5 – NOK (5-nok) 50 mq örtüklü tabletlər
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Dərman: 5 – NOK® 50 mq örtüklü tablet
Beynəlxalq patentləşdirilməmiş adı: Nitroxoline
Tərkibi:
- Təsiredici maddə: Hər bir tabletin tərkibində 50 mq nitroksolin vardır.
- Köməkçi maddələr: Kalsium hidrofosfat dihidrat, qarğıdalı nişastası, laktoza monohidrat, susuz kolloidal silisium, povidon, talk, krospovidon, maqnezium stearat, ərəbistan kitrəsi, natrium karmelloza, sukroza, kalsium karbonat, titan dioksid (E171), narıncı rəngli boya maddəsi (E110) Al lakı, xinolin sarısı boya maddəsi (E104) Al lakı.
Təsviri:
Yumru formada olan, iki tərəfi qabarıq, narıncı rəngli, parlaq, örtüklü tablet.
Farmakoterapevtik qrupu:
Digər mikrobəleyhinə preparatlar, oksixinolin. ATC kodu: J01XX07.
Farmakoloji xüsusiyyətləri: Nitroksolin çoxsaylı qrammüsbət və qrammənfi bakteriyalara, həmçinin bəzi göbələklərə qarşı effektivdir. Nitroksolinin istifadəsinin spektri sidik yollarının infeksiyalarını törədən bir sıra mikroorqanizmləri əhatə edir. Aşağıda qeyd olunan mikroorqanizmlər nitroksolinə qarşı həssasdır: Escherichia coli, Ureaplasma urealyticum, Mycoplasma hominis, Candida spp., Torulopsis spp.. Bəzi mikroorqanizmlər nitroksolinə qarşı davamsız həssaslığa malikdir, həminlər isə davamlıdır.
İstifadəsinə göstərişlər:
- Sidik yollarının Nitroksolinə qarşı həssas qrammənfi, qrammüsbət bakteriya və/yaxud göbələklərlə törədilmiş kəskin, xroniki və residivləşmiş infeksiyalarının müalicəsi;
- Sidik yollarının residivləşən infeksiyalarının profilaktikası, xüsusilə uşaqlarda.
Əks göstərişlər:
- Katarakt;
- Nitroksolinə və preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq;
- Xinolinlərə qarşı yüksək həssaslıq;
- Ağır böyrək və qaraciyər çatışmazlığı.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri:
- Preparatın kumulyasiyasını nəzərə alaraq, böyrək funksiyasının pozulmaları olan xəstələrdə ehtiyatla təyin edilir.
- Hidroksixinolinin halogen törəmələrinin uzunmüddətli və ya yüksək dozalarda istifadəsi zamanı göz sinirinin zədələnməsi və periferik nevrit qeyd olunub. Nitroksolinin istifadəsi zamanı belə hallar qeyd olunmayıb.
- Böyrək və qaraciyər funksiyalarının əlavə müayinəsi olmadığı hallarda müalicə kursu 4 həftədən çox təyin olunmamalıdır.
- 5-NOK dərman vasitəsinin örtüyünə E110 sarı rəngləyici maddə daxil edilmişdir, buna görə də aspirinə qarşı həssas olanlar və karbohidrat mübadiləsinin pozulması xəstələr dərman vasitəsini ehtiyatla istifadə etməlidirlər.
Preparatın istifadə qaydası və dozası: Böyüklər üçün: Gündə 400-800 mq, doza 4 dəfəyə qəbul edilir. Orta doza gündə 400 mq təşkil edir. Preparatın istifadə qaydası: Gündə 4 dəfə yeməkdən əvvəl 2 tablet. Ehtiyac olduğu halda müalicə fasiləsiz və ya bir neçə kurs ilə keçirilir (1 ay müddətində 2 həftə ərzində).
Əlavə təsirlər:
- Klinik tədqiqatlar zamanı və ya postmarketinq dövründə aşkar edilmiş əlavə təsirlər haqqında məlumat verilməmişdir.
Buraxılış forması: 50 mq –lıq örtüklü tabletlər. 50 tablet, polietilen flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti: 25°C-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti: 5 il.
Aptekdən buraxılma şərti:
Resept əsasında buraxılır.
İstehsalçı: Lek Pharmaceuticals d.d. Verovşkova 57, Lyublyana, Sloveniya. Lek Pharmaceuticals d.d. Kolodvorska 27, 1234 Mengeš, Sloveniya.