AntimetabolitlərİlaçlarOnkoloji hastaliklar

5- FLÜОRURАSİL ЕBЕVЕ infuziyа. (5 –FLUOROURACIL EBEWE)

5- FLÜОRURАSİL ЕBЕVЕ® infuziyа məhlulu hаzırlаmаq üçün kоnsеntrаt
5 –FLUOROURACIL EBEWE®

Bеynəlхаlq pаtеntləşdirilməmiş аdı: 5 Flüorurаsil ( fluorouracil)

5- Flüorurasil ebeve tərkibi


Təsiredici maddə: 1 ml konsentrantın tərkibində 50 mq 5- flüorurasil vardır.
Köməkçi maddələr: natrium hidroksid, inyeksiya üçün su.


5- Flüorurasil ebeve tərkibi təsviri


Şəffaf , rəngsiz və ya sarımtıl rəngdə, yad hissəciklərdən azad məhluldur.

Farmakoterapevtik qrupu


Şişəleyhinə vasitələr, antimetabolitlər, pirimidin analoqu.
ATC kodu: L01BC02

Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası


5-Flüorurasil antimetabolitdir və pirimidinin analoqu olub, hüceyrələrin bölünməsini inhibə
edərək, DNT sintezinin qarşısını alır. 5-Flüorurasil ilk şəklində şişəleyhinə altivliyə malik deyil;
o, orqanizmdə şəxsi aktivliyini 5-Flüorurasilin fosforlləşdirici formalarına (5-fluoruridin və 5-
ftordezoksiuridin) fermentativ çevrilməsindən sonra əldə edir.


Farmakokinetikası


Venadaxili yeridilməsindən sonra 5-Flüorurasil bütün orqanizmdə paylanır və əsasən sümük
iliyində, bağırsaqların və şiş toxumanın selikli qişasında aşkar edilir. 5-Flüorurasil
hematoensefalik baryeri keçir. Flüorurasil daha aşağı toksikliyə malik dihidro -5-flüorurasilə qədər dihidropirimidindehidrogenaza ( DPD) fermenti vasitəsi ilə katabolizm olunur. Dihidropirimidinaza pirimidin halqasını parçalayır, bunun nəticəsində 5- flüor-ureidopropion
turşusu ( FUPT) əmələ gəlir. Sonda, β- ureidopropionaza FUPT -ni α- flüor- β- alaninə ( FBAL) qədər parçalayır,hansı ki
sidiklə xaric olunur. DPD- nin aktivliyi katabolizm reaksiyalarının sürətini məhdudlaşdıran
amildir. DPD defisiti flüorurasilin yüksək toksikliyinə gətirib çıxara bilər. Paylanma həcmi 0,12 l/kq bədən çəkisinə ( venadaxili 15 mq\kq bədən çəkisinə yerdilmiş
dozadan sonra) təşkil edir. 5-Flüorurasil qaraciyərdə urasil-in metabolizminə oxşar metabolizmə
uğrayır. Fermentlərin təsiri altında 5-Flüorurasil aktiv metabolitə tez çevrilir – dihidro-5-Flüorurasil,
hansının yarımxaricolma dövrü 5-Flüorurasilin yarımxaricolunma dövründən üstündür.
Bundan əlavə parçalanmanın qeyri-toksik maddələri də əmələ gəlir: sidik cövhəri və karbon 4-
oksid. Flüorurasilin alfa fazada yarımxaricolma dövrü 8-22 dəqiqə təşkil edir ,beta fazada isə
təqribən 20 saata çatır dozadan asılı olaraq. Xaricolma əsasən ağciyərlər vasitəsilə karbon 4-oksid şəklində baş verir. Dəyişilməmiş şəkildə
az dərəcədə böyrəklərlə xaric olunur. Böyrək klirensi təxminən 170-180 ml/dəq təşkil edir. Böyrəklərin zəif funksiyası olan xəstələrdə maddə ləng xaric edilir. Onurğa beyin mayesində maksimal konsentrasiyasına 1.5- 2 saat sonra çatır və plazmada olan
konsentrasiyanın 50% təşkil edir. Xüsusi klinik hallarda kinetikası: baxmayaraq ki, dərman vasitəsinin az hissəsi böyrəklər vasitəsi
ilə xaricolunmasına ( təxminən 15%), azotemiyada sümük iliyinin zədələnməsi ( böyrək
çatışmazlığı nəticəsində) və trombositlərə potensial təsir səbəbindən böyrək çatışmazlığının
dərəcəsindən və konkret xəstənin reaksiyasından asılı olaraq dozanın lazımi korreksiyası
göstərilir. Qaraciyər çatışmazlığı zamanı da dozanın korreksiyasına baxılmalıdır.

İstifаdəsinə göstərişlər

  • Adyuvant və palliativ terapiya
  • yоğun və düz bаğırsаğın yayılmış xərçəngi,
  • mədənin yayılmış хərçəngi,
  • mədəаltı vəzinin yayılmış хərçəngi,
  • süd vəzinin yayılmış və (və ya) metastatik xərçəngi,
  • bаş və bоyunun yayılmış bədxassəli şişləri,
  • uşaqlıq boynunun yayılmış xərçəngi. Bu dərman vasitəsi böyüklərdə istifadə olunur.


Əks göstərişlər

  • 5-Fluorurasilə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq;
  • mielosupressiya;
  • qan analizinin göstəricilərinin normadan ciddi kənaraçıxması;
  • qanaxma;
  • ağır böyrək və (və ya) qaraciyər disfunksiyası;
  • kəskin, ağır infeksiyalar (kəmərləyici dəmrov, su çiçəyi kimi infeksiyalar);
  • stomatit;
  • ağız boşluğu və mədə-bağırsaq traktının
  • xoralanması;
  • psevdomembranoz enterokolit;
  • ümumi vəziyyətin ağır olması;
  • hamiləlik və laktasiya dövrü.
  • məlum dihidropirimidin dehidrogenaza (DPD) aktivliyi tamamilə olmayan pasiyentlər.
  • yaxın zamanda və ya yanaşı brivudin ilə müalicə ( bax bölmə “ Xüsusi göstərişlər və ehtiyat
  • tədbirləri”).

Brivudin 5-Flüorurasil-ı parçalayan dihidropirimidindehidrogenaza (DPD) fermentin güclü
inhibitorudur. DPD çatışmazlığı olan xəstələrdə Flüorurasil-in adi dozaları əlavə effektlərin güclənməsinə
səbəb olur. Ciddi arzuolunmaz effektlər əmələ gəldiyi halda DPD aktivliyinin monitorinqi
göstərilə bilər. DPD çatışmazlığı olan xəstələri müalicə etdikdə Flüorurasil istifadə etmək olmaz.
Flüorurasil ilə müalicə zamanı canlı vaksinlərlə peyvənd keçirilməməlidir. Poliomiyelit vaksin
ilə kontakt tam istisna olunmalıdır.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri


Flürorpirimidinlər ilə müalicə miokard infarktı, stenokardiya, aritmiya, miokardit , kardiogen
şok, qəfil ölüm və elektrokardioqrafik dəyişikliklər daxil olmaqla ( QT intervalın uzanmasının
çox nadir hallarını daxil edən) kardiotoksiklik ilə müşahidə olunur. Bu əlavə reaksiyalar daha tez
bolus olmayan, flüorurasili intervalsız infuziya şəklində qəbul edən xəstələrdə müşahidə
olunmuşdur. Ürəyin işemik xəstəliyinin anamnezdə mövcudluğu ürək tərəfindən əlavə təsirlərin
yaranmasının risk amili ola bilər. Buna görə anamnezində ürək xəstəliyi olan xəstələrin müalicə
kursunda döş qəfəsi nahiyəsində ağrı hissi olan xəstələrin müalicəsində ehtiyatlı olmaq
lazımdır. Flüorurasil ilə müalicə zamanı ürək fəaliyyətinə müntəzam şəkildə nəzarət etmək
lazımdır. Ağır dərəcəli kardiotoksiklik olduqda müalicəni dayandırırlar. Dərman vasitəsinin
postmarketinq dövründə ensefalopatiya ( hiperammoniemik ensefalopatiya, leykoensefalopatiya
daxil olmaqla) flüorurasil ilə müalicə ilə əlaqəli olan qeydlər daxil olmuşdur. Ensefalopatiyanın
əlamətləri və simptomlarına aiddir : pozulmuş psixiki status, huşun
dolaşıqlığı, dezoriyentasiya, koma və ya ataksiya. Əgər bu simptomlardan hər hansı biri
yaranarsa, müalicəni dayandırılar və dərhal zərdabda ammonyakın səviyyəsini təyin edirlər. Qan
zərdabında yüksəlmiş ammonyakın səviyyəsi olduqda onun səviyyəsini azaldan müalicəyə
başlayırlar. Böyrək çatışmazlığı və\ və ya qaraciyər çatışmazlığı ilə xəstələrə flüorurasil təyin
etdikdə ehtiyatlı olmaq lazımdır. Böyrək çatışmazlığı və ya qaraciyər çatışmazlığı ilə
xəstələrdə hiperammoniyemiya və hiperammoniyemik ensefalopatiya riskinin yüksək olması
qeyd oluna bilər. DPD aktivliyi flüorurasil katabolizminin sürətinin məhdudlaşdırıcı amilidir.
Buna görə DPD defisiti ilə xəstələrdə ftorpirimidinlərin toksikliyinin yaranma riski artmış olur (
məsələn, stomatit, diareya, selikli qişaların iltihabı , neytropeniya və neyrotoksiklik daxil
olmaqla) .DPD çatışmazlığı ilə əlaqəli toksiklik, əsasən birinci müalicə kursu zamanı və dərman
vasitəsinin dozasının artmasından sonra yaranır.


DPD tam çatışmazlığı


DPD tam çatışmazlığı nadir hallarda rast gəlinir ( 0.01-0.5% evropeoid irqinin
nümayəndələrində ). DPD tam çatışmazlığı ilə xəstələrdə həyatı təhlükəli və letal toksikik riski
yüksəkdir , buna görə onlar flüourasil ilə müalicə qəbul etməməlidirlər.
Qismən DPD çatışmazlığı
Qismən DPD çatışmazlığı təhmini olaraq 3–9 % evropeoid irqinin nümyəndələrində rast gəlinir.
Qismən DPD çatışmazlığı ilə xəstələrdə ağır dərəcəli və potensial olaraq həyatı təhlükəli
toksikliyin riski artmış olur. Belə toksikliyin azaldılması üçün daha aşağı başlanğıc dozasına
baxılmalıdır. DPD defisitinə dozanın azaldılması üçün digər rutin şəkildə təyin edilən
göstəricilər ilə birlikdə nəzərə alınan parametr kimi baxılmalıdır.
Dərman vasitəsinin başlanğıc dozasının azaldılması müalicənin effektivliyinə mənfi təsir
göstərə bilər. Ciddi toksikliyin olmadığı halda dərman vasitəsinin sonrakı dozalarını ciddi
nəzarət altında artırmaq olar.

DPD defisitini təyin etmək üçün sınaqlar



Brivudinin flüorurasil ilə yanaşı tətbiqi qadağandır ( ölüm halları qeyd olunmuşdur). Buna görə
brivudin ilə müalicə bitəndən sonra flüorurasil ilə müalicəyə başlamadan əvvəl 4 həftədən az
olmayaraq vaxt keçməlidir. Flüorurasilin son dozasından sonra brivudini 24 saat sonra istifadə
etmək olar. ( bax bölmə “ Əks göstərişlər”, “ Digər dərman vasitələri ilə qarşılıqlı əlaqə
reaksiyası”).
Lazım olduqda DPD aktivliyinin səviyyəsini əvvəlcədən müəyyən etmək göstərişdir.
Flüorurasil qəbul edən xəstələrə brivudin təsadüfən yerildiyi halda ftorurasil-in toksikliyinin
azalmasına yönədilən effektiv tədbirlər görülməlidir. Təcili hospitalizasiya tövsiyə edilir.
Fenitoin ilə birgə müalicə qəbul etdikdə müntəzam şəkildə fenitoinin plazma konsentrasiyalarını
yoxlamaq lazımdır. ( bax bölmə “ Digər dərman vasitələri ilə qarşılıqlı əlaqə reaksiyası”).
Anafilaktik reaksiyanın yaranma mümkünlüyünə görə ehtiyatlı olmaz lazımdır və flüorurasilin
yeridilməsindən əvvəl profilaktik tədbirlərə üz tuturlar.
Bağırsaqların divarları zədələndikdə ağırlıq dərəcəsindən asılı olaraq simptomatik müalicə tələb
edilir, məsələn orqanizmdə maye ehtiyatın bərpa olunması. Yüngül diareya diareyaəleyhinə
vasitələri istifadə etdikdə ləğv edilir, lakin orta və ya ağır dərəcəli diareya zamanı onların
istifadəsi kifayət etmir.

Flüorurasil ilə müalicədən əvvəl və müalicə zamanı aşağıdaki müayinələr və analizlər tövsiyə
edilir:


selikli qişalarda zədələnmələri aşkaretmə məqsədilə ağız boşluğunun və udlağın gündəlik
yoxlanması;
Flüorurasilin hər yeridilməsindən əvvəl və müalicənin başlanğıcında hər 2-3 gündən bir
trombositlərin sayının və leykositar formulu müəyyən etməklə qanın geniş analizi;
müntəzəm olaraq böyrək funksiyasının laborator göstəricilərinin yoxlanması ;
müntəzəm olaraq qaraciyər sınaqlarının göstəricilərinin təyin olunması;
sidik turşusunun təyin olunması;
gizli qan aşkar edilməsi məqsədilə nəcisin analizi.
Xəstələri stomatit\mukozit, diareya və qanaxma ( xüsusən, mədə-bağırsaqdan ) yaranması
mümkünlüyü haqqında xəbərdar etmək lazımdır. İlk əlamətlər yarandıqda onlar həkimlə
məsləhətləşməlidirlər.


Aşağıdakı simptomlar olduqda müalicəni dərhal dayandırmaq lazımdır:

mədə-bağırsaq traktı
tərəfindən reaksiyalar (stomatit, selikli qişaların iltihabı, ağır diareya, ağır qusma, xoralar,
qanaxma), leykositlər <3000/mkl, trombositlər <80000/mkl, mərkəzi sinir sistemi tərəfindən (o
cümlədən ataksiya və tremor) və ürək tərəfindən əlavə təsirlər. Əlavə təsirlər itdikdən sonra və
xəstənin ümumi vəziyyəti kafi olduqda müalicəni bərpa etmək olar. Mədə-bağırsaq traktı
tərəfindən ağır toksiklik, kardiotoksiklik və ya nevroloji toksiklik olduqda müalicəni bərpa
etmək tövsiyə olunmur.


Peroral antikoaqulyantlarla birlikdə Flüorurasil-i istifadə etdikdə protrombin indeksin diqqətli
monitorinqi lazımdır.


Alkilləşdirici preparatlar qəbul edən, sümüklərə və qaraciyərə geniş metastazları olan və və/ya
kaxektik xəstələrə, əvvəllər kiçik çanaq nahiyyəsində yüksək dozada radiasiyanın təsirinə məruz
qalmış xəstələrə (azalmış xaric olma!) təyin olunduqda ehtiyatlı olmaq lazımdır.
Metotreksat ilə kombinasiyada optimal effekti əldə etmək üçün metotreksatı flüorurasildən 24
saat əvvəl yeridirlər (əksinə olmaz!).
Flüorurasil mutagen ola bilər. Qadınlar və kişilər üçün tövsiyələr “ Fertillik, hamiləlik və
laktasiya dövründə istifadə “ bölməsində göstərilib. Hamiləliyi planlaşdıran zaman müalicədən
sonra qenetik məsləhət tövsiyə olunur.

Uşaqlar və yeniyetmələr
Bu kateqoriya xəstələrin müalicəsinin
Effektivli və təhlükəsizliyi haqqında məlumat kifayət qədər yoxdur.
Bu dərman vasitəsinin tərkibində natrium ml -ə 9,31 mq –dan artıq olmayaraq mövcuddur;
və 186,20 mq miqdarında , hansı ki 9,31 % BST –nın böyük insanlara tövsiyə etdiyi maksimal
gündəlik tətbiq olunan 2 q bərabər natriuma müvafiqdir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Aşağıda göstərilən məlumatlar həmçinin yaxın vaxtlarda istifadə olunan dərman vasitələrinə də
aiddir.
Klinik cəhətdən əhəmiyyətli olan brivudin və ftorpirimidinlər ilə ( məsələn, kapesitabin,
flüorurasil, teqafur ) , brivudin ilə DPD fermentinin inhibə olunması ilə qarşılıqlı əlaqə
reaksiyaları təsvir olunmuşdur. Bu qarşılıqlı əlaqə reaksiyası ftorpirimidinlərin yüksək
toksikliyinə gətirib çıxara bilər və ölümcül təhlükəli ola bilər. Buna görə brivudinin flüorurasil
ilə yanaşı istifadəsi qadağandır. ( bax “ Əks göstərişlər” və “Xüsusi göstərişlər və ehtiyat
tədbirləri”).Brivudin ilə müalicə başa çatdıqdan sonra flüorurasil ilə müalicəyə başalamazdan
əvvəl 4 həftədən az olmayaraq vaxt keçməlidir. Flüorurasilin sonuncu dozasından sonra
brivudini 24 saat sonra istifadə etmək olar. Lazım olduqda flüorurasil ilə müalicəyə başlamadan
öncə DPD fermentinin aktivliyinin təyin olması göstərişdir.

Xəstənin fiziki vəziyyətinə və sümük iliyinə mənfi təsir göstərən bütün müalicə tədbirləri (
məsələn, digər sitostatiklərin istifadəsi) flüorurasilin toksikliyini artıra bilərlər.
Flüorurasil şüa terapiyasının dəri toksikliyini artıra bilər.
Kalsium folinat Flüorurasilin effektlərini gücləndirir. Bu qarşılıqlı təsirin nəticəsində ciddi, bəzi
hallarda isə ölümə gətirən diareya əmələ gələ bilər, xüsusən Flüorurasil-i 600mq/m2
bədən
sahəsinə dozada kalsium folinat ilə birlikdə həftədə 1 dəfə venadaxili kalsium folinat ilə bolüs
yeritmə zamanı.
Flüorurasil ilə birlikdə fenitoini istifadə etdikdə fenitoinlə intoksikasiya simptomların əmələ
gəlməsinə gətirən plazmada fenitoinin səviyyələri yüksələ bilər, hansı ki fenitoin ilə
intoksikasiyaya gətirib çıxara bilər. Plazmada fenitoninin səviyyələrinin müntəzam təyini
vacibdir.

Simetidin, metronidazol, allopurinol və interferonlar plazmada
Flüorurasil-in səviyyəsini və toksikliyini artıra bilər.
Siklofosfamid, metotreksat və ya Flüorurasil ilə birlikdə tiazid diuretikləri qəbul edən qadınlarda
qranulositlərin sayının nəzərə çarpan azalması mümkündür, nəinki buna oxşar sikllərin
sitostatiksiz və tiazidsiz qəbul edən xəstələrdə.
Flüourasil ilə varfarinin yanaşı tətbiqi protrombin vaxtının uzanmasına gətirib çıxara bilər; bu
parametrə ciddi şəkildə nəzarət etmək lazımdır.
Tək-tək hallarda varfarin alan xəstələrdə eyni zaman ayrıca Flüorurasil-i və ya( Flüorurasil-i
levamizol ilə kombinasiya şəklində) istifadə etdikdə protrombin indeksin azalması müşahidə
olunmuşdur.
Flüorurasili levamizol ilə kombinasiya şəklində istifadə etdikdə hepatotoksik effektlər tez-tez
müşahidə olunur (qələvi fosfatazanın, transaminaza və ya bilirubin səviyyələrinin yüksəlməsi).
Siklofosfamid, metotreksat, Flüorurasil və ya tamoksifen ilə kombinasiya olunmuş müalicə alan
süd vəzisi karsinoması ilə xəstələrdə tromboembolik ağırlaşmaların əmələ gəlməsi riski artır.
Vinorelbini və Flüorurasil/foliniy turşusunu eyni zaman istifadə etdikdə letal nəticəli ağır
mukozit əmələ gələ bilər.
Sidikdə bilirubin və 5-hidroksiindolsirkə turşusunun kəmiyyət təyin etmə üsulları ilə
səviyyələrini müəyyən etdikdə artmış və ya yalnış-müsbət nəticələr mümkündür.
Flüorurasili aminofenazon, fenilbutazon və sulfonamid ilə birlikdə və ya onlardan sonra istifadə
etmək olmaz.
Xlordiazepoksid, disulfiram, qrizeofulvin və izoniazid flüorurasilin aktivliyini artıra bilərlər.
Miitomisin ilə üzun müddət flüorurasili kombinasiyada istifadə etdikdə hemolitik-uremik
sindromun yaranması müşahidə olunmuşdur.
Kimya terapiyasının keçirilməsi üçün flüorurasilin digər dərman vasitələri ilə kombinasiyada
istifadə etdikdə ( mitomisin C və ya sisplatin ilə) çox nadir hallarda işemik insult haqqında
qeydlər olmuşdur.
Ümumi qeydlər

Sitostatiklər qripəleyhinə vaksinasiyadan sonra anticisimlərin formalaşmasını azaltmaya
malikdir.
Canlı vaksinin yeridilməsindən sonra sitostatiklərin istifadəsi infeksiyanın əmələ gəlməsi riskini
artırır.

Uyuşmazlığı


İnfuziya məhlulu hazırlamaq üçün konsentrat yalnız natrium xloridin fizioloji məhlulu ilə və ya
5% qlükoza məhlulu ilə durulaşdırıla bilər. Flüorurasili infuziya üçün məhlulda digər maddələrlə
qarışdırmaq olmaz.
рН < 8 aşağı olan həddindən artıq buferləşmiş məhlullar ilə durulaşdırmaq olmaz , çünki
flüorurasil belə mühitdə çökür. Digər kimyəvi terapiya məhlulları ilə qarışdırmaq olmaz.
Flüorurasilin aşağıdakı preparatlar ilə uyğunsuzluğu
barədə məlumat verilmişdir: foliniy turşusu, karboplatin, sisplatin, sitarabin, diazepam,
doksorubisin, droperidol, filqrastim, hallium nitrat, leykovarin, metotreksat, metoklopramid,
morfin, ondansetron, qidalandırıcı maddələrin parenteral yeridilməsi üçün məhlullar, vinorelbin,
digər antrasiklinlər.
Kalsium folinat
Flüorurasil kalsium folinat ilə bir infuziyada qarışdırılmamalıdır, çünki çöküntü əmələ gələ bilər.
Nümayiş olunmuşdur ki, flüorurasil 50 mq\ml və kalsium folinat 20 mq\ml 5% -li dekstroza su
məhlulunda və ya onsuz müxtəlif proporsiyalarda qarışdırıldıqda və polivinilxloriddən olan
konteynerlərdə 4 ºС, 23 ºС və ya 32 ºС temperaturda saxlandıqda uyuşmazdırlar .
Dərman vasitəsini digər dərman vasitələri ilə, oksaliplatin və irinotekan daxil olmaqla,
qarışdırmaq olmaz.

Hamiləlik və laktasiya dövründə istifadəsi


Hamiləlik
Flüorurasil mutaqen və teratoqen ola bilər, buna görə onu hamiləlik zamanı istifadə etmək
olmaz. Reproduktiv yaşda olan qadınlar mülaicə zamanı və ya onun bitməsindən sonra 6 ay
müddətində etibarlı kontrasepsiya üsullarından istifadə etmək lazımdır.
Əgər müalicə zamanı hamiləlik baş verərsə, qenetikin məsləhətinin apaprılması tələb olunur.
Laktasiya dövrü
Flüorurasilin ana südünə nüfuz etməsi haqqında məlumatın olmaması səbəbindən , laktasiya
dövründə onun istifadə etmək olmaz. Əgər dərman vasitəsinin istifadəsi mütləq lazımdırsa, ana
südü ilə qidalandırma dayandırılmalıdır.
Fertillik
Flüorurasil genotoksik təsir göstərə bilər. Buna görə Flüorurasil qəbul edən kişi xəstələrə
müalicə zamanı və müalicə bitdikdən sonra 6 ay ərzində etibarlı konservasiya üsullarından
istifadə etmək lazımdır. Flüorurasil ilə müalicə nəticəsində ciddi spermatogenez pozulması
mümkünlüyünə görə xəstələrə müalicədən əvvəl spermanın konservasiyası üzrə məsləhətlər
tövsiyə edilir.

Nəqliyyat vasitələrini və digər potensial tıhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
təsiri


Ürəkbulanma və qusma , sinir sistemi tərəfindən arzuolunmaz təsirlər və görmənin pozulması
mümkündür. Bu səbəbdən Flüorurasil ilə müalicə zamanı xəstələrə nəqliyyat vasitəsi və digər
mexanizmləri idarə etməsindən çəkinmək tövsiyə edilir.
İstifadə qaydası və dozası
Müalicə kimyaterapiyanın aparılmasında təcrübəli olan həkim nəzarəti altında aparılmalıdır.
Başlanğıc mərhələsində xəstənin hospitalizasiya olunması nəzərdən keçirilməlidir.
-Flüorurasil Ebeve mono- və ya kombinəolunmuş terapiyada istifadə olunur. Dozalanma rejimi
və istifadə qaydası əhəmiyyətli dərəcədə fərqlənə bildiyi üçün, aşağıdakı tövsiyələr yalnız
tanışlıq xarakteri daşıyır. Dəqiq dozanın seçilməsində konkret xəstəliyin müalicəsində öz
effektivliyini sübut etmiş terapevtik protokollara əsaslanmaq lazımdır.
Gündəlik istifadəsi zamanı başlanğıc terapiya

  • Venadaxili infuziya: gündəlik doza 15 mq/kq bədən kütləsi (600 mq/m2
  • ) əlavə təsirlər yaranana
  • qədər 4 saat ərzində yeridirlər.
  • Venadaxili inyeksiya: doza 12 mq/kq bədən kütləsi (480 mq/m2
  • ) yavaş venadaxili inyeksiya yolu
  • ilə (2-3 dəqiqə) hər gün 3 gün ərzində; toksiklik əlamətləri olmadıqda 6 mq/kq bədən kütləsi
  • (240 mq/m2
  • ) 5, 7 və 9-cu günlər yeridilməsi mümkündür.
  • Həftəlik istifadəsi zamanı başlanğıc terapiya: 15 mq/kq (600 mq/m2
  • ) yavaş-yavaş venadaxili
  • həftədə bir dəfə yeridirlər.
  • Dəstəkləyici terapiya: remissiya əldə olunduqdan sonra və ya əlavə təsirlərin aradan
  • qaldırılmasından sonra və leykositlərin sayının 3000-dən 4000/mkl-ə qədər, trombositlərin
  • 80000-dən 100000/mkl-ə qədər təkrar yüksəlməsindən sonra 5-10 mq/kq (200-400 mq/m2
  • )
  • venadaxili həftədə bir dəfə yeridirlər. Maksimal gündəlik doza 1,0 q-dan artıq olmamalıdır.
  • Göstərilən dozalar xəstənin normal bədən kütləsi üçün hesablanmışdır. Piylənmə, ödem və ya
  • assit olduqda dozanı yenidən hesablamaq lazımdır.


Müalicənin müddəti xəstəliyin tipindən və xəstəliyin gedişatından asılıdır. Müalicə təcrübəli
mütəxəssis tərəfindən təyin olunur və müvafiq müalicə protokoluna görə hesablanır.
Flüorurasilin oxşar profilli əlavə təsirləri olan digər sitostatiklər ilə, və ya şua terapiyası ilə
kombinəolunmuş istifadəsi zamanı dozanı müvafiq olaraq azaltmaq lazımdır. Flüorurasil
həmçinin 24-saatlıq fasiləsiz infuziya yolu ilə yeridilə bilər.

Dozalanmaya aid xüsusi tövsiyələr


Aşağıdakı vəziyyətlərdən hər-hansı biri olduqda dozanı 1/3 və ya 1 /2 qədər azaltmaq məsləhət
görülür: kaxeksiya, keçirilmiş ciddi əməliyyat, mielosupressiya (leykositlər <4000/mkl,
trombositlər <100000/mkl), qaraciyər və ya böyrəklərin funksiyasının pozulması.
Böyrəklərin və qaraciyərin funksiyası pozulmuş xəstələr. Flüorurasil ehtiyatla istifadə
olunmalıdır və lazım olduqda doza azaldılmalıdır.
Yaşlı xəstələr (65 yaşdan yuxarı). Dozanın korreksiyası tələb olunmur, lakin belə xəstələrin
vəziyyətinin diqqətlə yoxlanılması məsləhət görülür.

İstifadə qaydası


Venadaxili istifadə üçün.
Preparat fizioloji natrium xlorid məhlulu və ya 5% qlükoza məhlulu ilə durulaşdırıldıqdan sonra
inyeksiya və ya infuziya yolu ilə venadaxili yeridilmə üçün istifadə olunur.
Dərman vasitəsinin damardan kənar düşməsindən qaçınmaq lazımdır.

Əlаvə təsirləri


Ən tez-tez rast gəlinən və ciddi əlavə təsirlər sümük iliyinə toksik təsirlər və mədə-bağırsaq
pozulmalarıdır.
Başvermə tezliyi aşağıdaki kimi müəyyən edilir: çox tez-tez (1/10); tez-tez ( 1/100 – < 1/10);
bəzən ( 1/1000 – <1/100); nadir ( 1/10 000 – <1/1000); çox nadir (<1/10 000); məlum deyil (
mövcud olan məlumatlara əsasən qiymətləndirmək mümkün olmur).
Qan və limfa sisteminə
Çox tez-tez: miyelosupressiya( leykopeniya, neytropeniya və trombositopeniya), anemiya
Tez-tez: febril neytropeniya
Çox nadir : aqranulositoz, pansitopeniya.
İnfeksion və parazitar xəstəliklər
Çox tez-tez : infeksiyalar
Tez-tez : infeksiyanın yüksək yaranması riski ilə immunosupressiya
Nadir: sepsis
İmmun sistemə
Nadir: anafilaktik şok, anafilaksiya, generalizə olunmuş allergik reaksiyalar.
Endokrin sistemə
Məlum deyil: zərdabda ümumi tiroksin (T4) və ümumi triyodtironin (T3) səviyyələrinin
artırılması, azad T4 və TTH artırılması və hipertireozun klinik əlamətləri olmadıqda ( klinik
olaraq – eutireoz)
Maddələr mübadiləsinə və qidalanmaya
Çox tez-tez: hiperurikemiya.
Psixiki pozulmalar
Çox tez-tez : huşun dolaşıqlığı
Sinir sisteminə
Bəzən: nistaqm, baş ağrısı, başgicəllənmə, parkinsonizm simptomları, piramid simptomlar,
eyforiya, yuxululuq.
Nadir: periferik neyropatiya (şüa terapiyası
ilə kombinasiyada).
Çox nadir: disqevziya, (leyko-) ensefalopatiya
ataksiya, kəskin beyincik sindromu , dizartriya,
huşun pozulması, oriyentasiyanın pozulması , miasteniya,
afaziya qıcolmalar və koma kimi simptomlar ilə .
Məlum deyil: hiperamoniemik ensefalopatiya.
Görmə orqanına
Bəzən: göz yaşının həddindən artıq axması, göz yaşı axacağının stenozu, qeyri-aydın görmə, göz
motorikasının pozulması, görmə sinirinin iltihabı, diplopiya, görmə qabiliyyətin itiliyinin
zəifləməsi, işıqdan qorxma, konyunktivit, blefarit, çapıqlarla törədilmiş ektropion, göz yaşı
vəzilərinin fibrozu.
Ürəyə
Çox tez-tez: işemiyaya xas olan EKQ-da dəyişikliklər.
Tez-tez: stenokardiya tipində döş qəfəsində ağrı.
Bəzən: aritmiya, miokard infarktı, miokard işemiyası, miokardit, ürək çatışmazlığı, dilatasion
kardiomiopatiya və kardiogen şok.
Çox nadir: ürəyin dayanması və qəflətən ölüm.
Məlum deyil : perikardit
Damarlara
Bəzən: arterial hipotenziya
Nadir: tromboflebit
Məlum deyil: serebral, bağırsaq və periferik işemiya, Reyno sindromu, tromboemboliya.
Tənəffüs sistemi, döş qəfəsi və divararalıq orqanların tərəfindən pozulmalar:
Çox tez-tez: bronxospazm, burun qanaxması.
Mədə-bağırsaq sisteminə
Çox tez-tez: selikli qişanın iltihabı (stomatit, faringit, ezofagit, proktit), anoreksiya, diareya (
sulu), ürəkbulanma və qusma kimi mədə-bağırsaq xəstəlikləri (ayrı -ayrı hallarda həyat üçün
potensial təhlükəli) ( bax “ Xüsusi göstərişlər və ehtiyat tədbirləri).
Bəzən: susuzlaşma, həmçinin mədə-bağırsaq traktında xoralar və qanaxmalar, nekroz
parçalarının qopması.
Qaraciyərə və ödçıxarıcı yollara
Bəzən: qaraciyər hüceyrələrinin zədələnməsi, qeyri-kalkulyoz xolesistit.
Çox nadir: qaraciyər nekrozu (bəzən letal nəticəli).
Dəriyə və dərialtı-piy toxumalara
Çox tez-tez: saçların tökülməsi,dizesteziya, qızartı,ağrı, ödem və əlin iç hissəsində və pəncə
altında dəridə kəpəklənmə ilə assosiasiyalaşan ovuc-pəncə eritrodizesteziya ( “ovuc-pəncə”
sindromu adlanan).
Bəzən: dermatit, dəridə dəyişikliklər (dəridə quruluq, eroziya/çatlar, eritema, qaşınma ilə
makulopapulyar səpgi), ekzantema, övrə və işığa qarşı həssaslıq, venalar keçdiyi nahiyələrdə
dərinin hiperpiqmentasiyası və köndələn-zolaqlı hiperpiqmentasiya və ya depiqmentasiya,
dırnaqların dəyişilməsi (məsələn, diffuz səthi göy pirmentasiya, hiperpiqmentasiya,
onixodistrofiya, dırnaq yerləşdiyi yerin yoğunlanması və ağrısı, paronixiya) və onixolizis.
Reproduktiv sistemı və süd vəzilərinə
Bəzən: spermatogenezin və ovulyasiyanın pozulmaları.
Ümumi pozğunluqlar və yeridilən nahiyədə baş verən pozulmalar
Çox tez-tez: yaraların gec sağalması, həddindən artıq arıqlama, ümumi asteniya, kəskin
yorğunluq və motivasiyanın zəifləməsi, qızdırma.
Ayrı-ayrı əlavə təsirlərin təsviri
Qan vəa limfa sisteminə
Mielosupressiyanın dozaməhdudlaşdıran əlavə təsirdir. ( bax “ Dozalanma və istifadə qaydası”
və “ Xüsusi göstərişlər və ehtiyat tədbirləri”).
Mielisupressiyanın ağırlıq dərəcəsi ( ABŞ-nin Milli Onkologiya institutunun yaratdığı toksikliyin
ümumi kriterilərinin Qiymətləndirmə şkalası üzrə I –dən IV-ə qədər) yeridilmə üsulundan (
venadaxili inyeksiya və ya fasiləsiz venadaxili infuziya) və dozalanma rejimindən asılıdır.
Neytropeniya lazımi dozada venadaxili bolüs inyeksiyanın hər müalicə siklindən sonra baş verir
(neytrofillərin səviyyəsinin maksimal azalması: müalicənin 9-cu günündən 14-20-ci gününədək;
adətən 30-cu gündən başlayaraq normallaşır).
Ürək tərəfindən pozulmalar
Kardiotoksik effektlər əsasən müalicənin birinci kursu zamanı və ya ondan bir neçə saat sonra
yaranır. Əvvəldən
ürəyin işemik xəstəliyi və ya kardiomiopatiyası olan xəstələrdə kardiotoksiklik riskinin inkişafı
artmışdır.
Mədə-bağırsaq sisteminə
Mədə-bağırsaq trakt tərəfindən əlavə effektlərin dərəcəsi (Milli xərçəng tədqiqatlar institunun
(ABŞ) toksikliyin ümumi kriteriləri Qiymətləndirilmə şkalası üzrə I-IV dərəcəli) dozalanmadan
və yeridilmə üsulundan asılıdır. Fasiləsiz venadaxili infuziya yolu yeritmə zamanı stomatit
miyelosupressiyadan fərqli olaraq daha da nəzərə çarpalı dozaməhdudlaşdırıcı təsir göstərə
bilər.
Dəriyə və dərialtı-piy toxumasına
“Ovuc -pəncə” adlanan sindrom ovuc və pəncələrdə hissiyatın pozulması,qızartı, ödemf, ağrı və
əlin iç hissəində və pəncə altında dəridə kəpəklənmənin əlavə olunması ilə başlayır.
Fasiləsiz venadaxili infuziyadan sonra çox tez-tez baş verir, venadaxili bolüs inyeksiyadan sonra
isə – tez-tez.

Doza həddinin aşılması


İntoksikasiya simptomları
Doza həddinin aşılmasında aşağıdaki əlamətlər və simptomlar qeyd edilir: ürəkbulanma, qusma,
diareya, ağır mukozit, mədə-bağırsaq traktında xoralar və qanaxmalar, mielosupressiya
(trombositopeniya, leykopeniya, aqranulositoz).
Kəskin intoksikasiyaya psixotik reaksiyalar, yuxululuq, dərman vasitələrinin sedativ effektinin
artması, alkoqolun yaratdığı toksikliyin artması daxildir. Sedativ preparatın qəbuluna ehtiyac
yarandıqda həkim nəzarəti altında tənəffüs və qandövranı sistemlərinə nəzarət edərək diazepamı
kiçik dozalarda qəbul etmək olar (məsələn, 5 mq-dan başlayaraq).
Xroniki intoksikasiya üçün aqranulositoza və kritik trombositopeniyaya qədər mielosupressiya,
mədə-bağırsaq traktında xoralanma və qansızmalar, diareya, saçların tökülməsi xasdır.
İntoksikasiyanın müalicəsi
İntoksikasiya simptomlarının yaranması zamanı flüourasilin yeridilməsini dərhal dayandırırlar və
simptomatik müalicəyə başlayırlar.
Leykokonsentrat və trombokonsentrat infuziyaları, infeksiyalaırn profilaktikası yerinə yetirilir.
Dövr edən qan həcminin və mineral balansının bərpa olunması üçün gücləndirilmiş diurez
faydalı ola bilər.
Bir çox hallarda hemodializə ehtiyac olmur.
Gec hematoloji və mədə-bağırsaq fəsadlaşmalarının vaxtında aşkarlanması üçün ciddi nəzarət
tələb olunur.
İfadə olunmuş miyelosupressiya stasionarda müalicə olunmalıdır, hansına ( ehtiyac olduqda)
daxildir çatışmayan qan komponentlərinin bərpası və antibakterial terapiya. Xəstənin aseptik
palataya köçürülməsinə ehtiyac yarana bilər. Qanyaradıcı funksiyanı doza həddinin aşılmasından
sonra 4 hədtədən az olamayaraq nəzarət etmək lazımdır. Ürək tərəfindən əlavə təsirlərin
yaranmasına baxmayaraq flüorurasil ilə müalicəni davam etdirmək lazımdır, koronar
arteriayalaırn spazmının yaranmasının qarşısını almaq üçün vazodilatatorların təyini göstərişdir.

Buraxılış forması


Qoruyucu qapaq ilə bağlanmış, alüminium bağlamanın altında rezin tıxac ilə bağlı qəhvəyi
rəngdə (I sinif) şüşədən flakonlarda.

Saxlanma şəraiti


25 ºC-dən yüksək olmayan temperaturda, qaranlıq yerdə saxlamaq lazımdır.
Uşaqların əli çatmayan yerdə saxlanmalıdır.
Soyuducuda saxlamaq olmaz, dondurmaq olmaz!
Qeyd: aşağı temperaturun təsiri altında çöküntü yaranarsa məhlulu istifadə etmədən öncə tez-tez
çalxalamaqla 60º -yə qədər qızdırmaq lazımdır, daha sonra otaq temperaturuna qədər soyutmaq
lazımdır. Yalnız şəffaf, çöküntüsü olmayan məhluldan istifadə olunmalıdır.
Davranma və utilizasiya zamanı xüsusi ehtiyat tədbirləri
Flüorurasil ilə işlədikdə sitostatiklər üçün ümumi rəhbər prinsiplərə riayət etmək lazımdır.
Tam aseptik şəraitdə işin təmin olunması üçün bütün tədbirlər yerinə yetirilməlidir.
Qoruyucu əlcəklərlə, üz üçün maska və qoruyucu geyimdə və mümkün qədər bu məqsədlə
xüsusi nəzərdə tutulmuş laminar hava axarı ilə otaqda işləmək lazımdır. Dərman vasitəsinin dəri
və selikli qişalar ilə kontaktadan qaçınmaq lazımdır.
Əgər yenə də dəriyə (selikli qişalara) kontakt baş veribsə, yaxşıca sabunlu su ilə yumaq lazımdır.
Gözlərə düşdükdə onları bol miqdarda su ilə yumaq və təcili olaraq həkimə müraciət etmək
lazımdır. Hamilə işçilərə flüorurasil ilə işləmək
qadağandır.

İstifadə olunmamış preparat və ya tullantılar yerli tələblərə müvafiq şəkildə utilizasiya
olunmalıdır.
Yalnız birdəfəlik istifadə üçündür.

Yararlılıq müddəti


2 il.
Yаrаrlılıq müddəti bitdikdən sоnrа istifаdə еtmək оlmаz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Ebeve Farma (Ebeve FarmaQes.m.b.H. Nfq.KQ)
Mondzeeştrasse 11, A-4866 Unterax, Avstriya.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir