Admin@tibbdunyam.az

Allopurinol 300 mq tablet istifadə təlimatı

Beynəlxalq patentləşdirilməmiş adı: Allopurinol

 Allopurinol tabletin tərkibi

Təsiredici maddə: hər tabletin tərkibində 100 mq və ya 300 mq allopurinol vardır.

Köməkçi maddələr: laktoza monohidrat, kartof nişastası, povidon K-25, talk, maqnezium- stearat,

                                susuz kolloidal silisium 4-oksid,natrium karboksimetilnişasta (tip A), mikrokris-

                                tallik sellüloza.

 Təsviri

100 mq-lıq tabletlər: ağ və ya bozumtul ağ rəngdə, kənarları kəsik, bir tərəfində bölmə xətti, digər tərəfində E351 oyması olan, iysiz və ya demək olar ki, iysiz, girdə,yastı tabletlər.

300mq-lıq tabletlər: ağ və ya bozumtul ağ rəngdə, kənarları kəsik, bir tərəfində bölmə xətti, digər tərəfində E352 oyması olan, iysiz və ya demək olar ki, iysiz, girdə,yastı tabletlər.

Allopurinol tabletin farmakoterapevtik qrupu

Podaqra əleyhinə vasitə-ksantinoksidazanın inhibitoru.

ATC kodu: M04AA01

Allopurinol tabletin farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

Allopurinol quruluşca hipoksantinin analoqudur. Allopurinol həmçinin onun aktiv metaboliti olan oksipurinol hipoksantinin ksantinə və ksantinin sidik turşusuna çevrilməsini təmin edən ksantinoksidaza fermentini inhibə edir. Allopurinol həm qan zərdabında həm sidikdə sidik turşusunun konsentrasiyasını azaldır. Bununla da o, sidik turşusu kristallarının toxumalarda çökməsinin qarşısını alır və (və ya) onların həll olmasına səbəb olur. Hiperurekimiyalı bəzi xəstələrdə (lakin hamısında yox) purinlərin katabolizminin tormozlanması ilə yanaşı ksantin və hipoksantinin böyük miqdarı purin əsaslarının təkrar əmələ gəlməsi üçün istifadə olunur ki, bu da əks əlaqə mexanizmi üzrə denovo purinlərin biosintezinin tormozlanmasına gətirib çıxarır.

Farmakokinetikası

Sorulması

Allopurinol peroral istifadə zamanı aktivdir. O, mədə-bağırsaq traktının yuxarı şöbələrindən sürətlə sorulur. Farmakokinetik tədqiqatların nəticələrinə görə, allopurinol artıq qəbul edildikdən 30-60 dəqiqə sonra qanda təyin edilir. Allopurinolun biomənimsənilməsi 67%-lə 90% arasında dəyişir. Qan plazmasında preparatın maksimal konsentrasiyası adətən, peroral qəbuldan təqribən 1,5 saat sonra qeyd olunur. Sonra allopurinolun konsentrasiyası kəskin azalır. Qəbulundan 6 saat sonra qan plazmasında preparatın konsentrasiyasının yalnız izi təyin edilir. Aktiv metabolit oksipurinolun maksimal konsentrasiyası adətən allopurinolun peroral qəbulundan 3-5 saat sonra qeyd olunur. Qan plazmasında oksipurinolun səviyyəsi əhəmiyyətli dərəcədə ləng azalır.

Paylanması

Allopurinol demək olar ki, qanın plazma zülalları ilə birləşmir, ona görə də zülal səviyyəsinin dəyişməsi preparatın klirensinə əhəmiyyətli təsir göstərməyəcəkdir. Allopurinolun ehtimal edilən paylanma həcmi təqribən 1,6 l/kq təşkil edir ki, bu da preparatın toxumalar tərəfindən kifayət qədər geniş udulmasını göstərir. İnsanın müxtəlif toxumalarında allopurinolun miqdarı öyrənilməmişdir, lakin tam ehtimal etmək olar ki, allopurinol və oksipurinol maksimal konsentrasiyada qaraciyərdə və bağırsağın selikli qişasında toplanır, harada ki, ksantinoksidazanın yüksək aktivliyi qeyd olunur.

Metabolizmi

Ksantinoksidazanın və aldehidoksidazanın təsiri altında allopurinol oksipurinolun əmələ gəlməsi ilə metabolizə olunur. Oksipurinol ksantinoksidazanın aktivliyini aşağı salır. Bununla belə, oksipurinol allopurinolla müqayisədə ksantinoksidazanın o qədər də güclü inhibitoru deyil, lakin onun yarımxaricolma dövrü əhəmiyyətli dərəcədə artıqdır. Bu xassəsinə görə allopurinolun birdəfəlik gündəlik dozasının qəbulundan sonra ksantinoksidazanın aktivliyinin effektiv tormozlanması 24 saat saxlanılır. Böyrək funksiyaları normal olan xəstələrdə qan plazmasında oksipurinolun miqdarı tarazlıq konsentrasiyası yaranana qədər tədricən artır. Allopurinolun gündə 300 mq dozada qəbulundan sonra qan plazmasında allopurinolun konsentrasiyası adətən 5-10 mq/l təşkil edir. Allopurinolun digər metabolitlərinə allopurinol-ribozid və oksipurinol-7- ribozid aiddir.

Xaric olması

Per os qəbul olunmuş allopurinolun təqribən 20%-i dəyişilməmiş şəkildə nəcislə xaric olur. Gündəlik dozanın təqribən 10%-i böyrəklərin yumaqcıq aparatı tərəfindən dəyişilməmiş allopurinol şəklində xaric olunur. Allopurinolun gündəlik dozasının daha 70%-i oksipurinol şəklində sidiklə xaric olur. Oksipurinol dəyişilməmiş şəkildə böyrəklər vasitəsilə xaric olur, lakin kanalcıq reabsorbsiyası ilə əlaqədar olaraq o, uzunmüddətliyarımxaricolma dövrünə malikdir. Allopurinolun yarımxaricolma dövrü 1-2 saat təşkil etdiyi halda, oksipurinolun yarımxaricolma dövrü 13-dən 30 saata qədər dəyişir.

Böyrəklərin funksional pozğunluğu olan pasiyentlər

Böyrəklərin funksional pozğunluğu olan pasiyentlərdə allopurinolun və oksipurinolun xaric olması əhəmiyyətli dərəcədə ləngiyə bilər ki, bu da uzunmüddətli müalicə zamanı qan plazmasında bu birləşmələrin konsentrasiyasının artmasına gətirib çıxarır. Böyrəklərin funksional pozğunluğu və kreatinin klirensi 10-20 ml/dəq olan pasiyentlərdə allopurinolun gündə 300 mq dozası ilə uzunmüddətli müalicədən sonra qan plazmasında oksipurinolun konsentrasiyası təqribən 30 mq/l-ə çatmışdır. Oksipurinolun belə konsentrasiyası böyrəklərin funksional vəziyyəti normal olan pasiyentlərdə də gündə 600 mq allopurinolla müalicə fonunda təyin oluna bilər. Deməli, böyrəklərin funksional pozğunluğu olan pasiyentlərin müalicəsi zamanı allopurinolun dozasını azaltmaq lazımdır.

Yaşlı pasiyentlər

Yaşlı pasiyentlərdə allopurinolun farmakokinetik xassələrinin əhəmiyyətli dəyişikliyi az ehtimal olunur. Yanaşı olaraq böyrək patologiyası olan pasiyentlər istisnalıq təşkil edir.

 Allopurinol tabletin istifadəsinə göstərişlər

Sidik turşusunun və onun duzlarının təsdiq olunmuş toplanması zamanı (məsələn, podaqra, dəri tofusları, nefrolitiaz) və ya onların toplanmasının ehtimal edilən klinik riski zamanı (məsələn, bədxassəli yenitörəmələrin müalicəsi kəskin sidikturşusu nefropatiyasının inkişafı ilə mürəkkəbləşə bilər) sidik turşusunun və onun duzlarının əmələ gəlməsinin tormozlanması.

Sidik turşusunun və onun duzlarının toplanması ilə müşayiət oluna bilən əsas klinik vəziyyətlərə aşağıdakılar aiddir:

idiopatik podaqra;

sidikdaşı xəstəliyi (sidik turşusundan konkrementlərin əmələ gəlməsi): kəskin sidikturşusu nefropatiyası:

şiş xəstəlikləri və hiperurikemiyanın spontan və ya sitotoksik müalicədən sonra yarandığı zaman hüceyrə populyasiyasının sürətlə yeniləşməsi ilə mieloproliferativ sindrom;

sidik turşusunun yüksək dərəcədə əmələ gəlməsi ilə müşayiət olunan müəyyən fermentatıv pozğunluqlar, məsələn, hipoksantin-quaninfosforiboziltransferazanın aktivliyinin azalması (Leş-Nayxan sindromu daxil olmaqla), qlükoza-6-fozfatazanın aktivliyinin azalması (qlikogenoz daxil olmaqla), fosforibozilpirofosfatsintetazanın aktivliyinin yüksəlməsi,fosforibozil-pirofosfatamidotransferazanın aktivliyinin yüksəlməsi, adenin-fosforiboziltransferazanın aktivliyinin azalması.

Adeninfosforiboziltransferazanın aktivliyinin azalması ilə əlaqədar olaraq 2,8- dihidroksiadenin (2,8-DHA) konkrementlərinin əmələ gəlməsi ilə müşayiət olunan sidikdaşı xəstəliyinin müalicəsi.

Hiperurikozuriya fonunda qarışıq kalsium-oksalat konkrementlərinin əmələ gəlməsi ilə müşayiət olunan sidikdaşı xəstəliyinin müalicəsi və profilaktikası.

Əks göstərişlər

Allopurinola və ya preparatın tərkibinə daxil olan köməkçi maddələrdən istənilən birinə qarşı yüksək həssaslıq.

Qaraciyər çatışmazlığı, xroniki böyrək çatışmazlığı (azotemiya mərhələsi), birincili (idiopatik) hemoxromatoz, simptomsuz hiperurikemiya, kəskin podaqra tutması, hamiləlik, laktasiya dövrü, 3 yaşa qədər uşaq yaş dövrü.

Qalaktozaya qarşı dözümsüzlük, laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası kimi nadir irsi xəstəlikləri olan pasiyentlərpreparatı qəbul etməməlidir.

Ehtiyatla: xroniki böyrək çatışmazlığı, xroniki ürək çatışmazlığı, şəkərli diabet, arterial hipertenziya, uşaq yaş dövrü (14 yaşa qədər yalnız leykozların və s. bədxassəli xəstəliklərin sitostatik müalicəsi, həmçinin ferment pozğunluqlarının simptomatik müalicəsi zamanı təyin edilir).

 Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik

Hazırda hamiləlik dövründə allopurinolla müalicənin təhlükəsizliyi barədə məlumat kifayət qədər deyil, baxmayaraq ki, bu preparat uzun müddət aşkar xoşagəlməz təsirlər olmadan istifadə olunmuşdur. Daha təhlükəsiz alternativ müalicə olmadığı və xəstəlik ana üçün preparatın qəbulundan daha böyük risk daşıdığı hallar istisna olmaqla hamilə qadınlar Allopurinol tabletlərini qəbul etməməlidir.

Laktasiya

Mövcud məlumatlara əsasən allopurinol və oksipurinol ana südü ilə xaric olur. 300 mq/gün dozada allopurinol qəbul edən qadınlarda anasüdündə allopurinolun və oksipurinolun konsentrasiyası müvafıq olaraq 1,4 mq/l və 53,7 mq/l-ə çatmışdır. Bununla belə, allopurinolun və onun metabolitlərinin ana südü ilə qidalandırma zamanı körpələrə təsiri barədə məlumat yoxdur. Beləliklə, Allopurinol tabletləri laktasiya dövründə istifadə olunmamalıdır.

 Allopurinol tabletin digər dərman vasitələri ilə qarşılıqlı təsiri

6-merkaptopurin və azatiopirin

Azatiopirin ksantinoksidaza fermenti tərəfindən inaktivləşən 6-merkaptopurinin əmələ gəlməsi ilə metabolizə olunur. 6-merkaptopurinlə və ya azatiopirinlə müalicə allopurinolun qəbulu ilə yanaşı aparıldığı zaman pasiyentlərə 6-merkaptopurinin və ya azatiopirinin adi dozasının dörddə birini təyin etmək lazımdır, belə ki, ksantinoksidazanın inaktivləşməsi bu birləşmələrin təsir müddətini uzadır.

Vidarabin (adenin arabinozid)

Allopurinol vidarabinin yarımxaricolma dövrünü artırır. Bu preparatların birlikdə istifadəsi zamanı müalicənin toksiki təsirlərinin güclənməsinə görə xüsusilə ehtiyatlı olmaq lazımdır.

Salisilatlar və urikozurik vasitələr

Allopurinolun əsas aktiv metaboliti oksipurinoldur, hansı ki, sidik turşusunun duzları kimi böyrəklər vasitəsilə xaric olur. Deməli, probenesid və ya salisilatların yüksək dozaları kimi urikozurik aktivliyə malik olan dərman vasitələri oksipurinolun xaric olmasını gücləndirə bilər. Oksipurinolun xaric olmasının güclənməsi, öz növbəsində allopurinolun müalicəvi aktivliyinin azalması ilə müşayiət olunur, lakin bu qarşılıqlı təsir növünün əhəmiyyəti hər bir halda fərdi olaraq qiymətləndirilməlidir.

Xlorpropamid

Allopurinolla xlorpropamidin birlikdə istifadəsi zamanı, böyrək funksiyaları pozulmuş pasiyentlərdə uzunmüddətli hipoqlikemiyanın inkişaf riski yüksəlir, belə ki, kanal ekskresiyası mərhələsində allopurinolun və xlorpropamidin ekskresiyaları bir-biri ilə rəqabət aparıllar.

Antikoaqulyantlar və kumarin törəmələri

Allopurinolla birlikdə istifadə zamanı varfarininvə digər kumarin törəməli antikoaqulyantların təsirlərinin güclənməsi müşahidə olunmuşdur. Bununla əlaqədar olaraq, bu preparatlarla yanaşı müalicə zamanı pasiyentin vəziyyətinə ciddi nəzarət etmək lazımdır.

Fenitoin

Allopurinol fenitoinin qaraciyərdə oksidləşməsini tormozlama qabiliyyətinə malikdir, lakin bu qarşılıqlı təsirin klinik əhəmiyyəti müəyyən edilməmişdir.

Teofillin

Məlumdur ki, allopurinol teofillinin metabolizmini tormozlayır. Belə qarşılıqlı təsiri insan orqanizmində teofillinin biotransformasiya prosesində ksantinoksidazanın iştirakı ilə izah etmək olar. Qan zərdabında teofillinin konsentrasiyasına allopurinolla yanaşı müalicənin başlanğıcında, həmçinin sonuncunun dozasının artırılması zamanı nəzarət etmək lazımdır.

Ampisillin və amoksisillin

Eyni zamanda ampisillin və ya amoksisillini allopurinolla birlikdə alan pasiyentlərdə bu cür yanaşı müalicə almayan pasiyentlərlə müqayisədə dəridə reaksiyaların inkişaf tezliyinin yüksəlməsi qeyd edilmişdir. Qarşılıqlı təsirin bu növünün səbəbi müəyyən edilməmişdir. Bununla belə ampisillin və amoksisillinlə eyni zamanda allopurinol alan pasiyentlərə digər antibakterial preparatlar təyin etmək tövsiyə olunur.

Sitotoksik dərman vasitələri (siklofosfamid,doksorubisin,bleomisin, prokarbazinmexloretamin) Şiş xəstəliklərindən əziyyət çəkən (leykozdan başqa)və allopurinol alan pasiyentlərdə sümük iliyi fəaliyyətinin siklofosfamid və digər sitotoksik preparatlar tərəfindən güclü tormozlanması müşahidə olunmuşdur. Bununla belə, siklofosfamid, doksorubisin, bleomisin, prokarbazin və (və ya) mexloretamin (xlormetin-hidroxlorid) alan pasiyentlərin iştirak etdiyi nəzarət olunan tədqiqatların nəticələrinə görə, allopurinolla yanaşı müalicə bu sitostatik preparatların toksiki təsirlərini gücləndirməmişdir.

Siklosporin

Bəzi məlumatlara görə, allopurinolla yanaşı müalicə fonunda qan plazmasında siklosporinin konsentrasiyası arta bilər. Bu preparatların birlikdə istifadəsi zamanı siklosporinin toksiki təsirinin güclənə bilməsi ehtimalınınəzərə almaq lazımdır.

Didanozin

Sağlam könüllülərdə və didanozin alan İİV-infeksiyalaşmış pasiyentlərdə allopurinolla (gündə 300 mq) yanaşı müalicə fonunda didanozinin Cmax (qan plazmasında preparatın maksimal konsentrasiyası) və AUC -unun (konsentrasiya-zaman əyrisi altındakı sahə) təqribən 2 dəfə artması müşahidə olunmuşdur. Bu zaman didanozinin yarımxaricolma dövrü dəyişməmişdir. Adətən, bu dərman preparatlarının birlikdə istifadəsi tövsiyə olunmur. Əgər yanaşı müalicə qaçılmazdırsa, didanozinin dozasının azaldılması və xəstənin vəziyyətinə ciddi nəzarəttələb oluna bilər.

 Xüsusi göstərişlər

Dəri səpgisi və ya digər yüksək həssaslıq reaksiyaları meydana çıxan zaman dərhal Allopurinol preparatı ilə müalicəni dayandırmaq lazımdır.

Böyrək və ya qaraciyər funksiyaları pozulmuş pasiyentlərin müalicəsi zamanı allopurinolun dozasını azaltmaq lazımdır. Arterial hipertenziyaya və ya ürək çatışmamazlığına görə müalicə alan pasiyentlərdə (məs., diuretiklər və ya AÇF-in inhibitorlarını qəbul edən) yanaşı olaraq böyrək funksiyalarının pozulması baş verə bilər, ona görə də bu qrup pasiyentlərdə allopurinol ehtiyatla istifadə olunmalıdır.

Simptomsuz hiperurikemiya özü-özlüyündə allopurinolun istifadəsi üçün göstəriş deyildir. Belə hallarda xəstənin vəziyyətininyaxşılaşmasına hiperurikemiyanın əsas səbəblərini aradan qaldırmaqla yanaşı pəhrizdə və maye qəbulunda dəyişiklik etməklə nail olmaq olar.

Kəskin podaqra tutması. Allopurinol podaqranın kəskin tutmasınıntam aradan qaldırılmasına qədər istifadə olunmamalıdır, belə ki, bununla xəstəliyin əlavə kəskinləşməsinə səbəb olmaq olar. Urikozurik preparatlarla müalicə zamanı olduğu kimi, allopurinolla müalicənin başlanması kəskin podaqra tutmasına təkan verə bilər. Bu fəsadlaşmadan qaçmaq üçün qeyri-steroid iltihabəleyhinə preparatlarla və ya kolxisinlə allopurinolun qəbuluna başlamazdan əvvəl ən azı bir ay müddətində profilaktik müalicə aparmaq lazımdır. Tövsiyə olunan dozalar, ehtiyat tədbirləri və xəbərdarlıqlar barədə daha müfəssəl məlumatı müvafıq ədəbiyyatda tapmaq olar. Əgər kəskin podaqra tutması allopurinolla müalicə fonunda inkişaf edərsə, o zaman preparatın qəbulunu eyni dozada davam etdirmək, tutmanın müalicəsi üçünsə, müvafiq qeyri-steroid iltihabəleyhinə vasitə təyin etmək lazımdır.

Ksantinin toplanması. Sidik turşusunun əmələ gəlməsi gücləndiyi zaman (məs., bədxassəli şiş patologiyası və şiş əleyhinə müvafiq müalicə, Leş-Nayxan sindromu), nadir hallarda sidikdə ksantinin mütləq konsentrasiyası əhəmiyyətli dərəcədə arta bilər ki, bu da ksantinin sidik yollarının toxumalarında toplanmasına səbəb olur. Ksantinin toxumalarda toplanması ehtimalını sidiyin optimal durulaşmasını təmin edən adekvat hidratasiya hesabına minimuma endirmək olar.

Sidik turşusundan konkrementlərin pərçimlənməsi. Allopurinolla adekvat müalicə sidik turşusunda olan iri konkrementlərin həll olmasına səbəb olur ki, bu da bu konkrementlərin sidik axarına pərçimlənməsinə gətirib çıxarır.

Hemoxromatoz. Podaqranın müalicəsi zamanı Allopurinolun əsas təsiri ksantinoksidaza fermentinin aktivliyini tormozlamaqdan ibarətdir. Ksantinoksidaza qaraciyərdə depolaşan dəmirin miqdarının azalmasında və xaric olmasında iştirak edə bilər. Gəmiricilərin iştirakı ilə aparılan klinikayaqədərki tədqiqatların nəticələrinə görə Allopurinol alan bəzi (hamısında yox) heyvanlarda orqanizmdə dəmirin toplanmasının artması müşahidə edilmişdir. Allopurinolla müalicə fonunda 28 sağlamkönüllüdə dəmirin qaraciyərdə depolaşmasında dəyişiklik olmamışdır. Hemoxromatozu olan xəstələrdə Allopurinolla müalicənin təhlükəsizliyini nümayiş etdirən tədqiqatlar aparılmamışdır. Hemoxromatozu olan pasiyentlərə və onlara qan qohumluğu çatanlara Allopurinol ehtiyatla təyin edilməlidir.

Laktoza.Hər bir 100 mq-lıq Allopurinol-Egis tabletlərinin tərkibində 50 mq laktoza vardır. Ona görə də bu preparat qalaktozaya qarsı nadir irsi dözümsüzlüyü, laktoza çatışmazlığı və qlükoza/qalaktoza malabsorbsiyası olan pasiyentlər tərəfindən istifadə olunmamalıdır.

 Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Allopurinolla müalicə fonunda yuxuyameyillik, başgicəllənmə, ataksiya kimi arzuolunmaz reaksiyaların inkişafı müşahidə edilmişdir. Bu arzuolunmaz reaksiyalar nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərə bilər. Allopurinol tabletləri qəbul edən pasiyentlər allopurinolun onlarda göstərilən qabiliyyətə təsiretmədiyinə əmin olana qədər nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etməməlidirlər.

 Allopurinol tabletin istifadə qaydası və dozası

Daxilə qəbul edilir. Preparat yeməkdən sonra, çoxlu miqdarda su ilə içməklə qəbul edilməlidir. Sidiyin gündəlik həcmi 21-dən çox, reaksiyası isə neytral və ya zəif qələvi olmalıdır. 300 mq- dan çox gündəlik dozanı bir neçə qəbula bölmək lazımdır.

Böyüklər

Əlavə təsirlərin inkişaf riskini azaltmaq məqsədi ilə allopurinolu gündə 1 dələ 100 mq başlanğıc dozada istifadə etmək tövsiyə olunur. Əgər bu doza qan zərdabında sidik turşusunun miqdarını lazımı səviyyədə endirməyə kifayət etməzsə, o zaman preparatın gündəlik dozasını lazım olan effekti əldə edənə qədər tədricən hər dəfə 100 mq olmaqla artırmaq olar. Allopurinolun dozasını yüksəldən zaman hər 1-3 həftədən bir qan zərdabında sidik turşusunun konsentrasiyasını təyin etmək lazımdır.

Preparatın dozasını seçərkən, aşağıdakı dozalanma rejimindən istifadə etmək tövsiyə olunur. Xəstəliyin yüngül gedişi zamanı preparatın tövsiyə olunan dozası gündə 100-200 mq, orta ağır gedişi zamanı – gündə 300-600 mq, ağır gedişi zamanı isə gündə 700-900 mq təşkil edir.

Əgər dozanın hesablanması zamanı bədən kütləsi əsas götürülərsə, o zaman allopurinolun dozası 2-dən 10 mq/kq/gün təşkil etməlidir.

Uşaqlar

10 yaşdan 15 yaşa qədər uşaqlara 10-20 mq/kq/gün və ya gündə 100-400 mq təyin edilir.Preparatın gündəlik dozası 400 mq-dan artıq olmamalıdır.

Yaşlı pasiyentlər

Yaşlı pasiyentlər arasında allopurinolun istifadəsinə dair xüsusi məlumatlar olmadığından, belə pasiyentlərin müalicəsi üçün preparatı qan zərdabında sidik turşusunun miqdarının kifayət qədər azalmasını təmin edən minimal dozada istifadə etmək lazımdır. Böyrək funksiyaları pozulmuş pasiyentlər üçün preparatın dozasının seçilməsi üzrə tövsiyələrə xüsusi diqqət etmək lazımdır.

Böyrək funksiyalarının pozğunluğu

Allopurinol və onun metabolitləri orqanizmdən böyrəklər vasitəsilə xaric olduğundan böyrək funksiyalarının pozğunluğu preparatın və onun metabolitlərinin orqanizmdə ləngiməsinə, sonra isə bu maddələrin qan plazmasından yarımxaricolma dövrünün uzanmasına gətirib çıxara bilər. Ağır böyrək çatışmazlığı zamanı allopurinolu gündə 100 mq-dan artıq olmayan dozada və ya bir gündən çox olmayan intervalla 100 mq birdəfəlik dozalar istifadə etmək tövsiyə olunur.

Əgər şərait qan zərdabında oksipurinolun konsentrasiyasına nəzarət etməyə imkan verirsə, o zaman allopurinolun dozasını elə seçmək lazımdır ki, qan plazmasında oksipurinolun səviyyəsi 100 mkmol/l-dən (15,2 mq/1) aşağı olsun.

Allopurinol və onun törəmələri orqanizmdən hemodializin köməyilə xaric olur. Əgər hemodializ seanslarıhəftədə 2-3 dəfə keçirilirsə, o zaman alternativ müalicə rejiminə keçməyin zəruriliyini təyin etmək məqsədəuyğundur: hemodializ seansının qurtarmasından dərhal sonra 300-400 mq allopurinolun qəbulu (hemodializ seansları arasında preparat istifadə olunmur).

Qaraciyər funksiyalarının pozulması

Qaraciyər funksiyalarının pozulması zamanı preparatın dozasını azaltmaq lazımdır. Müalicənin erkən mərhələsində qaraciyər funksiyalarının laborator göstəricilərinin monitorinqini həyata keçirmək tövsiyə olunur.

Sidik tursusu duzlarının mübadiləsinin güclənməsi ilə müşayiət olunan vəziyyət (məsələn, şiş xəstəlikləri, Leş-Nayxan sindromu).

Sitotoksik preparatlarla müalicəyə başlamazdan əvvəl allopurinolun köməyi ilə mövcud hiperurikemiyanın və (və ya) hiperurikozuriyanın korreksiyasını həyata keçirmək tövsiyə olunur. Optimal diurezin saxlanmasına səbəb olan adekvat hidratasiya, həmçinin sidiyin qələviləşdirilməsi böyük əhəmiyyət kəsb edir. Belə ki, bu zaman sidik turşusunun və onun duzlarının həll olması artır. Allopurinolun dozası tövsiyə olunan doza diapazonunun aşağı sərhədinə yaxın olmalıdır. Əgər böyrək funksiyalarının pozulması kəskin sidikturşusunefropatiyası və ya digər böyrək patologiyası nəticəsində inkişaf etmişdirsə, o zaman müalicəni “Böyrək funksiyalarının pozulması” bölməsində göstərilən tövsiyələrə uyğun şəkildə davam etdirmək lazımdır.

Təsvir edilən tədbirlər xəstəliyin gedişini agırlaşdıran ksantin və sidik turşusunun toplanması riskini azalda bilər.

Monitorinq üzrə tövsiyələr

Preparatın dozasının korreksiyası üçün optimal intervallarla qan zərdabında sidik turşusu duzlarının konsentrasiyasını, həmçinin sidikdə sidik turşusunun və uratların səviyyəsini qiymətləndirmək lazımdır.

 Allopurinol tabletin əlavə təsirləri

Rastgəlmə tezliyindən asılı olaraq arzuolunmaz reaksiyalar  aşağıdakı kimi təsnif edilir: çox tez-tez (>1/10), tez-tez (>1/100-dən < 10-a qədər), bəzən (> 1/1000-dən <1/100-ə qədər),nadir (> 1/10000-dən < 1/1000-ə qədər), çox nadir (<1/10000), tezliyi məlum olmayan (mövcud məlumatlara əsasən tezliyini təyin etmək mümkün deyil). Pasiyentlərin ümumi populyasiyasında allopurinolla müalicə ilə bağlı arzuolunmaz təsirlər nadir hallarda rast gəlir və əksər hallarda yüngül xarakter daşıyır. Böyrək və (və ya) qaraciyər funksiyalarının pozulması zamanı arzuolunmaz təsirlərin başvermə tezliyi artır.

İnfeksiya və invaziyalar: çox nadir hallarda: furunkulyoz.

Qan və limfa sistemindəbaş verən pozğunluqlar: çox nadir hallarda: aqranulositoz, aplastik anemiya, trombositopeniya

İmmun sistemdə baş verən pozğunluqlar: bəzən: yüksək həssaslıq reaksiyaları; nadir hallarda: epidermisin qabıq verməsi ilə müşayiət olunan dəri reaksiyaları, qızdırma, limfadenopatiya,artralgiya və (və ya) eozinofiliya (o cümlədən Stivens-Conson sindromu və toksiki epidermal nekroliz) daxil olmaqla ağır yüksək həssaslıq reaksiyaları. Yanaşı vaskulit və ya toxumalarda baş verən reaksiyalar, hepatit, böyrəklərin zədələnməsi və çox nadir hallarda qıcolmalar daxil olmaqla müxtəlif cür təzahür edə bilər. Bundan başqa, çox nadir hallarda anafilaktik şokun inkişafı müşahidə edilmişdir.

Ağır arzuolunmaz reaksiyalar inkişaf etdiyi zaman allopurinolla müalicəni dərhal dayandırmaq və bir daha bərpa etməmək tövsiyə olunur. Dəri təzahürləri ilə meydana çıxan yüksək həssaslıq reaksiyalarının müalicəsi üçün kortikosteroidlərdən istifadə etmək olar. Generalizəolunmuş yüksək həssaslıq reaksiyaları böyrək və (və ya) qaraciyər funksiyaları pozulmuş xəstələrdə inkişaf etmişdir. Belə hallar bəzən ölümlə nəticələnmişdir: çox nadir hallarda: autoimmunoblast limfadenopatiya. Autoimmunoblast limfadenopatiya diaqnozu çox nadir hallarda generalizəolunmuş limfadenopatiyaya görə aparılan biopsiyadan sonra qoyulmuşdur. Autoimmunoblast limfadenopatiya dönər xarakter daşıyır və allopurinolla müalicə dayandırıldıqdan sonra sönür.

Maddələr mübadiləsində və qıdalanmada baş verənpozğunluqlar: çox nadir hallarda: şəkərli diabet, hiperlipidemiya.

Psixiki pozğunluqlar: çox nadir: depressiya.

Sinir sistemindəbaş verən pozğunluqlar: çox nadir: koma, iflic, ataksiya, neyropatiya, paresteziyalar,yuxuyameyllik, başağrısı, dadbilmə hissinin təhrif olunması.

Görmə orqanlarında baş verən pozğunluqlar: çox nadir: katarakta, görmənin pozulması, makulyar dəyişikliklər.

Eşitmə orqanının və labirintin pozğunluqları: çox nadir: başgicəllənmə.

Ürəkdəbaş verən pozğunluqlar: çox nadir: stenokardiya, bradikardiya.

Damar sistemindəbaş verən pozğunluqlar: çox nadir: arterial hipertenziya.

Madə-bağırsaq traktında baş verən pozğunluqlar: bəzən: ürəkbulanma, qusma: çox nadir: residivverici qanlı qusma, steatoreya, stomatit, bağırsaq funksiyasının dəyişməsi.

Hepatobiliar pozğunluqlar: bəzən: qaraciyər fermentlərinin konsentrasiyasının simptomsuz artması (qan zərdabında qələvi fosfatazanın və transaminazaların səviyyəsinin artması): nadir: hepatit (nekrotik və qranulematoz formaları daxil olmaqla).

Qaraciyər funksiyalarının pozulması generalizəolunmuş əlamətlərin aydın təzahürü olmadan inkişaf edə bilər.

Dəridə vədərialtı strukturlardabaş verən pozğunluqlar:tez-tez: səpgi: çox nadir: angionevrotik ödem, lokal medikamentoz səpgi, alopesiya, tüklərin rəngsizləşməsi.

Allopurinol qəbul edən pasiyentlərdə ən çox yayılmış arzuolunmaz reaksiyalar dəridə baş verir. Preparatla müalicə fonunda bu reaksiyalar istənilən vaxt inkişaf edə bilər. Dəri reaksiyaları qaşınma, makulopapulvoz və pullu səpgilər şəklində təzahür edə bilər. Nadir hallarda dərinin eksfoliativ zədələnməsi müşahidə olunur. Belə reaksiyalar inkişaf etdiyi zaman allopurinolla müalicəni dərhal dayandırmaq lazımdır. Əgər dəridə baş verən reaksiya yüngül xarakter daşıyarsa, o zaman patoloji dəyişikliklər aradan qaldırıldıqdan sonra allopurinolun qəbulunu aşağı dozalarda (məs., gündə 50 mq) bərpa etmək olar. Sonra dozanı tədricən artırmaq olar. Residivləşən dəri reaksiyaları zamanı allopurinolla müalicəni dayandırmaq və bir daha bərpa etməmək lazımdır, belə ki, preparatın sonrakı qəbulu daha ağır yüksək həssaslıq reaksiyalarının inkişafına səbəb ola bilər (bax: “İmmun sistemdə baş verən pozğunluqlar”).

Mövcud məlumatlara görə allopurinolla müalicə fonunda angionevrotik ödem tək-tək hallarda və həmçinin generalizəolunmuş yüksək həssaslıq reaksiyalarının simptomları ilə birgə inkişaf etmişdir.

Böyrəklərdə və sidik yollarındabaş verən pozğunluqlar:çox nadir: hematuriya,uremiya. Reproduktiv sistemdə və südvəzilərində baş verən pozğunluqlar:çox nadir: kişi sonsuzluğu, erektil disfunksiya, ginekomastiya.

Ümumi pozğunluqlar və preparatın yeridilmə yerində baş verən pozğunluqlar: çox nadir: ödem, ümumi nasazlıq, ümumi zəillik, qızdırma.

Mövcud məlumatlara görə allopurinolla müalicə fonunda qızdırma həm təcrid olunmuş şəkildə, həm də generalizəolunmuş yüksək həssaslıq reaksiyalarının simptomları ilə birgə inkişaf etmişdir.

Dayaq-hərəkət aparatında baş verən pozğunluqlar:miopatiya, mialgiya, artralgiya.

 Doza həddinin aşılması

Simptomları:ürəkbulanma, qusma, diareya başgicəllənmə. Allopurinolun doza həddinin ağır aşılması ksantinoksidazanın aktivliyinin əhəmiyyətli dərəcədə tormozlanmasına səbəb ola bilər. Bu effekt arzuolunmaz effektlərlə müşayiət olunmamalıdır. Yanaşı müalicəyə təsiri istisnalıq təşkil edir, xüsusilə 6-merkaptopurinlə və (və ya) azatiopirinlə müalicəyə.

Müalicəsi: Allopurinolun xüsusi antidotu yoxdur. Adekvat hidratasiya,dəstəkləyici optimal diurez allopurinolun və onun törəmələrinin sidiklə xaric olmasına səbəb olur. Klinik göstəriş olarsa, hemodializ həyata keçirilir.

 Allopurinol tabletin buraxılış forması

100 mq-lıq tabletlər: 50 tablel, ilk açılışa nəzarət və qarmonşəkilli amortizatorlu polietilen  qapaqlı qəhvəyi rəngli şüşə flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

300 mq-lıq tabletlər:30 tablet, ilk açılışa nəzarət və qarmonşəkilli amortizatorlu polietilen qapaqlı qəhvəyi rəngli şüşə flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Allopurinol tabletin saxlanma şəraiti

Allopurinol-Egis 100 mq tabletlər: 30°C-dən yuxarı olmayan temperaturda saxlamaq lazımdır.

Allopurinol-Egis 300 mq tabletlər: 25°C-dən yuxarı olmayan temperaturda saxlamaq lazımdır.

Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

5 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

 

 

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.