Beri – Beri xəstəliyi B1 vitamini (Tiamin) çatışmazlığından yaranan xəstəlikdir. Birbaşa qidalanma ilə əlaqəli olan bu xəstəlik, ən çox yoxsul ölkələrdə yayılmışdır. Çünki orqanizmin vitamin və minerallara ehtiyacı var. Əgər bu vitamin və minerallar qəbul edilməzsə, orqanizmdə patoloji hal meydana gələcəkdir. Bunun üçün düzgün qidalanma şərtdir.

B1 vitamin azlığı (Beri – Beri xəstəliyi) zamanı bədənimizdə aşağıdakı dəyişikliklər baş verir:

  • Halsızlıq
  • Çəkinin azalması
  • Sinir sistemində pozğunluq
  • Qəbizlik
  • Görmədə pozğunluq
  • Əzələdə  qıcolma
  • Yaddaş zəifliyi
  • Ayaqlarda uyuşma

   Əgər bu əlamətlər uzun müddət davam edərsə, mütləq həkimə görünmək lazımdır. B1 vitamini çatışmazlığı qan testi ilə müəyyən edilir. Bu vitaminin əksikliyini aradan qaldırmağın ən yaxşı yolu düzgün qidalanmadır. Içərisində B1 vitamini ilə zəngin olan qidalardan istifadə etmək lazımdır.

Bu qidalar aşağıdakılardır:

Taxıl bitkiləri, buğda, çovdar, lobya, maya, yarma, qoz, qaraciyər, ürək, yumurta sarısı, kəpək, qulançar, ispanaq, tuna balığı, yaşıl noxud, gül kələm, pomidor, badımcan, şirin bibər, badam, cəviz, kartof, alma, süd məhsulları və s.

Əlbəttə ki, bu qidaların nə miqdarda istifadə edildiyi də önəmlidir. Hər qidanın çoxu zərərdir. B1 vitamini çatışmazlığında əksər vaxt qida ilə birlikdə dərman preparatları təyin edilir. İynə və ya ağız vasitəsilə Tiamin qəbul edilir.

Xəstəliyin 2 növü var:

Yaş və Quru. Yaş Beri – Beri ürək damar sisteminə təsir edir. Ağır formalarda ürək çatışmazlığına gətirib çıxarır. Quru Beri – Beri sinir sisteminə zərər verir, əzələ sistemini gücdən salır və ağır hallarda əzələ iflicinə səbəb olur. Əgər xəstəlik müalicə edilməzsə, həyat üçün təhlükəli ola bilər.

Yaş Beri – Beri xəstəliyi simptomları:

  • Fiziki hərəkət zamanı nəfəs darlığı
  • Sürətli ürək döyünməsi
  • Şişmiş ayaq altı

Quru Beri – Beri xəstəliyi simptomları:

  • Ayaq əzələlərində zəiflik
  • Ayaq və əllərdə hissiyatsızlıq
  • Ağrı
  • Qusma
  • Nitqdə pozğunluq
  • Qeyri-adi göz hərəkətləri
  • Iflic

B1 vitaminin azalmasına səbəb olan amillər:

  • Spirtli içkidən istifadə etmək
  • Hipertiroidizm
  • Hamiləlik zamanı həddindən artıq qusma
  • AİDS, HİV
  • Güclü diuretik istifadə edilməsi
  • Dializ
  • Süd verən qadınlar
  • Stress
  • Artıq çəki

   B1 vitaminin azalması patoloji proses (Beri – Beri xəstəliyi) törətdiyi kimi, artıq olması da törədir. Bunun əlamətləri: baş gicəllənməsi, təzyiqin aşağı düşməsi.

   Xüsusilə, stress, əsəbilik və yorğunluq hiss edirsinizsə və uzunmüddətli davam edirsə, mütləq həkimə müraciət etmək lazımdır. Çünki, bir çox xəstəliyin altında yatan səbəblər məhz  bunlardır.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir