İlaçlarTabletler ve kapsüller

Aspirin Kardio tabletkası

Aspirin Kardio tərkibi:

Aspirin Kardio tabletkasına daxil olan təsiredici maddə: 1 tabletin tərkibində 100 mq və ya 300 mq asetilsalisil turşusu vardır.
Aspirin Kardio tabletkasına daxil olan köməkçi maddələr: sellüloza, qarğıdalı nişastası, metakril turşusunun və akril turşusunun etil efirinin sopolimeri (1:1), polisorbat 80, natrium- laurilsulfat, talk, trietilsitrat

Aspirin Kardio təsviri:


100 mq tabletlər- dairəvi, iki tərəfi qabarıq, bir qədər nahamar, ağ rəngli örtüklü tablet. 300 mq tabletlər – dairəvi, iki tərəfi qabarıq, bir qədər nahamar, ağ rəngli örtüklü tablet.

Farmakoterapevtik qrupu:


Qeyri-steroid quruluşlu iltihabəleyhinə preparat ATC kodu: (N02BA01 ]

Aspirin Kardio farmakoloji xüsusiууətləri:


Farmakodinamikası Asetilsalisil turşusunun (AST) təsiri siklooksigenazanın (SOG-1) aktivliyinin dönməz tormozlanmasına əsaslanır və nəticədə Aq tromboksanın sintezi blokadaya alır və trombositlərin aqreqasiyasının qarşısı alınır. AST iltihabəleyhinə; ağrıkəsici və qızdırmanı azaldan təsirə də malikdir.

Aspirin Kardio istifadəsinə göstərişlər:

  • Risk amilləri mövcud olduğu bir şəraitdə (məsələn, şəkər diabeti, hiperlipidemiya, arterial hipertoniya, piylənmə, siqaret çəkmə, ahıl yaşlar) kəskin miokard infarktının və təkrar miokard infarktının profilaktikası;
  • Qeyri-sabit stenokardiya;
  • İnsultun profilaktikası (o cümlədən beyin qan dövranının keçici pozuntusu olan pasiyentlərdə);
  • Beyin qan dövranının keçici pozuntusunun profilaktikası;
  • Cərrahi əməliyyatlardan və damarlarda invaziv müdaxilələrdən sonra tromboemboliyanın profilaktikası (məsələn, aortokoronar şuntlama, yuxu arteriyalarının endarterektomiyası, arteriovenoz şuntlama, yuxu arteriyalarının angioplastikası);
  • Dərin venaların trombozunun və ağciyər arteriyalarının və onun şaxələrinin tromboemboliyasının profilaktikası (məsələn, ciddi cərrahi əməliyyat nəticəsində uzun müddət immobilizasiya vəziyyətində qaldıqda).

Aspirin Kardio üçün əks göstərişlər:

  • ASK-a, preparatın yardımçı maddələrinə və digər NPVP-lərə yüksək həssaslıq;
  • Mədə-bağırsaq yolunun eroziv-xora zədələnmələri; mədə-bağırsaq qanaxmaları;
  • Hemorragik diatez;
  • Salisilatların ve NPVP-nin qəbul edilməsi təkan vermiş bronxial astma;
  • Bronxail astmanın burun və burun boşluğu cibinin polipozunun şiddətləndirilməsi və ASK-ə dözümsüzlüklə uyuşması;
  • Həftədə 15 mq və daha böyük dozada metotreksatla birgə qəbulu;
  • Hamiləlik (1 və illik triimestr) və laktasiya dövrü;
  • Uşaq yaşları (18 yaşadək).
  • Podaqra, hiperurikemiya zamanı və anamnezində aşağıdakı xəstəliklər olduqda ehtiyatla qəbul etməli: Mədə-bağırsaq yolunun xora ilə zədələnmələri və ya mədə-bağırsaq qanaxmaları, böyrək və qaraciyər çatışmazlığı, bronxial astma, tənəffüs orqanlarının xroniki xəstəlikləri, polinoz qızdırması, burun polipozu, digər dərmanlara allergik reaksiyalar, hamiləliyin II triimestrində, həftədə 15 mq dozada metotreksatla birgə qəbulu.

Aspirin Kardio üçün xüsusi göstərişlər:


Preparat həkimin təyinatından sonra istifadə oluna bilər. AST bronxospazm, bronxial astmanın tutmalarını və yüksək həssaslığın digər reaksiyalarını törədə bilər. Risk faktorları kimi anamnezdə bronxial astmanın olmasını, titrətməni, burun polipozunu, tənəffüs sisteminin xroniki xəstəliklərini və digər preparatlara allergik reaksiyaların olmasını risk faktorları kimi göstərmək olar. AST müxtəlif dərəcəli qanaxmalar törədə bilər. AST antikoaqulyantlarda, trombolitiklərlə və antitrombositar preparatlarla birgə qəbulu qanaxmaların yaranma riskini artırır. Kiçik dozalarda AST meyilli olan şəxslərdə (sidik turşusunun azaldılmış ekskresiyası) podaqranın yaranmasına səbəbə ola bilər. AST metotreksatla birgə qəbulu qanyaradıcı orqanlarda əlavə təsirlərin meydana çıxması tezliyini artıra bilər. Aspirin Kardio tabletinin yüksək dozaları hipoqlikemik effekt yaradır. QKS və salisilatların birgə qəbulu zamanı yadda saxlamaq lazımdır ki, müalicə zamanı salisilatların qanda olan səviyyəsi aşağıdır və QKS-ın təyini dayandırıldıqda salisilatların doza həddinin aşılması mümkündür. AST-nin ibubrofenlə birgə qəbul edilməsi tövsiyyə olunmur. AST-nin dozasının artırılması mədə-baġrsaq qanaxmalarına səbəb ola bilər.

Preparatın doza həddinin aşılması xüsusən yaşlı xəstələrdə təhlükəlidir.

AST-nin spirtli içkilərlə birgə istifadəsi zamanı mədə-bağırsaq traktının selikli qişasının zədələnməsi və qanaxma müddətinin uzadılma riski artır.
Heparin və dolayı təsirli antikoaqulyantlar (trombositlərin funksiyasının pozulması və dolayı təsirli antikoaqulyantların zülallarla olan əlaqəsinin qırılması hesabına);
–    trombolitik və antitrombositar preparatlar (tiklopidin);
–    diqoksin;
–    antidiabetik preparatlar (insulin ve sulfanilkarbamid törəmələri);
–    val proy turşusu .
AST-nin spirtli içkilərlə birgə qəbulu zamanı additiv effekt müşahidə olunur. AST urikozurik preparatların (benzibromaronun) təsirini azaldır. Ümumi təsir göstərən qlükokortikosteroidlər salisilatların eliminasiyasını gücləndirərək onların təsirini azaldır.
Hamiləlik və laktasiya dövründə istifadəsi hamiləliyin 1-ci triimestrində salisilatların yüksək dozada istifadəsi dölün inkişafında anomaliyaların rast gəlməsi ilə müşayiət olunur (çatlı damaq, ürək qüsurları). Hamiləliyin 2-ci triimestrində Salisilatlar fayda/risk nisbəti araşdırıldıqdan sonra təyin edilə bilər. Hamiləliyin axırıncı triimestrində salisilatlar yüksək dozada (> 300 mg/süt) qəbul olunduqda doğuşu tormozlayır, dölün arterial axını vaxtından əvvəl bağlayır, anada və döldə yüksək qanaxmalarını, doğuşdan bilavasitə qabaq təyin edilməsi isə kəllədaxili qanaxmalarını yaradır. Salisilatlar və onların metabolitləri az miqdarda ana südünə keçir. Laktasiya dövründə salisilatların təsadüfən qəbulu körpədə əlavə təsirlərin yaranması ilə müşayiət olunmur və əmizdirmənin dayandırılmasına ehtiyac yoxdur. Lakin preparatı uzun müddət istifadə etdikdə döşlə əmizdirilmə dayandırılmalıdır.

Nəqliyyat vasitəsini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri müşahidə olunmur.


Aspirin Kardio tabletkasının istifadə qaydası və dozası:

Preparat yeməkdən əvvəl çoxlu maye ilə qəbul olunmalıdır. Aspirin kardio uzunmüddətli istifadə üçün nəzərdə tutulub. Müalicənin müddəti həkim tərəfindən təyin olunur.

Kəskin miokard infarktının profilaktikası zamanı: 100-200 mq\sut və ya 300 mq günaşırı (tez sorulması üçün birinci tableti çeynəmək lazımdır)

İlk dəfə yaranmış kəskin miokard infarktının profilaktikası zamanı: 100 mq\sut və ya 300 mq günaşırı.

Təkrar miokard infarktının profilaktikası zamanı. Qeyri-stabil stenokardiya. Insultun, beyin qan dövranı pozğunluqlarının, damarlarda cərrahi əməliyyatdan sonra tromboemboliyanın profilaktikası zamanı: 100-300 mq/gün

Venalar trombozunun və ağciyər arteriyaların tromboemboliyasının profilaktikasında: 100 -200 mq\gün və ya 300 mq günaşırı.

Aspirin Kardio tabletkasının əlavə təsirləri:


Allergik reaksiyalar: Övrə, Kvinke ödemi.

lmmun sistemə: Anafilaktik reaksiyalar mədə-bağırsaq sisteminə: ürəkbulanma, qıcqırma, qusma, qarın nahiyəsində ağrılar, mədə və 12-barmaq bağırsağın xorası, mədə-bağırsaq qanaxmaları, qaraciyər fermentlərinin aktivliyinin artması; bronxospazm

Qanyaradıcı sistemə: qanaxmalar, anemiya (nadir hallarda) Qlükoza-6-fosfat dehidrogenazanın çatışmazlığının ağır formalarında hemoliz ve hemolitik anemiyanın halları müşahidə oluna bilər. Sidik ifrazat sistemi: Kəskin böyrək və qaraciyər çatışmazlığı halları haqqında məlumat var.

 Mərkəzi-sinir sistemi: başgicələnmə, qulaqlarda küy.

Aspirin Kardio tabletkasında doza həddinin aşılması:


Orta ağırlıq dərəcəsində doza həddinin aşılmasının simptomları: Ürəkbulanma, qulaqlarda küy, eşitmənin zəifləməsi, başgicəllənmə, şüurun pozulması.

Müalicə: Aspirin Kardio preparatının dozasının azaldılması.
Ağır dərəcəli doza həddinin aşılmasının simptomları: Qızdırma, hiperventilyasiya, ketoasidoz, respirator alkaloz, koma, ürək-damar və tənəffüs çatışmazlığı, aydın ifadə olunan hipoqlikemiya.

Müalicə: 

Təcili müalicənin aparılması üçün xəstəxanaların xüsusi şöbələrinə yerləşdirilməsi — mədə lavajı, turşu-qələvi balansının təyini, qələvili və sürətləndirilmiş qələvili diurez, hemodializ, aktivləşdirilmiş kömür, simptomatik müalicə. Qələvilik diurezi apardıqda pH-ın göstəriciləri 7,5-8 intervalda alınmalıdır. Sürətləndirilmiş qələvili diurezi salisilatların plazmadaki konsentrasiyası böyüklərdə 500 mg/l (3,6 mmol/l) artıq olduqda və uşaqlarda 300 mg/1 (2,2 mmol/1) olduğu zaman aparılmalıdır.

Aspirin Kardio buraxılış forması: 

Hərəsində 10 örtüklü tablet olmaqla, 2 blister (20 tablet) içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Aspirin Kardio tabletkasının saxlanma şəraiti:

Aspirin Kardio tabletkası 25°C- dən aşağı temperaturda, uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Yararlılıq müddəti: 

5 ildir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti: 

Aspirin Kardio preparatı aptekdən reseptsiz buraxılır.

İstehsalçı: Bayer Farma AQ, D-51368 Leverkuzen, Almaniya Qablaşdırmışdır: Bayer Bitterfeld QmbX, D-06803 Qreppin, Almaniya

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir