Admin@tibbdunyam.az

Çaytikanı Yağı Şamı (rektal suppozitoriya)

caytikani Yagi - sami rektal suppozitoriya

Çaytikanı Yağı dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Şamın tərkibi:

Təsiredici maddə: 1 şamın tərkibində 0,5 q (çaytikanı yağı konsentratı əvvəlcədən günəbaxan yağı ilə 240 mq % ß-karotin hesabı ilə karotinoidlərin cəminin miqdarınadək durulaşdırılır) murdarçaşəkilli çaytikanı meyvəsinin yağı (çaytikanı yağı konsentratı) vardır.

Köməkçi maddələr: butilhidroksianizol (butiloksianizol), butilhidroksitoluol (dibunol).
Suppozitoriya əsası: bərk yağ (witepsol, supposir), qliseril monostearat (monostearat qliserin).

Təsviri:


Narıncıdan tünd narıncı rəngdə kimi torpedoyabənzər formalı suppozitoriyalar.

Farmakoterapevtik qrupu:

Babasilin müalicəsi üçün bitki tərkibli vasitə.

Çaytikanı Yağı farmakoloji xüsusiyyətləri:


Farmakodinamikası:


Çaytikanı şamı dəridə və selikli qişalarda reparativ prosesləri stimulə edir, zədələnmiş toxumaların sağalmasını tezləşdirir, iltihabəleyhinə təsir göstərir. Antioksidant və sitoprotektor təsirə (tərkibində yağda həll olan bioantioksidantların hesabına sərbəstradikallı proseslərin intensivliyini azaldır və hüceyrə və subhüceyrə membranını zədələnmədən qoruyur) malikdir.

İstifadəsinə göstərişlər:


Babasil, anusun çatı, düz bağırsağın xorası, proktit, eroziv-xorali sfinkterit və proktit, kataral və atrofik proktit, yoğun bağırsağın aşağı hissələrinin selikli qişasının şüa zədələnməsi.

Əks göstərişlər:


Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq, diareya.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:

Digər dərman vasitələrilə qarşılıqlı təsiri barədə məlumat yoxdur.

Hamiləlik və laktasiya dövründə istifadəsi:


Preparatı hamiləlik və laktasiya dövründə istifadə etmək mümkündür.

İstifadə qaydası və dozası:


Çaytikanı yağı suppozitoriyası rektal yəni, düz bağırsaq vasitəsilə yolla istifadə olunur. Bağırsaqın boşalmasından sonra düz bağırsağa dərinə yeridilir. Böyüklər və 14 yaşdan yuxarı uşaqlara 10-15 gün müddətində gündə 2 dəfə 1 suppozitoriya yeridilir.

6 yaşa qədər uşaqlara gündə 1 dəfə 1 suppozitoriya; 6-14 yaşlı uşaqlara gündə 1-2 dəfə 1 suppozitoriya təyin edilir. Müalicə kursu 14 gün və daha artıq ola bilər. Ehtiyac olduqda müalicə kursunu 4-6 həftədən sonra təkrarlamaq olar.

Əlavə təsirləri:


Allergik reaksiyalar, anus nahiyəsində yanma hissi.

Doza həddinin aşılması:


Doza həddinin aşılması halları qeyd edilməyib.

Buraxılış forması

0,5 q suppozitoriya. 5 suppozitoriya, konturlu -yuvalı qablaşdırmada. 2 konturlu -yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırlır.

Saxlanma şəraiti

5-15 °C temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

 1 il 6 ay. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

 Çaytikanı yağı – şamı reseptsiz buraxılır.

 

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.