorgun olmamağa diqqət yetirin
  • Yatmazdan əvvəl yemək artıqlarının ağızda bakteriya
    yaratmaması üçün dişləri yumalı,qar qara etməlisiniz
  • Tünd çay və kofe istifadəsini azlatmaq lazımdır
  • Gündəlik C vitamini ehtiyacını ödəməlisiniz

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir